Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq ezomeprazol (ezomeprazol maqnezium trihidrat şəklində) vardır.
•Təsiredici maddəyə - ezomeprazola, əvəzolunmuş benzimidazollara və ya preparatın tərkibində olan digər maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq
• Digər proton pompasının inhibitorlarına (pantoprazol, lansoprazol, rabeprazol, omeprazol) qarşı allergiyası olan şəxslərə
• Digər proton pompasının inhibitorlarında olduğu kimi ezomeprazol, atazanavir və ya nelfinavir (İİV (QİÇS) müalicəsi üçün istifadə olunan dərman) ilə birlikdə istifadə olunmamalıdır.
Hamiləlik zamanı hər hansı dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.
Temzo örtüklü tabletləri istifadə etməyə başlamazdan əvvəl həkiminizi hamilə olduğunuz və ya hamilə olmağı planlaşdırdığınız barədə məlumatlandırın.
Hamiləlik
Hamilə qadınların ezomeprazol istifadə etməsi barədə kifayət qədər məlumatlar yoxdur.
Omeprazolun rasemik qarışığının tətbiqi ilə aparılan epidemioloji tədqiqatlarda çox saylı hamilələrin müşahidəsi zamanı döl üçün toksiklik və inkişaf qüsurları aşkarlanmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda ezomeprazolun embriona/dölə birbaşa və ya dolayı mənfi təsiri aşkar edilməmişdir. Hamilə qadınlara preparatın təyini zamanı ehtiyatlı olmaq lazımdır. Əgər müalicənizin gedişində hamilə olduğunuzu aşkar etsəniz, dərhal bu barədə həkiminizə məlumat verin.
Laktasiya dövrü
Ezomeprazolun ana südü ilə xaric olunması məlum deyil. Ezomeprazolun yenidoğulmuşlarda/körpələrdə təsiri barədə kifayət qədər məlumat yoxdur. Buna görə də, ana südü ilə qidalandırma zamanı dərman vasitəsi istifadə edilməməlidir.
Reproduktiv dövr
Heyvanlar üzərində aparılan tədqiqatlar, peroral qəbul edilən omeprazolun rasemik qarışığının reproduktiv funksiyaya birbaşa və ya dolayı mənfi təsiri aşkar edilməmişdir.
Temzo örtüklü tabletləri qida qəbulu ilə və ya acqarına qəbul edilir. Tabletləri daxilə bütöv şəkildə bir stəkan su ilə qəbul etmək lazımdır.Tabletlər çeynənilməməli və ya əzilməməlidir.
Udma zamanı çətinlik çəkən xəstələr üçün tableti yarım stəkan qazsız suda tam parçalanana qədər həll edərək içmək olar. Bu halda onun udulması daha asan olacaqdır. Başqa heç bir mayelərdən istifadə etməyin, çünki onlar dərman vasitəsinin bağırsaqda həll olan örtüyünü parçalaya bilər. Alınmış məhlulu dərhal və ya 30 dəqiqə ərzində için. Tabletin içindən çıxan kiçik qranulları çeynəmədən udun. Qranulların suyun içərisində 30 dəqiqədən artıq müddət ərzində qalmasına imkan verməyin. İçdikdən sonra stəkanı yenidən yarıya qədər su ilə doldurub çalxalayın və onu da için. Uda bilməyən xəstələr üçün tabletlər qazsız suda həll edilib, mədə zondu ilə yeridilə bilər. Seçilən şprisin və borunun uyğunluğunun diqqətlə yoxlanılması vacibdir.
Temzo 40 mq enterik örtüklü tabletlərlə müalicə müddəti və doza xəstəliyin gedişindən asılıdır.
Qastro-ezofageal reflüks xəstəliyi
Böyüklərə
Eroziv reflüks ezofagitin müalicəsində ezomeprazol gündə 1 dəfə 40 mq dozada qəbul olunmalıdır. Müalicə müddəti 4 həftədir.
İlk müalicə kursundan sonra sağalmayan və ya simptomlar saxlanan pasiyentlərdə növbəti 4 həftə ərzində əlavə kurs müalicəsi tövsiyə olunur.
12-18 yaşlı yeniyetmələrə
Qida borusunda iltihab və ağrı zamanı (eroziv reflüks ezofagit) müalicə üçün gündə 1 dəfə 40 mq dozada qəbul olunması tövsiyə olunur. Xəstəliyin ağırlığından və Sizin müalicəyə cavab reaksiyanızdan asılı olaraq, ümumi müalicə müddəti 4-8 həftə təşkil edir.
Mədə və ya 12-barmaq bağırsaq xorası zamanı təkrar qanaxmanın profilaktikası
Proton pompasının inhibitorlarının infuzion məhlulu ilə aparılan müalicədən sonra 4 həftə ərzində gündə 1 dəfə 40 mq dozada qəbul edilir.
Mədədə turşu ifrazının artmasına səbəb olan hormon hasil edən şişlər daxil olmaqla, mədə turşuluğunun artmasına səbəb olan hallarda (Zollinger-Ellison sindromu)
Böyüklər üçün ezomeprazolun tövsiyə olunan başlanğıc dozası 40 mq-dan gündə 2 dəfə təşkil edir. Sonra doza seçimi və müalicənin müddəti fərdi olaraq xəstəliyin gedişatından asılı olaraq həyata keçirilir. Mövcud klinik məlumatlar göstərir ki, bir çox xəstələrdə müalicə ezomeprazolun gündəlik 80-160 mq dozası ilə aparılır. 80 mq-dan yüksək sutkalıq doza gün ərzində iki dəfəyə bölünərək qəbul olunmalıdır.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat
Böyrək çatışmazlığı olan xəstələr
Böyrək funksiyası pozulmuş xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı olan xəstələrdə itifadəsi barədə məhdud təcrübə olduğu üçün belə xəstələrə preparat ehtiyatla təyin olunmalıdır.
Qaraciyər çatışmazlığı olan xəstələr
Yüngül və orta dərəcəli qaraciyər funksiyasının pozulması olan xəstələrə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Ağır qaraciyər çatışmazlığı olan xəstələrə ezomeprazolun maksimal sutkalıq dozası 20 mq-dan çox olmamalıdır.
Müxtəlif yaş qruplarda istifadəsi
Yaşlı xəstələr
Yaşlılarda istifadə oluna bilər. Dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Pediatrik xəstələr
12 yaşdan kiçik uşaqlarda preparatın tətbiqi haqqında məlumatlar olmadığı üçün bu qrup xəstələrə təyin olunması tövsiyə olunmur.
Preparatın qəbulu unudulduqda
Temzo örtüklü tabletin qəbulunu unutmusunuzsa, xatırladığınız anda dozanı tətbiq edin və sonra müntəzəm istifadəsini davam edin.
Preparatın qəbulu unudulduqda buraxılmış dozanın əvəzinə ikiqat doza qəbul etməyin!
Həkiminizlə məsləhətləşmədən dərmanın qəbulunu dayandırmayın!