Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TERFALIN 1% 15GR KREM

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-01242
İstehsalçı ölkə: Türkiye
5,88 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TERFALİN 1, %-li xaricə istifadə üçün krem

TERFALİN 1 tərkibi

Təsiredici maddə: 1 q kreminin tərkibində 10 mq terbinafin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

- Trichophyton (Trichophyton rubrum və Trichophyton mentagrophytes), Microsporum canis və Epidermophyton floccosum kimi dermatofit mənşəli göbələk infeksiyaları, Tinea pedis (atlet ayağı), Tinea cruris və ya Tinea corporis;

- Dərinin kandida (əsasən, Candida albicans) mənşəli maya göbələyi infeksiyalarında;

- Malаssezia furfur kimi tanınan Pityrosporum orbiculare mənşəli rəngarəng dəmrov (Pityriasis (tinea) versicolor) infeksiyaları.

Əks göstərişlər

Terbinafinə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı

yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınların iştirakı ilə keçirilmiş kliniki tədqiqatlar mövcud deyil. Odur ki, Terfalin® krem ətraflı fayda/risk dəyərləndirməsindən sonra hamilələrdə istifadə edilə bilər. Heyvanlar üzərində aparılmış tədqiqatlar zamanı terbinafinin ana bətnindəki dölə toksiki təsiri qeydə alınmamışdır. Terbinafini oral qəbul etdikdə ana südünə keçir. Bu səbəbdən, laktasiya dövründə Terfalin® qəbul olunmamalıdır. Körpələrin dərinin müalicə sahəsi ilə təmasına yol vermək olmaz. Reproduktiv qabiliyyətə təsiri Heyvanlar üzərində aparılmış tədqiqatlar zamanı terbinafinin nəsil vermə qabiliyyətinə təsiri müşahidə edilməmişdir.

TERFALİN 1 istifadə qaydası və dozası

Terfalin® krem gündə 1-2 dəfə istifadə olunur. Kremi sürtməzdən əvvəl nahiyəni sabunlu su ilə yuyub təmizləmək və yaxşı qurulamaq lazımdır. Təxmini müalicə müddətləri: Tinea corporis, cruris (bədən və qasıq dermatomikozları): 1-2 həftə Tinea pedis (ayaq dermatomikozu): 1 həftə Dəri kandidozu: 2 həftə Rəngarəng dəmrov (Pityriasis versicolor): 2 həftə Bir neçə gün ərzində kliniki simptomlar zəifləməlidir. Nizamsız istifadə və ya müalicənin erkən dayandırılması xəstəliyin residiv riskini artırır. İki həftədən sonra yaxşılaşma yoxdursa, diaqnoz yenidən dəqiqləşdirilməlidir. Yaşlılarda istifadəsi Yaşlılarda doza dəyişikliklərinə ehtiyac yoxdur. Uşaqlarda istifadəsi Uşaqların iştirakı ilə keçirilmiş yerli terbinafin istifadəsi ilə müalicəyə dair təcrübə sayı məhdud olması səbəbindən 16 yaşından aşağı uşaqlarda istifadəsi tövsiyə olunmur. Terfalin®-i istifadə etməzdən əvvəl zədələnmiş nahiyə təmizlənib qurudulmalıdır. Kremi zədələnmiş nahiyəyə və ətrafına nazik təbəqə ilə çəkib yüngülcə sürtmək lazımdır. Bişməcə nəticəsində əmələ gəlmiş infeksiyalar zamanı (süd vəzilərinin altı, barmaqarası, sağrı, qasıq nahiyəsi) təyin edilən nahiyənin üzəri tənziflə örtülə bilər, xüsusəndə gecələr.

Prepared by  T-Soft E-Commerce.