Tetraborata-Natriya Gliserin 20% 30 Qr
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.NATRİUM, TETRABORAT-YƏF yerli istifadə üçün məhlul
NATRİUM tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 20 q natrium tetraborat dekahidrat vardır.
İstifadəsinə göstərişlər
Ağız boşluğunun, udlağın, cinsi orqanların selikli qişasının kandidozlu zədələnmələri.
Əks göstərişlər
Hiperhəssaslıq, uşaqlar, selikli qişanın tamlığının pozulması, hamiləlik və laktasiya dövrü.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın təlimata uyğun istifadəsi nəqliyyatı idarə etməyə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmağa təsir etmir.
NATRİUM istifadə qaydası və dozası
Yerli. Ağız boşluğunun selikli qişasının zədələnmiş nahiyəsinə gündə 2-3 dəfə sürtülür. Müalicə kursu 3-7 gün təşkil edir. Vaginal kandidozun müalicəsi zamanı (süd yarası) preparatın istifadəsindən əvvəl qaynanmış su ilə və ya çobanyastığı məhlulu ilə çiləmə aparmaq lazımdır, bundan sonra preparatla islanmış tamponu uşaqlıq yoluna 20-30 dəqiqə müddətində yeritmək lazımdır. İstifadə tezliyi və müalicə kursu xəstəliyin ağırlığından asılıdır. Əhəmiyyətsiz dərəcədə ifrazat və qaşınma olduqda gündə 1 dəfə (yaxşı olar ki, gecə), çox ifrazat olduqda isə preparat gündə 2 dəfə (səhər və axşam) 7 gün müddətində istifadə edilir.