Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Triderm 15 qr krem

Məhsul Kodu : 111-00091
İstehsalçı ölkə: Belçika
9,32 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TRİDERM, krem

TRİDERM tərkibi

TRİDERM tərkibi, 1 q kremin tərkibində 0,5 mq betametazon (0,643 mq betametazon dipropionat şəklində), 10 mq klotrimazol, 1,0 mq gentamisin (gentamisin sulfat şəklində) vardır

Triderm, istifadəsinə göstərişlər

Triderm, bakteriyaların və ya göbələklərin törətdiyi infeksiyalar artıq mövcud olduğu, yaxud yaranması təhlükəsi olduğu hallarda, kortikosteroidlər ilə terapiyaya həssas dermatozların müalicəsi üçün göstərişdir. Krem, xəstəliyin yaş zədələnmələr mərhələsində istifadəsi üçün uyğundur.

Əks göstərişlər

Dəri infeksiyaları (virus, bakterial [o cüml., vərəm], həmçinin göbələk mənşəli), vaksinlərə qarşı reaksiyalar, dəri xoraları və akne yerli istifadə üçün nəzərdə tutulmuş kortikosteroidlərin istifadəsi üçün əks göstərişdir. Rozasea və ya perioral dermatit yarandıqda məlhəmin üz nahiyəsinə sürtülməsindən imtina etmək lazımdır. Preparatın təsiredici maddələrdən və ya köməkçi maddələrdən hər hansı birinə, digər aminoqlikozid antibiotiklərə (gentamisinə qarşı çarpaz allergiya) və ya imidazol törəmələrinə (klotrimazola qarşı çarpaz allergiya) qarşı yüksək həssaslıq. Triderm, okklüzion sarğı altında istifadə üçün nəzərdə tutulmayıb. Tridermi selikli qişalara, gözətrafı dəriyə və ya göz yaxınlığındakı sahələrə sürtmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı kortikosteroidlərin yerli istifadəsi teratogen təsir göstərmişdir. Hamilələrdə istifadəsi barədə məlumatlar yoxdur. Əgər hamilə qadınlar onları qəbul edərsə, aminoqlikozidlər plasentar baryerdən keçə və dölə zərər yetirə bilər. Hamiləlik dövründə aminoqlikozidlər, o cümlədən gentamisin qəbul edən anaların uşaqlarında anadangəlmə ikitərəfli tam geridönməz karlıq barədə məlumatlar daxil olmuşdur. Gentamisinin hamilələrdə yerli istifadəsi barədə kifayət qədər məlumatlar yoxdur. Klotrimazolun hamilələrdə istifadəsi barədə kifayət qədər məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda döl üçün heç bir risk aşkar edilməmişdir. Triderm, yalnız ona mütləq ehtiyac olduğu halda istifadə edilməlidir. Tridermi iri sahələrdə, çox miqdarda və ya uzun müddət ərzində istifadə etmək olmaz. Laktasiya: Gentamisinin, klotrimazolun və yerli istifadə üçün kortikosteroidlərin ana südünə ifraz olunması barədə məlumat yoxdur, lakin sistem qan axınına daxil olan kortikosteroidlər həmçinin ana südünə keçir. Triderm süd vəzilərinə sürtüldüyü zaman ana südü ilə qidalandırma əks göstərişdir.

İstifadə qaydası və dozası

Yeniyetmələr və böyüklər: Gündə 2 dəfə (səhər və axşam) dərinin zədələnmiş sahələrinə nazik qat şəklində çəkmək və yüngülcə sürtmək lazımdır, bu zaman həm bütün zədələnmiş sahəni, həm də onu əhatə edən sağlam dəri səthini əhatə etmək lazımdır. Müalicə müddəti həm kliniki baxışın, həm də mikrobioloji müayinələrin nəticələrindən, həmçinin müalicəyə cavabdan asılıdır. Pəncənin mikozu zamanı daha uzunmüddətli (2–4 həftə) müalicənin lazım olması nəzərdən keçirilməlidir. 2 yaşdan 12 yaşa qədər uşaqlar: Az miqdarda kremi yalnız zədələnmiş dəri sahəsinə çəkmək və ehtiyatla sürtmək lazımdır. Gündə iki dəfədən çox olmayaraq, kremin sürtülməsi arasında minimum 6–12 saat fasilə etməklə istifadə etmək lazımdır. Kremi üzə, boyuna, baş dərisinə, cinsi orqanlar nahiyəsinə, rektal nahiyəyə və dərinin intertriginoz sahələrinə həkim nəzarəti altında çəkmək lazımdır. Müalicə müddəti 5–7 günlə məhdudlaşdırılır.

Prepared by  T-Soft E-Commerce.