Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddə: 1 q gelin tərkibində 20 mq trokserutin vardır.
Trokserutin aşağıdakı hallarda göstərişdir: simptomatik xroniki venoz çatışmazlığı; v enaların varikoz genişlənməsi;səthi tromboflebit, periflebit və flebotromboz; posttrombotik sindrom; posttrombotik ödem və hematomaların müalicəsi üçün.
Aşağıdakı hallarda Trokserutin Sofarma 2% geli qəbul etmək olmaz - Əgər Sizdə trokserutinə və ya dərmanın hər hansı digər komponentinə qarşı allergiya (yüksək həssaslıq) varsa. - Əgər Sizdə dəri səthinin bütövlüyü pozulubsa.
Hər hansı bir dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Hamiləlik və laktasiya dövründə, Trokserutin Sofarmanı gel kimi istifadə etmək olar.
Trokserutin Sofarma 2% gel - xaricə istifadə olunan dərman vasitəsidir. Nəqliyyat vasitələrinin idarə edilməsinə və avtomobillərlə işləməyə heç bir təsir göstərmir.
Trokserutin Sofarma 2% geli həmişə bu içlik vərəqədəki təlimatları dəqiq yerinə yetirərək istifadə edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və əczaçınızdan soruşun. Gel gündə 2 dəfə - səhər və axşam zədələnmiş sahəyə tam hopdurulana qədər diqqətlə yüngülcə sürtülür. Lazım olarsa, geli sarğının və elastik corabların altından sürtmək olar.