Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Unikrem 50 qr krem

Məhsul Kodu : 111-25751
25,50 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Unikrem

Unikrem tərkibi

1 tub A Vitamini (Retinol) 400 TV (Vitamin A (Retinolum)) D3 Vitamini (Xolekalsiferol) 200 TV (Vitamin D3 (Cholecalciferolum)) E Vitamini (Tokoferol) 100 TV (Vitamin E (Tocopherolum)) Köməkçi maddələr: EUXYL PE 9010, Baby esans, Tea (Triethanlamin), Carbomer, Glycerin (Vegetable based), EDTA, Cetyl Cearyl Alcohol, Ceteareht 25, Gliserin mono steat, Dimeticone DC-200-100, Likit parafin, Shea butter, Lanolin. Məhsulun istifadəsinə dair bəyan: A, D3, E vitaminləri ilə zəngin, dəri qulluğu üçün nəzərdə tutulmuş tibbi vasitə. A vitamini dəri üçün cox faydalı bir vitamindir. Hüceyrələrin yenilənməsində iştirak edir (bişməcə, gec sağalan yaralar, hiperpiqmentasiya qırışlar,) Piy vəzilərinin işini tənzimləyir, məsamələri yığır (sızanaq, qara nöqtələr).

Dərinin möhkəmliyini və elastikliyini artırır (qırışlar, quruluq). D vitamini dəri sağlamlığını dəstəkləyir. Güclü antioksidantdır, Dəri üzərində iltihabi sitokinləri azaldır, mikrosirkulyasiya prosesində və dəri yenilənməsində iştirak edir, dərinin qan dövranını yaxşılaşdırır. Atopik dermatit, psoriaz, ekzemada geniş istifadə olunur.

E vitamini yağda həll olunan vitamindir, A, D vitamin ilə birgə antioksidant olaraq hüceyrələrin zərərli faktorlardan müdafiə edilməsinə kömək edir. Dəri gözəlliyində böyük rol oynayır, dərinin elastikliyinə, nəm və cavan qalmasına cavabdehdir. Kremli baza sayəsində yağlı hiss buraxmır və asanlıqla sorulur. Zəngin tərkibi sayəsində dərini xarici amillərin mənfi təsirlərindən qoruyur.

İstifadəsinə göstərişlər

bişməcə, dermatitlər, sızanaqlar, psoriaz, gec sağalan və dəri quruluğu ilə müşahidə olunan problemlər zamanı dəriyə qulluq məqsədi ilə istifadə olunur.

Əks göstərişlər

Məhsulun tərkibində olan hər hansı komponentə qarşı həssaslıq. Yararlılıq müddəti: 3 il

Unikrem istifadə qaydası və dozası

Uşaqlara və böyüklərə gün ərzində 1-2 dəfə dəri üzərinə çəkilir.

Prepared by  T-Soft E-Commerce.