Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VISFULIN 1MG 30GR KREM

Məhsul Kodu : 111-26262
İstehsalçı ölkə: Türkiye
18,48 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VİSFULİN, 0,1% krem

VİSFULİN tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 1 mq tazaroten (0,1%) vardır.

İstifadəsinə göstərişlər

Yüngül və orta dərəcəli psoriaz müalicəsində istifadə olunur.

Əks göstərişlər

- Tazarotenə və ya preparatın digər hər hansı bir komponentinə qarşı hiperhəssaslıq. - Hamiləlik və hamiləliyə hazırlıq dövrü. - Laktasiya dövrü. - Psoriatik eritrodermiya, kəpəklənmə, pustulyoz və eksfoliativ psoriaz.

- Üz dərisində, başın tüklü hissəsində, dərinin qatlanan hissələrində istifadə olunmur. - 18 yaşdan aşağı pasiyentlərdə psoriazın müalicəsində istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı istifadə etməzdən qabaq həkiminiz və əczaçınızla məsləhətləşin. Visfulin kremin hamiləlik və hamiləliyə hazırlıq dövründə istifadəsi məsləhət deyil. Heyvanlar üzərində aparılmış tədqiqatlara əsasən məlum olmuşdur ki, dölə teratogen təsir göstərir. Preparatın istifadəsi zamanı hamiləliyin baş verməməsi üçün kontraseptivlərdən istifadə etmək məsləhət görülür.

Visfulin kremlə müalicə zamanı hamilə qalsanız, bu haqda dərhal həkimizə məlumat verin. Tazarotenin ana südünə keçməsi ilə bağlı məlumatlar yoxdur, amma heyvanlar üzərində aparılmış tədqiqatlar göstərir ki, preparatın südlə ekskresiyası baş verə bilər. Bu səbəblə, preparat laktasiya dövründə istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.

VİSFULİN istifadə qaydası və dozası

Psoriazın müalicəsində krem nazik təbəqə ilə gündə 1 dəfə patoloji nahiyəyə axşam çəkilməlidir. İstifadə etməzdən qabaq duş qəbul etmisinizsə, dərini yaxşıca qurutmaq lazımdır. Akne səpgilərinin müalicəsində üzü təmizlədikdən sonra qurudaraq nazik təbəqə ilə axşam 1 dəfə çəkmək lazımdır. İstifadə qaydası: - Duş qəbulundan sonra Visfulin kremi istifadə etməzdən qabaq dərini yaxşıca qurutmaq lazımdır.

- Kremi yalnız zədələnmiş nahiyələrə çəkmək lazımdır, sağlam nahiyələrə çəkilərsə, dəridə qaşınma, qızartı və iltihab yarana bilər. - Krem çəkilmiş nahiyələrin üstünü örtmək və sarğı qoymaq olmaz. - Kremi çəkdikdən sonra əllərinizi yaxşıca yuyun (əgər patologiya əllərdə deyilsə). Kremin gözə düşməsindən çəkinmək lazımdır, əgər gözə düşərsə, gözlərinizi su ilə yaxşıca yuyun.

- Nəzərə almaq lazımdır ki, kremi kosmetik və dəriyə qulluq vasitələri ilə birlikdə istifadə etmək olmaz. Əgər bu vasitlər istifadə olunarsa Visfulin krem 1 saatlıq intervalla istifadə olunmalıdır. - Əgər dəridə qıcıqlanma baş verərsə, preparatı n istifadəsini dərhal dayandırı n və dermatoloqa müraciət edin. Qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi haqda informasiya yoxdur.

18 yaşdan aşağı uşaqlar və yeniyetmələrdə istifadə olunmamalıdır.

Prepared by  T-Soft E-Commerce.