Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq alfa-tokoferol asetat vardır.
E vitamininin hipovitaminozu; ateroskleroz və onunla əlaqədar ürək-damar xəstəlikləri; menstrual siklin pozulması; kişilərdə cinsiyyət vəzilərinin hipofunksiyası, yarımçıq hamiləlik təhlükəsi; qadınlarda və kişilərdə sonsuzluğun müalicəsində kompleks müalicədə; əzələ distrofiyasının və dəri xəstəliklərinin müalicəsi.
Preparatın istənilən komponentinə qarşı fərdi yüksək həssaslıq. Kardioskleroz, miokard infarktı. K vitamininin defisiti fonunda hipoprotrombinemiya.
Hamiləlik və laktasiya dövründə, yalnız həkim təyinatı ilə istifasdə edilir.
Əzələdaxili yeridlir. İstifadə etməzdən əvvəl preparatı 37ºC-yə qədər isitmək lazımdır. E vitamininin orta sutkalıq dozası 50-300 mq-dır, gər gün və ya günaşırı yeridilir. Xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq, konkret sutkalıq dozanı və müalicə kursunun müddətini həkim təyin edir.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-06537 |