Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VITERA-D3 50000IU 15ML DAMLA

Məhsul Kodu : 111-30121
İstehsalçı ölkə: Türkiye
3,40 AZN
Daha çox Vitaminlər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VİTERA-D3, 50 000 BV./15 ml daxilə qəbul üçün məhlul

VİTERA-D3 tərkibi

Təsiredici maddə: 15 məhlulun tərkibində (1 falkon) 1,25 mq (50 000 BV) vitamin D3 vardır.

İstifadəsinə göstərişlər

VİTERA-D3 preparatı aşağıdakı hallarda istifadə olunur: − böyüklərdə və uşaqlarda D vitam ini çatışmazlığının (o cümlədən raxitin və osteomalyasiyanın) müalicəsi; − yüksək risk qrupuna daxil olan pasiyentlərdə D vitamini çatışmazlığının profilaktikası (o cümlədən piylənmədən, malabsorbsiya sindromundan əziyyət çəkən pasiyentlər, D vitamininin metabolizminə təsir göstərən preparatlarla müalicə zamanı);

Əks göstərişlər

− Kolekalsiferola və ya dərman preparatının tərkibində olan hər hansı digər komponentə qarşı allergiya; − hiperkalsiemiya; − hiperkalsiuriya; − D hipervitaminozu; − Ağır hipertoniya, yüksək səviyyədə ateroskleroz və aktiv ağciyər vərəmində uzun müddətli yüksək doza istifradəsi; − böyrəklərin ağır dərəcəli zədələnməsi (ağır dərəcəli böyrək çatışmazlığı).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: C. Kontrasepsiya Kontrasepsiya haqqında məlumat yoxdur. Hamiləlik dövrü Vitamin D -nin hamiləlik dövründə istifadəsi ilə bağlı heç bir klinik məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar hamiləliyə / və ya / embrional / dölün inkişafına / və ya / doğuşa / və / və ya postnatal inkişafa təsirləri baxımından qeyri-adekvatdır.

İnsanlar üçün potensial risk məlum deyil. Hamiləlik dövründə tərkibində D vitamini olan dərmanların müntəzəm istifadəsi məsləhət görülməsə də, lazım gəldikdə həkim nəzarəti altında istifadəsi mümkündür. Hamiləlik dövründə profilaktika məqsədilə tərkibində D vitamini olan preparatlardan istifadə edərkən maksimal doza gündə 1000 BV-dən çox olmamalıdır. Laktasiya dövrü Ana südündə vitamin D metabolitləri az miqdarda müşahidə olunur.

Yalnız ana südü ilə qidalanan körpələrdə və günəş işığı ilə az təmasda olanlarda D vitaminin dəstəyinə ehtiyac ola bilər. Fertillik Heç bir məlum təsiri yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

VITERA D3 preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir edən təsiri yoxdur.

VİTERA-D3 istifadə qaydası və dozası

Doza və müalicənin davametmə müddəti müalicə olunacaq xəstəlikdən asılı olaraq həkim tövsiyəsi ilə təyin edilir. Yaş qruppu Profilaktika/ dəstəklənmə üçün tövsiyə olunan doza D vitamini çatışmazlığının müalicəsi üçün dozası Riskli qrupların profilaktikası və dəstəkləyici müalicəsi üçün ən yüksk dözümlü doza Gündəlik müalicə** Həftəlik təcrübə Yeni doğulmuş 400 BV/gün (10µg/gün) 1000 BV/gün (25µg/gün) yoxdur 1000 BV/gün (25µg/gün) 1 ay– 1 yaş 400 BV/gün (10µg/gün) 2000-3000 BV/gün (50-75 µg/gün) yoxdur 1500 BV/gün (37.5 µg/ gün) 1-10 yaş 400-800* BV/gün (10-20 µg/gün) 3000-5000 BV/gün (75-125 µg/gün) yoxdur 2000 BV/gün (50 µg/gün) 11-18 yaş 400-800* BV/gün (10-20 µg/gün) 3000-5000 BV/gün (75-125 µg/gün) yoxdur 4000 BV/ gün (100 µg/ gün) 18 yaşından yuxarı 600-1500 IU/gün (15-37,5 µg/gün) 7000-10 000 BV/gün (175-250 µg/ gün) 50 000 BV/həftə (1250 µg/həftə)*** 4000 IU/ gün (100 µg/ gün) * Lazım gələrsə, 1000 BV-ə qədər artırıla bilər. **6-8 həftəyə qədər istifadə oluna bilər. *** Gündəlik dozanın əvəzinə həftəlik doza tətbiq etmək istəsəniz, həftəlik doza olaraq 50 000 BV 6-8 həftəyə qədər istifadə edilə bilər.

İstifadə qaydası VITERA-D3 peroral olaraq istifadə olunur. Körpələr və ya inyeksiya edilə bilməyən insanlar üçün peroral yoluna üstünlük verilir. Onu qida maddələri ilə qarışdıraraq körpələrə tətbiq etmək olar.

Prepared by  T-Soft E-Commerce.