Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Xlorofillipt spirtde 1% 100 ml məhlul

Məhsul Kodu : 111-02192
İstehsalçı ölkə: Ukrayna
2,82 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

XLOROFİLLİPT, spirtli məhlul 

Xlorofillipt tərkibi

Təsiredici maddə:   1 ml məhlulun tərkibində 100 % quru maddə (1:15,3) hesabı ilə 10 mq  evkalipt yarpaqlarının qatı ekstraktı (extractum ex folii eucalypti spissum)  vardır.  Köməkçi maddələr: 96%-li etanol.  

İstifadəsinə göstərişlər:

 Stafilokokların antibiotiklərə qarşı davamlı olan ştamlarının törətdikləri xəstəliklərin müalicəsi, yanıq xəstəliyi, trofik xoralar və ətrafların uzun müddət ərzində sağalmayan xoraları, əməliyyatdan sonrakı, doğuşdan sonrakı və digər mənşəli septik vəziyyətlərin kompleks müalicəsi, stafilokok mənşəli bağırsaq disbiozlarının müalicəsi və stafilokok infeksiyası daşıyıcılarının sanasiyası, uşaqlıq boynu eroziyası.

Əks göstərişlər:

  Xlorofilliptə və ya preparatın tərkibinə daxil olan hər hansı digər komponentə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Preparatın hamiləlik və ya laktasiya dövründə istifadəsinin effektivliyi və təhlükəsizliyi öyrənilməmişdir və bu səbəbdən, göstərilən kateqoriyadan olan pasiyentlərdə preparat istifadə edilməməlidir.

Xlorofillipt istifadə qaydası, dozası

 Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara preparat daxilə, yerli və imalə şəklində təyin olunur. 12 yaşdan yuxarı uşaqlara preparat həkim təyinatı əsasında istifadə edilir. Xlorofillipt preparatı bağırsaqda stafilokokk daşıyıcılığı zamanı və əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası məqsədi ilə daxilə istifadə olunur. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: preparatın 5 ml 1%-li spirtli məhlulu 30 ml suda həll olunur və gündə 3 dəfə qida qəbulundan 40 dəqiqə əvvəl daxilə istifadə edilir. Müalicənin davametmə müddəti terapiyanın effektivliyindən və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, fərdi qaydada müəyyən edilir.   Bağırsaqda stafilokokk daşıyıcılığı zamanı Xlorofillipt preparatı həmçinin imalə şəklində təyin olunur (preparatın 1 imalə üçün dozası – 20 ml 1%-li spirtli məhlulun 1 litr suda həll edilməsi ilə əldə olunur). Prosedura sutkada 1 dəfə həyata keçirilir. Preparatın istifadəsi ilə imalə hər 2 gündən bir yeridilir. Müalicə kursu 10 proseduradan ibarətdir.   Yerli istifadə məqsədi ilə (yanıqların və trofik xoraların müalicəsi üçün) preparatın 1%-li spirtli məhlulu 1:5-ə nisbətində 0,25%-li novokain məhlulu ilə durulaşdırılır.   Uşaqlıq boynu eroziyasının müalicəsi zamanı uşaqlıq yolunun və uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin selikli qişasının bütün büküşlərini əvvəlcədən qurutmaq və uşaqlıq boynu kanalını Xlorofillipt preparatının 1%-li məhlulu ilə silmək lazımdır. Uşaqlıq yolunun şırnaqla yuyulması üçün preparatın 15 ml 1%-li məhlulu 1 litr suda həll olunmalıdır.   Müalicə kursunun davametmə müddəti xəstəliyin gedişindən asılıdır və həkim tərəfindən fərdi qaydada müəyyən edilir.  Uşaqlar   12 yaşdan yuxarı uşaqlarda preparat həkim təyinatı əsasında istifadə edilir.  

Prepared by  T-Soft E-Commerce.