Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Yosept 10 mq 100ML məhlul

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-06673
İstehsalçı ölkə: Azerbaycan
4,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

YOSEPT 10%, xaricə istifadə üçün məhlul

YOSEPT 10% tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq polivinilpirrolidon-yod kompleksi var, bu da 10 mq aktiv yoda muvafiqdir.

İstifadəsinə göstərişlər

- Cərrahların və tibbi personalın əllərinin cərrahi əməliyyatdan əvvəl və sonra işlənməsi;

- cərrahi müdaxilə sahəsinin cərrahi əməliyyatdan əvvəl və sonra işlənməsi;

- dərinin infeksiyalaşmış zədələnmələrinin (yaralar, yanıqlar, xoralar, sıyrıqlar, yataq yaraları) işlənməsi;

- punksiyadan, qanalmadan, transfuziyadan, infuziyadan, inyeksiyadan və biopsiyadan əvvəl dərinin işlənməsi;

- yoluxmuş xəstələrə qulluq zamanı əllərin, xəstələrə qulluq əşyalarının və alətlərin gigiyenik işlənməsi;

- yara səthlərinin infeksiyalaşmasının qarşısının alınması;

- dərinin bakterial, göbələk və virus mənşəli zədələnmələri;

- stomatoloji manipulyasiyalardan əvvəl və sonra ağız boşluğunun dezinfeksiyası üçün;

- “kiçik” ginekoloji əməliyyatlar zamanı (hamiləliyin süni pozulması, uşaqlıqdaxili vasitələrin yerildilməsi, eroziya və poliplərin koaqulyasiyası və s.) və doguş yollarının dezinfeksiyası məqsədilə;

- selikli qişaların dezinfeksiyası üçün.

Əks göstərişlər

Yoda qarşı yüksək həssaslıq, hipertireoz. Vaxtından əvvəl yenidoğulmuşlarda və yeni doğulmuş körpələrdə istifadəsi. Qalxanabənzər vəzinin xəstəlikləri və adenoması olan pasiyentlər. Radioaktiv yodla eyni vaxtda istifadəsi. Herpesəbənzər dermatit (Dürinq xəstəliyi).

YOSEPT 10% istifadə qaydası və dozası

Preparatın istifadəsindən əvvəl onu sınaqdan keçirmək zəruridir. Bu məqsədlə dəridə məhlulun bir damcısını tətbiq edib 30 dəqiqə gözləmək lazımdır. Allergik reaksiyalar müşahidə olunduqda preparatın istifadəsini dayandırmaq lazımdır. Məhlulu həll etmədən və ya müxtəlif nisbətdə (1:20, 1:10, 1:100) su ilə durulaşdırılmış məhlul şəklində istifadə etmək olar. Əllərin işlənməsi üçün 5 ml YOSEPT məhlulu ovucun içinə tökülür və 5 dəqiqə müddətində dırsəyə qədər əllərə sürtülür (köpük əmələ gəlməsi üçün su əlavə etmək olar), sonra təmiz yuyulur. Prosedur təkrar olunur. Kiçik yaraların, sıyrıqların, yanıqların və s. punksiya, qanalma, transfuziya, infuziya, infeksiya və biopsiyadan əvvəl dərinin işlənməsi üçün məhlul durulaşdırılmadan 1-2 dəqiqə ekspozisiya ilə istifadə olunur. Dərinin irinli xəstəlikləri, civzəli səpgi zamanı dəri durulaşdırılmamış məhlulda və ya 1:2 (5%) nisbətində durulaşdırılmış məhlulda islanmış tampon ilə işlənilir. Stomatoloji manipulyasiyadan əvvəl və sonra ağız boşluğunun dezinfeksiyası üçün 1:10 (1%) nisbətində durulaşdırılmış məhluldan istifadə olunur. Cərrahi müdaxilə sahəsinin işlənməsi üçün məhlul durulaşdırılmadan 2 dəqiqəlik ekspozisiya ilə istifadə olunur, xəstələrin cərrahiyyədən əvvəl “dezinfeksiyaedici işlənməsi” 1:100-1:200 (0,1- 0,05%) durulaşdırılmış məhlulda isladılmış süngər sürtməklə həyata keçirilir. İnvaziv manıpulyasiyalardan sonra fəsadların profilaktika və müalicəsi, yaraların aseptik işlənməsı və fəsadların müalicəsi durulaşdırılmamış və ya 1:2 (5%) nisbətində durulaşdırılmış məhlulla həyata keçirilir.

Yanıqların müalicəsində bilavasitə yanıq səthinə durulaşdırılmamış və yaranın vəziyyətindən asılı olaraq 1:2-1:10 (5-1%) nisbətində durulaşdırılmış məhluldan istifadə edilir, sarğı materialı durulaşdırılmamış məhlulla hopdurulur. Seroz boşluqların (qarın, plevral), oynaq boşluqlarının yuyulması 1:10-1:100 (1%-0,1%) nisbətində durulaşdırılmış məhlulla həyata keçirilir. Parenximatoz orqanlarda kistaların cərrahi müalicəsi zamanı sklerozlaşdırıcı vasitə kimi durulaşdırılmamış məhluldan istifadə olunur. Transplantologiya, oftalmologiyada donor orqan və toxumaların işlənməsi üçün 1:10-1:2 (1-5%) durulaşdırılmış məhluldan istifadə olunur. “Kiçik” ginekoloji müdaxiləlar zamanı (hamiləliyin süni pozulması, uşaqlıqdaxili vasitələrin yeridiliməsi, eroziya və poliplərin koaqulyasiyası və s.) və doğuş yollarının dezinfeksiyası üçün 1:10 (1%) durulaşdırılmış məhluldan istifadə olunur. Virus zədələnmələrində (dəridə herpetik səpgilər, papilomalar) durulaşdırılmamış məhluldan istifadə olunur. Yodun korroziv təsirini nəzərə alaraq yalniz plastik materiallardan hazırlanmış məmulatların, xrom-nikel və ya molibden örtüyü olan metal avadanlıqların işlənməsində istifadə olunur.

Prepared by  T-Soft E-Commerce.