Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q kremin tərkibində 20 mq sertakonazol nitrat vardır. Köməkçi maddələr:etilenqlikol və polietilenqlikol palmitostearat, Labrafil M 2130 CS, qliserin izostearat, parafin yağı, metilhidroksibenzoat, sorbin turşusu, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Preparat dərinin Trichophyton rubrum, Trichophyton mentagrophytes və Epidermophyton floccosum tərəfindən törədilən göbələk infeksiyalarının (baldırın, pəncənin, biləyin, dırnaq yatağının, bədənin və dəri büküşlərinin, xarici cinsiyyət orqanlarının və s. dermatofitozu, dermatomikozu) yerli müalicəsində istifadə edilir.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı allergiya. - Oxşar qrupdan (imidazol törəmələri) olan istənilən göbələkəleyhinə preparata qarşı allergiya. Zalain® kremini gözlərin müalicəsində istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdıqda, bu barədə həkimə məlumat verməlidir. Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı sertakonazolun dölə mənfi təsiri aşkar edilməyib. Preparatın hamilə qadınlarda istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. İnsanda xaricə istifadəsi zamanı təsiredici maddə dəridən sorulmur. Bu səbəbə görə bu preparatın hamiləlik dövründə istifadəsi mümkündür (ana üçün gözlənilən faydanın dölə olan mümkün riskdən üstün olduğu halda həkim qiymətləndirməsindən sonra). Laktasiya dövrü Laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Bu səbəbə görə preparatı, yalnız həkim qiymətləndirilməsindən sonra ana üçün gözlənilən fayda körpəyə olan potensial riskdən üstün olduqda istifadə etmək mümkündür. Hamiləlik və laktasiya dövründə istənilən dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Bu dərman preparatını hər zaman həkimin və ya əczaçının təyinatına müvafiq istifadə etmək lazımdır. Hər hansı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Tövsiyə olunan istifadəsi Zalain® kremini nazik qatla təmiz yuyulmiş (su və sabunla) və yaxşı qurudulmuş zədələnmiş dəri nahiyəsinə sağlam dərinin təqribən 1 sm əhatə etməklə, hər gün 1 və ya 2 dəfə (axşam və ya səhər və axşam) sürtülür. Müalicənin müddəti törədicidən və infeksiyanın lokalizasiyasından asılıdır. Bir qayda olaraq, xəstəliyin simptomları 2-4 həftə ərzində itir. Lakin tam sağalma və residivin qarşısını almaq üçün müalicəni 4 həftə müddətində davam etmək məsləhət görülür. Preparatla müalicə zamanı turş pH-ı olan sabundan istifadə etmək məsləhət görülmür (turş mühit kandida növündən olan göbələklərin çoxalmasına səbəb olur). Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Uşaqlarda Zalain® kreminin istifadəsi məsləhət görülmür. Göbələk xəstəliyinin müalicəsi zamanı zədələnmiş nahiyənin quruluğunu və yaxşı təbii ventilyasiyasını (geyim, ayaqqabı), xüsusilə dəri büküşlərində, təmin etmək vacibdir. Zalain® kreminin istifadəsi unudulduqda Ötürülən istifadəni kompensasiya etmək üçün kremi ikiqat dozada istifadə etmək olmaz. Zalain® kreminin istifadəsi dayandırıldıqda Göbələk infeksiyasının tam sağalması və residivin qarşısını almaq məqsədilə müalicəni vaxtından əvvəl dayandırmaq olmaz. Bu preparatın sonrakı istifadəsilə bağlı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.