Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ZOLEDRO DENK 4MG 5ML N1 FLK

Məhsul Kodu : 111-17179
Reseptlə satılır
İstehsalçı ölkə: Almaniya
156,12 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ZOLEDRO-DENK, 4 mq/5 ml infuziya məhlulu hazırlamaq üçün konsentrat

ZOLEDRO-DENK tərkibi

Təsiredici maddə: 5 ml konsentratın tərkibində 4 mq zoledron turşusu vardır.

İstifadəsinə göstərişlər

− Sümük ağırlaşmalarının qarşısını almaq məqsədi ilə, məsələn, sümük metastazları (xərçəngin ilkin yerindən sümüyə yayılması) olan böyüklərdə sınıqlar. − Böyük pasiyentlərdə bədxassəli şiş səbəbindən qanda yüksək kalsiumun miqdarının azaldılması məqsədi ilə. Bədxassəli şişlər kalsiumun sümükdən ayrılmasını artıraraq, normal sümük dəyişikliklərini sürətləndirə bilər. Bu vəziyyət bədxassəli şişlə əlaqədar hiperkalsiemiya adlanır.

− Menopauzadan sonrakı qadın və kişilərdə osteoporozun müalicəsi və ya steroidlərlə terapiya nəticəsində yaranan osteoporozun müalicəsi. − Sümüklərin Pedjet xəstəliyinin müalicəsi.

Əks göstərişlər

− Təsiredici maddəyə, digər bisfosfonatlara və ya preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq (“Tərkibi” bölməsinə baxın), − Hipokalsiemiya (qanda kalsiumun aşağı səviyyəsi), − Ağır böyrək problemləri, − Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə Zoledro-Denk preparatı istifadə edilməməlidir. Hamilə olduğunuzu ehtimal edirsinizsə, həkimlə məsləhətləşin. Laktasiya dövründə Zoledro-Denk preparatı istifadə edilməməlidir. Hamiləlik və ya laktasiya dövründə hər hansı bir dərman preparatını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Zoledron turşusunun istifadəsi çox nadir hallarda yuxululuq yarada bilər. Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olduqda ehtiyatlı olmaq lazımdır.

ZOLEDRO-DENK istifadə qaydası və dozası

− Zoledro-Denk preparatı yalnız venadaxili və bisfosfonatların yeridilməsi üzrə təcrübəsi olan tibb işçiləri tərəfindən yeridilməlidir. − Dehidratasiyanın qarşısını almaq üçün həkim, hər müalicədən əvvəl, kifayət qədər su içməyi məsləhət görməlidir. − Həkim, tibb bacısı və ya əczaçı tərəfindən verilən bütün təlimatlara diqqətlə riayət edilməlidir. Dozalanma rejimi və müalicə müddəti − Preparatın adi dozası 4 mq zoledron turşusudur.

− Böyrək problemləri olan pasiyentlərdə, həkim xəstəliyin ağırlığından asılı olaraq daha aşağı doza təyin edə bilər. − Sümük metastazları səbəbindən sümük ağırlaşmalarının qarşısının alınması məqsədi ilə, Zoledro-Denk 4 mq/5 ml infuziyası hər 3-4 həftədən bir yeridilməlidir. − Qanda kalsiumun miqdarını azaldılması məqsədi ilə, adətən Zoledro-Denk 4 mq/5 ml birdəfəlik ifuziya şəkilində yeridilir. − Osteoporozun müalicəsi zamanı Zoledro-Denk 4 mq/5 ml birdəfəlik infuziyası bir il ərzində təsirlidir.

Həkim növbəti dozanın vaxtını bildirəcək. Bu yaxınlarda bud sınıqları olan pasiyentlərdə, Zoledro-Denk 4 mq/5ml preparatı budun bərpa əməliyyatından iki və ya daha çox həftədən sonra istifadə olunmalıdır. Həkimin göstərişi ilə kalsium və D vitamini əlavələrini (məsələn, tabletlərdə) qəbul etmək vacibdir. − Pedjet xəstəliyi zamanı Zoledro-Denk 4 mq/5 ml infuziya bir ildən çox müddət ərzində təsir edə bilər və həkim yenidən müalicə olunmağınız barədə məlumat verəcəkdir.

Həkim Zoledro-Denk 4 mq/5 ml yeridildikdən sonra ən azı 10 gün ərzində kalsium və D vitamini əlavələri (məsələn, tabletlər) qəbul etməyi məsləhət görə bilər. İnfuziya səbəbindən qanda kalsiumun səviyyəsinin aşağı düşməsinin qarşısını alınması məqsədi ilə bu tövsiyələrə riayət etmək vacibdir. Həkim hipokalsemiya ilə əlaqəli simptomlar barədə sizə məlumat verəcəkdir. Zoledro-Denk 4 mq /5 ml ayrıca infuzion sistemin istifadəsi ilə birdəfəlik infuziya şəklində minimum 15 dəqiqə ərzində yeridilir.

Qanda kalsiumun səviyyəsi aşağı olan pasiyentlərə əlavə olaraq kalsium və D vitamini preparatları təyin olunmalıdır. Zoledro-Denkin qida və içkilərlə birlikdə istifadəsi Pasiyent, Zoledro-Denk preparatı ilə müalicədən əvvəl və sonra həkimin göstərişinə əsasən kifayət qədər maye (ən azı bir və ya iki stəkan) qəbul etməlidir. Bu, dehidratasiyanın qarşısını alır. ZoledroDenk 4 mq/5 ml ilə müalicə zamanı normal qida qəbul oluna bilər.

Bu xüsusilə diuretik qəbul edən və yaşlı pasiyentlərdə vacibdir. Zoledro-Denk preparatının istifadəsi unudularsa Dərhal həkimə və ya xəstəxanaya müraciət edin. Zoledro-Denk ilə müalicə dayandırılarsa Həkimlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz. Həkim Zoledro-Denk preparatı ilə nə qədər müalicə olunacağınıza qərar verəcəkdir.

Prepared by  T-Soft E-Commerce.