Sevimlilərə əlavə edin
Paylaşın

Aevit N30 Cap

Məhsul Kodu : 111-21880
İstehsalçı ölkə : Rusiya
0 Şərh Şərh
3,60 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

AEVİT, kapsullar.

Aevit tərkibi 

Təsiredici maddələr:1 kapsulda 55 mq (100 000 BV) retinol palmitat (Vitamin A ), 100 mq аlfa-tokoferol asetat (Vitamin E) vardır. Köməkçi maddələr: qarğıdalı yağı.. Kapsulun örtüyü: jelatin, qliserol (qliserin), metilparahidroksibenzoat (metilparaben), sorbitol (sorbit), təmizlənmiş su, qəhvəyi boya HT (E155). Kapsulun kütləsi: 200 mq.

Qeyd:

 1 q retinol palmitat substansiyasının tərkibində (vitamin A) (DSM Nutrişnl Prodakts Ltd, filial Sisseln zavodu, İsveçrə) vardır: - retinol palmitat – 1.7 mln. BV; - butilhidroksianizol – 9 mq; - butilhidroksitoluol – 9 mq. 1 q retinol palmitat substansiyasının tərkibində (vitamin A) ( BASF SE, Almaniya): - retinol palmitat 1,7 mln BV; - butilhidroksitoluol – 17 mq.

İstifadəsinə göstərişlər:
 Kombinəolunmuş avitaminoz A, E. Kompleks müalicədə toxumaların trofikasının pozulması ilə müşayiət edilən və dərinin zədələnmələri (psoriaz, ekzemanın bəzi formaları, ixtioz, seboreyalı dermatit).

Əks göstərişlər:

 Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, A və/ya E hipervitaminozu, 18 yaşa qədər uşaqlar, hamiləlik, laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
 Hipervitaminoz A və E-nin inkişafının qarşısını almaq üçün tövsiyə olunan dozaları aşmamaq lazımdır. Preparatı istifadə edərkən tərkibindəki A vitamininin yüksək tərkibini (100.000 BV), həmçinin profilaktik dərman deyil, müalicəvi olduğunu nəzərə almaq lazımdır. Selenium və kükürd tərkibli amin turşuları ilə zəngin olan pəhriz E vitamini ehtiyacını azaldır. Ehtiyatla: tireotoksikoz, xolisistit, xroniki ürək çatışmazlığı; xroniki qlomerulonefrit, qaraciyər serrozu, hepatit virusu, böyrək çatışmazlığı, alkoqolizm, yaşlılıq, hipoprotrombenemiya (vitamin K) çatışmazlığı fonunda E 400 BV-dən çox dozada arta bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Hamiləlik və laktasiya dövründə prepratın istifadəsi əks göstərişdir.

Aevit istifadə qaydası, dozası

 Yalnız həkimin göstərişi üzrə istifadə edilir. Daxilə. Gündə 1 kapsul, qida qəbulundan asılı olmayaraq qəbul edilir. Müalicə müddəti: 20-40 gündür. Həkim məsləhətindən sonra müalicə kursunun təkrar keçirilməsi mümkündür.

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21880

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce