Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

AMINOKAPRONOVAYA KISLOTA 100ML SISTEM (UKR)

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-06376
İstehsalçı ölkə: Ukrayna
2,18 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AMİNOKAPRON TURŞUSU, infuziya üçün məhlul

AMİNOKAPRON TURŞUSU tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq aminokapron turşusu vardır.

İstifadəsinə göstərişlər

Cərrahi əməliyyatlardan sonra baş verən qanaxmalar və qanın və toxumaların fibrinolitik aktivliyinin yüksəlməsi nəticəsində baş verən müxtəlif patoloji vəziyyətlər.

Konservləşdirilmiş qanın kütləvi köçürülməsi aparıldıqda, ikincili hipofibrinogenemiyanın inkişaf etməsinin qarşısını almaq üçün istifadə edilir. Uşaqlarda və böyüklərdə qripin və KRVİ-nin (kəskin respirator virus infeksiyalarının) müalicəsi və profilaktikası.

Əks göstərişlər

Dərman preparatına qarşı yüksək həssaslıq. Trombozlara və tromboembolik xəstəliklərə meyillilik; tromboemboliya; diffuz damardaxili laxtalanma nəticəsində baş verən koaqulopatiyalar; böyrək funksiyalarının pozulması ilə müşayiət olunan böyrək xəstəlikləri; böyrək çatışmazlığı; hematuriya; hamiləlik, doğuş və laktasiya dövrü; ürəyin işemik xəstəliyinin ağır forması. Beyin qan dövranı pozğunluqları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Tromboembolik ağırlaşmaların meydana çıxma ehtimalını nəzərə alaraq, qadınlarda doğuş zamanı yüksək qan itkisinin profilaktikası məqsədi ilə preparatdan istifadə etmək məqsədəuyğun deyil. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mərkəzi sinir sistemində baş verə biləcək əlavə reaksiyaları nəzərə alaraq, preparatın istifadəsi ilə müalicə müddətində nəqliyyat vasitəsini idarə etməkdən və digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.

AMİNOKAPRON TURŞUSU istifadə qaydası və dozası

Aminokapron turşusunun məhlulu daxilə və ya vena daxilinə təyin etmək üçün nəzərdə tutulmuşdur. Böyüklərə preparatı daxilə 5 q (100 ml) dozada, daha sonra, qanaxma tam dayanana qədər 8 saat müddətində saatda 1 dəfə 1 q (20 ml) dozada təyin etmək lazımdır. Sürətli effektin əldə edilməsi üçün zərurət yarandığı halda (kəskin hipofibrinogenemiya), preparatın məhlulu 15-30 dəqiqə müddətində dəqiqədə 50-60 damcı sürətlə 100 ml-ə (5 q-a) qədər dozada vena daxilinə damcı üsulu ilə yeridilməlidir. Birinci saat müddətində preparatı 4-5 q dozada, uzunmüddətli qanaxma baş verdiyi halda isə, qanaxma tam dayandırılana qədər, 8 saatdan artıq olmamaq şərti ilə saatda bir dəfə 1 q dozada yeritmək lazımdır.

Qanaxma təkrar olunduqda, preparatın 5%-li məhlulu təkrar yeridilməlidir. Uşaqlar Fibrinolitik aktivliyin orta dərəcəli yüksəlməsi baş verdikdə, uşaqlara aminokapron turşusunu sutkada 1 dəfə 0,05 q/kq bədən kütləsinə təyin etmək lazımdır. Uşaqlarda yaşdan asılı olaraq, preparatın istifadə olunan dozaları:

- 1 yaşa qədər – birdəfəlik – 2,5 ml-ə qədər, sutkalıq – 15 ml;

- 2 yaşdan 6 yaşa qədər – birdəfəlik – 2,5-5 ml, sutkalıq – 15-30 ml;

- 7 yaşdan 10 yaşa qədər – birdəfəlik –5-7 ml, sutkalıq –30-45 ml;

- 11 yaşdan 18 yaşa qədər – birdəfəlik – 7-14 ml, sutkalıq – 45-90 ml. Kəskin qanaxmalar zamanı uşaqlarda istifadə olunan dozalar aşağıda göstərilmişdir:

- 1 yaşa qədər uşaqlar – birdəfəlik – 5 ml, sutkalıq – 30 ml;

- 2 yaşdan 4 yaşa qədər – birdəfəlik – 5-7,5 ml, sutkalıq – 30-45 ml;

- 5 yaşdan 8 yaşa qədər – birdəfəlik – 7,5-10 ml, sutkalıq – 45-60 ml;

- 9 yaşdan 10 yaşa qədər – birdəfəlik – 15 ml, sutkalıq – 90 ml;

- 11 yaşdan 14 yaşa qədər – birdəfəlik – 20 ml, sutkalıq – 120 ml;

- 15 yaşdan 18 yaşa qədər – birdəfəlik – 28 ml, sutkalıq – 160 ml. Müalicə kursu 3 gündən 14 günə qədər təşkil edə bilər. Qripin və KRVİ-nin profilaktikası və müalicəsi məqsədi ilə dərman preparatı peroral yolla və yerli istifadə edilməlidir (sutkada 3-4 dəfə 0,5-1,0 ml burun boşluğuna). Uşaqlara preparatı peroral yolla aşağıda göstərilən dozalarda təyin etmək lazımdır:

- 2 yaşa qədər uşaqlara – 1-2 q (sutkada 20-40 ml 5%-li məhlul) – sutkada 4 dəfə 1-2 çay qaşığı (birdəfəlik doza – 0,02-0,04 q/kq), qidaya və ya içkilərə əlavə etmək olar;

- 2 yaşdan 6 yaşa qədər uşaqlara – 2-4 q (sutkada 40-80 ml 5%-li məhlul) – sutkada 4 dəfə 2-4 çay qaşığı;

- 7 yaşdan yuxarı uşaqlara və böyüklərə – 4-5 q (sutkada 80-100 ml 5%-li məhlul), sutkalıq doza 4 dəfəlik qəbula bölünməlidir. Məhlulun daha dəqiq dozalanması üçün 10 ml və ya 20 ml həcmli iynəsiz tibbi şprisdən istifadə etmək məqsədəuyğundur. Eyni zamanda, aminokapron turşusunun yerli istifadəsi əsaslandırılmışdır. Hər 3-4 saatdan bir burun keçəcəklərinə 5-10 dəqiqəlik aminokapron turşusunun 5%-li məhlulunda isladılmış pambıq turundalar yerləşdirmək və ya qeyd olunan müddət ərzində hər burun keçəcəyinə 3-5 damcı məhlul installyasiya etmək (damcılatmaq) tövsiyə olunur. Zərurət yarandıqda, aminokapron turşusunu digər virusəleyhinə preparatlarla və interferonla və onun induktorları ilə kombinasiyada istifadə etmək olar. Epidemiya dövrü müddətində profilaktika məqsədi ilə aminokapron turşusunun intranazal instillyasiyalarını (sutkada 3-4 dəfə) həyata keçirmək məqsədəuyğundur – bu, infeksiya ocaqlarında xəstə ilə kontakt zamanı preparatın enteral (müalicə zamanı olduğu kimi) istifadəsinə əlavə oluna bilər. Qrip və KRVİ zamanı aminokapron turşusunun peroral istifadə müddəti 3-7 gün təşkil edir. Müalicənin davametmə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və həkim tərəfindən fərdi olaraq müəyyən edilir. Həkim həmçinin, dozanı korreksiya edə bilər və təkrar müalicə kursu təyin edə bilər.

Prepared by  T-Soft E-Commerce.