Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2 mq brimonidin tartrat vardır Köməkçi maddələr: benzalkonium xlorid, polivinil spirti, natrium xlorid, natrium sitrat dihidrat, limon turşusu monohidrat, təmizlənmiş su, natrium hidroksid və ya xlorid turşusu (pH-ı tənzimləmək üçün).
İstifadəsinə göstərişlər:
ALFAM gözdaxili təzyiqi aşağı salmaq üçün istifadə olunur. O, beta-blokator göz damcılarının əks göstəriş olduğu hallarda monoterapiya şəklində və ya bir dərman preparatının gözdaxili təzyiqi aşağı salmaq üçün kifayət etmədiyi hallarda digər göz damcıları ilə birlikdə açıqbucaqlı qlaukomanın və ya okulyar hipertenziyanın müalicəsi üçün istifadə oluna bilər.
Əks göstərişlər
• Brimonidin tartrata və ya ALFAM-ın digər komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
• Eyni zamanda monoaminooksidazanın (MAO) inhibitorlarının və ya digər müəyyən antidepressantların istifadəsi. Hər hansı digər antidepressantın istifadəsi barədə həkimi məlumatlandırmaq lazımdır.
• Laktasiya dövrü
• Körpələrdə/uşaqlarda (2 yaşa qədər) istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hər hansı dərmanı qəbul etməyə başlamazdan əvvəl məsləhət üçün həkiminizə müraciət edin. Hamilə olduqda və ya hamilə olmağı planlaşdırdıqda, bu barədə həkimi məlumatlandırmaq lazımdır. Laktasiya dövründə ALFAM-ın istifadəsi əks göstərişdir.
Həmişə ALFAM-ı həkimin tövsiyələrinə dəqiq əməl etməklə istifadə etmək lazımdır. Böyüklər: 12 saat intervalla, gündə 2 dəfə xəstə göz(lər)ə 1 damcı damızdırılır. 12 yaşa qədər uşaqlar: 2 yaşdan aşağı uşaqlarda ALFAM istifadə edilməməlidir. 2 yaşdan 12 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə olunmur. Yeniyetmələrdə (12-17 yaş) klinik tədqiqatlar aparılmayıb. ALFAM-ın istifadəsi üçün təlimat Gös damcısını istifadə etməzdən əvvəl əlləri yumaq, damcını həkimin təyinatda göstərdiyi miqdarda damızdırmaq lazımdır. Əgər ALFAM digər göz damcısı ilə istifadə edilirsə, onların arasında 5-15 dəqiqə interval saxlamaq lazımdır. Göz damcısını aşağıdakı kimi istifadə etmək lazımdır: 1. Başınızı arxaya əyin və tavana baxın. 2. Kiçik cib alınana qədər alt göz qapağını ehtiyatla aşağı dartın. 3. Gözə 1 damcı düşənə qədər flakonu sıxın. 4. Sonra gözünüzü yumun, barmağınızla gözün küncünü sıxın (gözün burunla birləşdiyi yeri) və 1 dəqiqə saxlayın. Damcıladıcının ucunun gözünüzə və ya hər hansı bir əşyaya toxunmasına yol verməyin. İstifadə etdikdən sonra qapağı yerinə qoyun və bərkidin. Əgər Siz ALFAM-ı istifadə etməyi unutmusunuzsa Əgər Siz bir dozanın istifadəsini unutmusunuzsa, onu xatırlayan kimi, dərhal istifadə edin. Lakin, əgər növbəti dozanın vaxtı yaxınlaşmışdırsa, o zaman unudulmuş dozanı buraxaraq, növbəti dozanı vaxtında istifadə edin və müalicəni adi rejimlə davam etdirin. Əgər Siz ALFAM-ın istifadəsini dayandırırsınızsa Müalicədən effektiv nəticə almaq üçün ALFAM hər gün istifadə edilməlidir. Həkiminizin tövsiyəsi olmadan ALFAM-ın istifadəsini dayandırmayın.