Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BANEOSIN 250/5000 IU 10GR TOZ

Məhsul Kodu : 111-23529
İstehsalçı ölkə: Avstriya
8,70 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BANEOSİN, xaricə istifadə üçün toz

BANEOSİN tərkibi

Təsiredici maddələr: 1 q tozun tərkibində 250 BV basitrasin sink, 5000 BV neomisin sulfat vardır.

İstifadəsinə göstərişlər

Baneosin neomisinə və (və ya) basitras inə həssas mikroorqanizmlərin törətdiyi infeksiyalar zamanı göstərişdir. Dərinin məhdud yayılmış bakterial infeksiyaları: yaş kontagioz impetiqo, aşağı ətrafların infeksiyalaşmış trofik xoraları, infeksiyalaşmış ekzema, bakterial bələk dermatiti, sadə və kəmərləyici herpes, su çiçəyi zamanı bakterial ağırlaşmalar. Yenidoğulmuşlarda göbək infeksiyasının profilaktikası. Cərrahi (dermatoloji) müdaxilələrdən sonra infeksiyaların profilaktikası: Baneosin tozu əməliyyatsonrası dövrdə əlavə müalicə üçün istifadə o luna bilər (kəsikdən, kateterizasiyadan sonra, dəridə çatların, epiziotomiya, yaş yaralar və tikişlərin müalicəsi üçün).

Əks göstərişlər

Basitrasinə və (və ya) neomisinə, digər aminoqlikozid antibiotiklərə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı hiperhəssaslıq. Dərinin iri sahələrinin ağır zədələnmələri zamanı istifadəsindən qaçmaq lazımdır, belə ki, preparatın sorulması eşitmənin itirilməsi ilə müşaiət olunan ototoksikliyə gətirib çıxara bilər. Ürək və ya böyrək çatışmazlığı nəticəsində çıxarı cı funksiyanın ifadə olunmuş pozulmaları və müalicəyə başlamazdan əvvəl vestibulyar və/və ya koxlear sistemin zədələnmələri zamanı istifadə etmək olmaz. Təbil pərdəsinin perforasiyası zamanı xarici qulaq keçəcəyində istifadə etmək olmaz.

Preparatı gözlərə sürtmək olmaz. Aminoqlikozid antibiotikləri ilə birgə istifadə

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Baneosinin sorulması riski varsa, hamiləlik və ana südü ilə qidalandırma zamanı aşağıdakıları nəzərə almaq lazımdır. Digər aminoqlikozidlərdə olduğu kimi neomisin plasentar baryerdən keçir. Yüksək dozalarda aminoql ikozidlərin sistem i stifadəsi zamanı döldə eşitmə a paratının zədələnməsi qeyd olunmuşdur. Bununla əlaqədar bu preparatı yalnız o halda istifadə etmək lazımdır ki, ana üçün potensial faydası döl üçün riskdən üstün olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlum deyil.

BANEOSİN istifadə qaydası və dozası

Xaricə. Böyüklərə və uşaqlara t ozu nazik qatla zədələnmiş nahi yəyə adətən gündə 2 -4 dəfə səpirlər, əgər tələb olunurs a sarğı qoyurlar. İstifadə nahi yəsi b ədən səthinin sahəsinin 1% -dən çox olmamalıdır (təxminən xəstənin ovucunun ölçüsünə uyğundur). Müalicə müddəti 7 gündən artıq olmamalıdır.

Qaraciyər/böyrək funksiyasının pozulması olan xəstələr: tövsiyə olunan dozalardan çox yüksək dozalarda istifadəsi zamanı təsiredici maddələrin sorulması ehtimalı olduğu üçün, nefro - və (və ya) ototoksikliyi göstərən simptomlara diqqət yetirmək lazımdır. Qanın və sidiyin analizini, həmçinin audiometrik müayinələri aparmaq tövsiyə olunur. Uşaqlar: dozalanma üzrə xüsusi tövsiyələr yoxdur. Yaşlı xəstələr (65 yaşdan yuxarı): dozalanma üzrə xüsusi tövsiyələr yoxdur.

Prepared by  T-Soft E-Commerce.