Bitib
Stokda olanda mənə xəbər verin.Betadin, beynəlxalq patentləşdirilməmiş adı: Povidone-iodine
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq aktiv yoda ekvivalent 100 mq povidon-yod vardır.
İnyeksiyadan, qan almazdan və digər punksiyalardan, biopsiyadan, qan köçürülməsindən, infuzion terapiyadan əvvəl dərinin dezinfeksiyası. Dərinin və selikli qişaların antiseptik işlənməsi, məsələn, cərrahi əməliyyatdan əvvəl. Yaraların aseptik işlənməsi. Dərinin bakterial və göbələk infeksiyası. Əməliyyatdan əvvəl dərinin tam və ya qismən dezinfeksiyası (pasiyentin əməliyyatdan əvvəl “dezinfeksiyaedici çimmə” adlanan dezinfeksiya hazırlığı).
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Qalxanabənzər vəzin funksiyasının pozulması. Radioyodun yeridilməsindən əvvəl, sonra və yeridilən zaman. Herpetiformalı Dürinq dermatiti. Dərinin zədələnməsinə səbəb olan maddələrin yaranması nəticəsində tərkibində civə olan preparatlarla eyni vaxtda istifadəsi. 1 yaşa qədər uşaqlar.
Povidon-yod plasentadan keçir və ana südü ilə xaric olur. Anaları yod terapiyası alan uşaqlarda anadangəlmə hipotireoz daxil olmaqla, qalxanabənzər vəzin funksiyasının pozulması barədə məlumat verilmişdir. Hamiləlik və laktasiya dövründə ana üçün potensial fayda dölə və ya yenidoğulmuşa olan riskdən üstün olduğu hallar və ya daha təhlükəsiz alternativ müalicə üsulu olmadığı hallar istisna olmaqla, povidon-yodun istifadəsindən çəkinmək lazımdır.
1 yaşdan 2 yaşa qədər olan uşaqlarda Betadin məhlulunun istifadəsi tövsiyə edilmir. Yenidoğulmuşlarda və 1 yaşa qədər uşaqlarda preparat əks göstərişdir.
Betadin nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.
Betadin məhlulu dezinfeksiyaedici nahiyədən asılı olaraq durulaşdırılmamış şəkildə və ya su ilə 10% (1:10) və ya 1% (1:100) nisbətində durulaşdırıldıqdan sonra istifadə edilə bilər.
Durulaşdırılmamış preparat inyeksiyadan, punksiyadan, qanın götürülməsindən, biopsiyadan, qan köçürülməsindən, infuzion terapiyadan və ya zədələnməmiş dərinin üzərində aparılan hər hansı digər cərrahi müdaxilələrdən əvvəl dəridə 1–2 dəqiqə ərzində qalmalıdır.
Yaraların, yanıqların, selikli qişaların dezinfeksiyası və infeksiyalarda 10%-li məhlul (1:10) istifadə edilir.
Əməliyyatönü dezinfeksiyaedici vannalar üçün 1%-li məhlul (1:100) istifadə olunur. Hazırlanmış məhlul saxlanmamalıdır və istifadədən dərhal əvvəl hazırlanmalıdır.
İsti su ilə qarışdırmaq olmaz, bədən temperaturuna qədər isidilə bilər.