Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

CELESTODERM-V 0,1% 30GR MELHEM

Məhsul Kodu : 111-06257
İstehsalçı ölkə: Belçika
9,71 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SELESTODERM-V, məlhəm

SELESTODERM-V tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 1mq betametazon (1,22 mq 17-valerat betametazon şəklində) vardır.

İstifadəsinə göstərişlər

Ekzema (atopik, qəpiyəbənzər), kontakt dermatit, seboreyalı dermatit, neyrodermit, günəş dermatiti, eksfoliativ dermatit, radiasion dermatit, intertriginoz dermatit, psoriaz (yayılmış psoriaz istisna olmaqla) kimi, qlükokortikosteroid terapiyaya qarşı həssas dermatozların iltihab əlamətlərinin azaldılması üçün.

Əks göstərişlər

Bakterial infeksiyaların (məsələn, piodermiya, vərəm və sifilitik proseslər), həmçinin virus infeksiyalarının (məsələn, suçiçəyi, sadə herpes, kəmərləyici herpes, adi ziyillər (kondilomlar), kontagioz mollüsklər) törətdiyi dərinin müalicə olunmamış zədələnmələri; dərinin göbələk infeksiyaları, yayılmış psoriaz, parazitar infeksiyalar, dərinin xoralı zədələnmələri, yaralar. Kortikosteroidlərin istifadəsindən əlavə təsirlərin olması (məsələn, perioral dermatit, striyalar). İxtioz, yeniyetmələrin pəncə dermatozu, adi civzələr, çəhrayi civzələr, dəri qan damarlarının divarlarının keçiriciliyinin yüksəlməsi, dərinin atrofiyası, anogenital qaşınma. Selestoderm-V® təsiredici maddəyə və ya preparatın hər-hansı digər komponentinə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlarda betametazon valeratın tədqiqi reproduktiv toksikliyin mövcud olduğunu göstərir. Selestoderm-V® məlhəmini hamiləliyin birinci trimestrində istifadə etmək tövsiyə olunmur. Hamilələrdə yerli kortikosteroidlərin istifadəsinin təhlükəsizliyi təyin edilmədiyi üçün, bu preparatların istifdəsi yalnız o zaman mümkündür ki, gələcək ana üçün ehtimal edilən faydası döl üçün potensial təhlükədən üstün olsun. Bu qrup preparatları hamilələrdə yüksək dozalarda və uzun müddət ərzində istifadə etmək olmaz.

Laktasiya dövründə preparatdan uzun müddət və ya dərinin böyük sahələrində istifadə etmək olmaz. Ana südü ilə qidalandıran zaman məlhəmi süd vəzilərinin dərisinə sürtmək olmaz, uşaqların preparatla işlənmiş sahələrlə təmasından qaçmaq lazımdır. İndiyə qədər kortikosteroidlərin yerli istifadəsi zamanı sistem absorbsiya nəticəsində ana südünə keçməsi ehtimalı aydınlaşdırılmayıb, bu səbəbdən ana südü ilə qidalandırmanın dayandırılması və ya preparatın istifadəsinin dayandırılması barədə qərar qəbul edildiyi zaman ana üçün aparılan müalicənin vacibliyini nəzərə almaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bir qayda olaraq, preparat avtonəqliyyatı idarəetmə və ya digər mexanizmlərlə işləmə zamanı reaksiya sürətinə təsir göstərmir.

SELESTODERM-V istifadə qaydası və dozası

Selestoderm-V® vəziyyətin ağırlığından asılı olaraq gündə 1-3 dəfə, dərinin zədələnmiş sahələrinə nazik qatla sürtülür. Əksər hallarda effektin əldə olunması üçün gündə 1-2 dəfə sürtülməsi kifayət edir. Preparatın sürtülmə sayı zədələnmənin dərəcəsinə müvafiq olaraq təyin edilir. Yüngül dərəcəli zədələnmə zamanı preparatı gündə bir dəfə sürtmək olar, daha ağır zədələnmə hallarında preparatın sürtülmə sayını artırmaq lazımdır.

Okklüzion sarğıların altından istifadə etmək olmaz, belə ki, preparatın əlavə təsiri güclənə bilər. Preparatın fasiləsiz istifadəsi 4 həftədən artıq olmamalıdır. Terapevtik effekt əldə olunduqdan sonra Selestoderm-V® preparatının istifadə tezliyini azaltmaq və ya yerli istifadə edilən daha az aktiv kortikosteroidə keçmək lazımdır və tədricən preparatın kəsilməsi ilə dəstəkləyici terapiyanı davam etdirmək lazımdır. Əgər vəziyyət yaxşılaşmırsa və ya 2-4 həftə terapiya ərzində pisləşirsə, təkrar müayinə aparmaq və müalicəyə yenidən baxmaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.