Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q kremin tərkibində 1 mq gentamisinə ekvivalent 1,66 mq gentamisin sulfat və 1 mq betametazona ekvivalent 1,22 mq betametazon valerat vardır.
Sadə və allergik dermatitlər (xüsusilə ikin cili infeksiya ilə fəsadlaşmış) və ya ikincili yoluxmuş iltihabi dermatozun yerli müalicəsi və ya infeksiya riski olduqda: - Ekzemanın müalicəsi (atopik, infantil, nummular, dairəvi formalı dəri zədələnmələri ilə xarakterizə olunur) - Anogenital və qocalıq qaşınmasının müalicəsi - Kontakt dermatit, seboreyalı dermatit (piy ifrazının artması ilə xarakterizə olunan dəri iltihabı), neyrodermatit (atopik dermatit), intertriqo (dərinin sürtünməsi nəticəsində yaranan iltihab), günəş eriteması, eksfoliativ dermatit (dəri soyulması ilə də ri iltihabı), dermatit, staz dermatiti (genişlənmiş ayaq damarlarında qanın durğunluğu səbəbindən dərinin iltihabı) və psoriaz (xroniki dəri iltihabı).
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, dəri vərəmi, sifilisin dəri təzahürləri, suçiçəyi, sadə herpes, postvaksinal dəri reaksiyaları, açıq yaralar.
Əgər siz hamiləsinizsə və ya ana südü ilə qidalandırırsınızsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu preparatı istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçıya müraciət edin. Hamilə qadınlarda yerli kortikosteroidlərin təhlükəsizliyi müəyyən edilməmişdir; buna görə də, əgər siz hamiləsinizsə, bu preparatı yalnız faktiki ehtiyac olduqda və birbaşa həkim nəzarəti altında istifadə edin. Əgər hamiləsinizsə, bu preparatı yüksək dozada və uzun müddət istifadə etməyin. Əgər ana südü ilə qidalandırırsınızsa, həkiminiz vəziyyətinizdən asılı olaraq ana südü ilə qidalandırmağı dayandırmağın və ya terapiyanızı dayandırmağın daha yaxşı olub-olmaması barədə qərar verəcək.
Bu preparatın nəqliyyat vasitələrini və mexanizmləri idarə etmə qabiliyyətinə təsiri yoxdur.
Bu preparatı həmişə həkiminizin və ya əczaçının məsləhət etdiyi kimi istifadə edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Krem gündə 2-3 dəfə problemli bölgəyə az miqdarda çəkilməlidir. Okklyuziv sarğı daha davamlı psoriatik zədələnmələrin və yoluxmuş dərin dermatozların müalicəsi üçün aşağıda göstərildiyi kimi istifadə edilə bilər.
Okklyuziv sarğı texnikası 1.Tənzif sarğısı altında zədələnmiş yerin büt ün səthinə qalın bir krem qatını çəkin və müalicə olu nan sahənin kənarlarından çıxacaq ölçüdə şəffaf, suya davamlı və plastik material ilə örtün; 2. Sağlam dəri üzərində kənarları plastr və ya digər vasitələrlə yapışdırın; 3. Sarğı 1-3 gün ərzində qalmalıdır və lazım olduqda proseduru 3 -4 dəfə təkrarlayın. Bu üsulla bir neçə gün ərzində müvafiq yaxşılaşma müşahidə olunur.
Bununla belə, hər hansı bir yaxşılaşma hiss etməsəniz, sarğı nı çıxarın.