Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q kremin tərkibində 1 mq mometazon furoat vardır.
DERMA MF psoriaz (yayılmış pulabənzər psoriaz istisna olmaqla) və atopik dermatit zamanı itihabi və qaşıntılı zədələnmələrin müalicəsində istifadə edilir.
DERMA MF üzdə çəhrayı civzələr, adi sızanaqlar, dəri atrofiyası, perioral dermatit, perianal və genital qaşınma, uşaq bezi bişməcələri, bakterial (məsələn, impetiqo, piodermiya), virus (məsələn, sadə herpes, kəmərləyici dəmrov və suçiçəyi), parazitar və göbələk (məsələn, kandida və ya dermatofit) infeksiyaları, suçiçəyi, vərəm, sifilis və ya peyvənddən sonrakı reaksiyaların müalicəsi üçün əks göstərişdir. Preparat yaralı və xoralaşan dəridə istifadə edilməmlidir. DERMA MF mometazon furoata və ya digər kortikosteroidlərə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadə edilməməlidir.
Hamiləlik kateqoriyası C-dir. Uşaq doğma potensialı olan qadınlar/Doğuma nəzarət (Kontrasepsiya) Yerli istifadə edilən mometazon furoatın uşaq doğma potensialı olan qadınlara və doğuma nəzarətə təsirini nümayiş etdirən tədqiqatlar aparılmamışdır. Hamiləlik DERMA MF-in hamilə qadınlarda istifadəsinin təhlükəsizliyinə dair yetərli məlumatlar mövcud deyildir. Hamiləlik dövründə olan heyvanlar üzərində aparılmış tədqiqatlar preparatın nəsilartırma qabiliyyətinə toksik təsirini nümayiş etdirmişdir.
İnsanlar üçün potensial risk məlum deyildir. Tibbi zərurət olmadıqca, DERMA MF hamiləlik dövründə istifadə edilməməlidir. Hamilə qadınlarda yerli istifadə edilən kortikosteroidlərin teratogen təsiri barədə tədqiqatlar aparılmamışdır. Bu səbəbdən də, bu dərmanlardan hamiləlik zamanı risk və faydaları nəzərə alınmaqla istifadə edilməlidir.
Preparatın hamiləlik dövründə istifadəsi geniş dəri sahələrində və uzunmüddətli olmamalıdır. Hamilə qadınlarda DERMA MF-in istifadəsinin təhlükəsizliyinə dair məlumatlar məhduddur. Hamiləlik dövründə yerli kortikosteroidlərdən yalnız o halda istifadə edilməlidir ki, onların ana üçün potensial faydası döl üçün potensial riskdən artıq olsun. Bu kateqoriyaya daxil olan dərmanlar hamiləlik dövründə böyük miqdarlarda və uzunmüddət istifadə edilməməlidir.
Laktasiya Yerli istifadə edilən kortikosteroidlərin ana südündə müəyyən ediləcək qədər sistem absorbsiya olunub-olunmadığına dair məlumatlar mövcud deyildir. Südverən analarda DERMA MF yalnız fayda/risk nisbəti qiymətləndirildikdən sonra istifadə edilməlidir. Yüksək dozalarda və ya uzun müddətli müalicə göstəriş olduqda, laktasiyanı dayandırmaq lazımdır. Nəsilvermə qabiliyyəti / Fertillik Mometazon furoat ilə aparılan genetik toksiklik tədqiqatları (Eyms testi, siçanlarda limfoma sınağı və mikronüvə sınağı) hər hansı mutagen təsir potensialını aşkara çıxarmamışdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
DERMA MF zədələnmiş dəri nahiyələrinə nazik təbəqə şəklində gündə bir dəfə çəkilir. Xüsusi əhali qrupları haqqında əlavə məlumat Pediatrik xəstələr qrupu Uşaqlarda bədən çəkisinə nisbətdə dəri səthinin sahəsi böyüklərlə müqayisədə daha böyükdür. Bu səbəbdən də, uşaqlar yerli kortikosteroidlərin sistemli təsirlərinə qarşı daha həssasdırlar. Yerli kortikosteroidlərin uşaqlarda və ya üz nahiyəsində istifadəsi effektiv müalicə nəticələrini təmin edə bilən ən aşağı miqdarda olmalı və müalicə müddəti 5 gündən artıq olmamalıdır.
Kortikosteroidlərlə davamlı müalicə böyümə və inkişafa təsir edə bilər. 2 yaşa qədər uşaqların müalicəsi üçün preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.