Sevimlilərə əlavə edin
Paylaşın

Dermalux 100 ml Emulsiya Sprey

Məhsul Kodu : 111-17806
0 Şərh Şərh
30,80 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Dermaluks, sprey

Dermaluks tərkibi

Sink oksid, qliserin, pantenol, tokoferol asetat.

İstifadəsinə göstərişlər

Qaşınma və ya eksudasiya ilə müşayət olunan dermatitlər, hədsiz tərləmə (ayaq və qoltuqaltı tərləmələr) və kəskin tər qoxusu, foto və lazer epilyasiyalarından sonrakı dəri zədələnmələri, səthi yaralar.

Əks göstərişlər

Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq. Uşaq yaşlarında istifadə: Preparatın istifadəsində yaş məhdudiyyəti yoxdur.

Dermaluks istifadə qaydası və dozası

Sprey qızarmış sahələrə gündə iki dəfə istifadə olunur (və ya zəruri hallarda daha çox). Yenidoğulmuşlar körpələrdə hər dəfə bez dəyişdikdə istifadə olunmalıdır. Bez dəyişdikdə körpə dərisində nəcis və ya sidiklə kontakt nəticəsində yaranmış dəri qızarmaları zamanı istifadə olunmalıdır. Mexanik nasos: press dozatoru barmağınızla bir neçə dəfə sıxın, məhlulu xaric etmək üçün 15 sm məsafədə saxlayın.

Dəridə hər hansı hiperhəssaslıq əlamətləri gördüyünüzdə preparatın istifadəsini dayandırın. Dermalux sprey dəriyə asan çəkilir və tez sorulur. Dermaluks sprey bütün ailəyə uyğundur.

Farmakoloji xüsusiyyətləri

Sink oksid (ZnO)- antiseptik, quruducu, dezinfeksiyaedici, adsorbsiyaedici və büzücü təsir göstərir. Eksudasiyanı, tər ifrazını məhdudlaşdırmaqla yerli iltihabı və qıcıqlanmanı aradan qaldırır. Oliserin yerli yumşaldıcı təsir göstərir, dərinin elastikliyini təmin edir, digar komponentlərin dəriyə qıcıqlandırıcı təsirinin qarşısını alır və demək olar ki, dəridən sorlumur. Pantenol-Pantenol dəridən daha tez sorulur, dəri zədələnmələrində epitelizasiyanı və qranulasiyanı sürətləndirir, bərpa prosesslərini stimullaşdırır.

Tokoferol asetat - Vitamin E dəridə hüceyrələrin yenilənməsini təmin edir, yerli istifadəsi zamanı yumşaldıcı təsir göstərir, dərini zədə və çatların əmələ gəlməsindən qoruyur. Dermaluks sprey iltihabəleyhinə, qaşınmaəleyhinə, quruducu və adsorbsiyaedici xüsusiyyətlərə malikdir. Dermaluks sprey eksudasiyanı azaldır, yerli iltihab və qıcıqlanmanın, hədsiz tərləmələrin və dəri qurumasının qarşısını alır, kəskin tər qoxusunu aradan qaldırır, dərini yumşaldaraq elastikliyini artırır. Dərini qurumadan, çatlamadan və zədələnmədən qoruyur.

Dərinin termiki və kimyəvi zədələnmələrinin (epilyasiyadan sonra dəridə baş verən qıcıqlanmalar) qarşısını alır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nəfəs yollarına düşməyindən çəkinin. Yalnız yerli istifadə üçün nəzərdə tutulmuşdur. Göz, üz və başdan mümkün qədər uzaq məsafədə saxlayın. Gözlərlə təmasdan çəkinin.

Təsadüf nəticəsində gözə düşərsə çox miqdarda su ilə yuyun. Tərkibində alkoqol və qaz yoxdur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-17806

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce