Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq gümüş sulfadiazin vardır. Köməkçi maddələr: hidrogenləşdirilmiş yerfındığı yağı, setil spirti, metilparahidroksibenzoat, propilenqlikol, propilparahidroksibenzoat, polisorbat 60, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Preparat başlıca olaraq, aşağıdakı hallarda istifadə üçün nəzərdə tutulmuşdur: • yanıq infeksiyalarının müalicəsi və profilaktikası; • infeksiyalaşmış yataq yaralarının, venaların varikoz genişlənməsi zamanı xoraların, sıyrıntıların, kiçik kəsiklərin və yaraların, kəsilmiş və digər təmiz yaraların müalicəsi və profilaktikası, həmçinin dəri köçürülməsi zamanı.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq Hamiləliyin son dövrü Erkən doğulmuş və 2 aylıqdan kiçik körpələr
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Gümüş sulfadiazinin insanda hamiləlik zamanı istifadəsinin potensial riskini qiymətləndirmək üçün kifayət qədər məlumat yoxdur. Gümüş az miqdarda absorbsiya olunur. Gümüş sulfadiazinin dölə mümkün təsiri öyrənilməmişdir. Bilavasitə doğuşdan əvvəl sulfonamidlərin sistem istifadəsi zamanı yenidoğulmuşlarda hiperbilirubinemiya riski mövcuddur, belə ki, sulfonamidlər qanda bilirubini albuminlə birləşmə yerindən sıxışdırıb çıxarır. Hamilə və hamiləliyi planlaşdıran qadınlarda Dermazin çox ehtiyatla istifadə olunmalıdır. Hamiləliyin son dövrlərində isə əks göstərişdir. Gümüş sulfadiazinin ana südü ilə xaric olması məlum deyil. Lakin məlumdur ki, sulfonamidlər az miqdarda ana südü ilə xaric olur. Vaxtındanəvvəl doğulmuş uşaqlarda və qlükozo-6fosfatdehidrogenaza çatışmazlığı olan uşaqlarda hiperbilirubinemiyanın və nüvə sarılığı riskinin yüksək olması nəzərə alınmalıdır. Laktasiya dövründə bu preparatla müalicə həkim tövsiyəsindən sonra mümkündür.
Dermazini həmişə müalicə həkiminin tövsiyələrinə dəqiq əməl etməklə istifadə edin. Preparat xaricə istifadə üçün nəzərdə tutulmuşdur. Müvafiq müalicə rejimi yanıq zədələnmələrinin ağırlığını qiymətləndirdikdən dərhal sonra təyin edilir. Preparatı yaxmazdan əvvəl yanıq səthi təmizlənir və nekrotik toxumalar kənarlaşdırılır. Dermazin kremi dərinin yanmış nahiyəsinə 2-4 mm qalınlıqda təbəqə şəklində yaxılır. Yaxşı olar ki, krem steril tənzifə yaxılaraq yara səthinə qoyulsun. Kremi həmçinin dərinin yanmış nahiyəsinə steril əlcək geyərək əllə və ya steril şpatellə yaxmaq olar. Krem adətən yara səthinə gündə 1 dəfə yaxılır; daha ağır yanıqlarda kremin yaxılmasını təkrar etmək olar. Bununla belə, kremi 24 saatda 1 dəfədən artıq təkrar yaxmaq tövsiyə olunmur. Hər bir təkrar yaxmadan əvvəl yanıq səthini sudan və antiseptik maddələrdən istifadə etməklə yumaq, ekssudatın və əvvəl yaxılmış kremin bütün qalıqlarını kənarlaşdırmaq lazımdır, hansı ki, Dermazinin yaxılmasından sonra çoxlu miqdarda olur və rənginə görə irini xatırladır və bu zaman aseptik olur. Sonra yaranı sarğı ilə örtmək olar, lakin, bu zəruri deyildir. Dermazin yalnız yaraya yaxılmalıdır, normal dəri ilə uzun müddətli təmasından qaçınılmalıdır. Göz və göz ətrafı nahiyəyə istifadə olunmamalıdır. Yara səthinə yaxılan zaman krem ağrı törətmir. O, paltarda və yataq ağlarında ləkə qoymur. Böyrək/qaraciyər funksiyalarının pozulması Qaraciyər və böyrək funksiyalarının pozğunluğu olan pasiyentlərdə Dermazinin istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır, belə ki, geniş yanıqların uzunmüddətli müalicəsi zamanı sulfadiazin əhəmiyyətli dərəcədə absorbsiya oluna bilər. Belə hallarda qanda sulfadiazinin miqdarını izləmək lazımdır. Uşaqlar 2 aylıqdan böyük uşaqlar üçün kremin tövsiyə olunan dozası, böyüklər üçün tövsiyə olunan dozadan fərqlənmir. Kremin yaxılma qaydası böyüklərdə olduğu kimidir. 2 aylıqdan kiçik uşaqların müalicəsi barədə “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın.