Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DERMIZOL-G 10GR KREM

Məhsul Kodu : 111-26049
İstehsalçı ölkə: Vyetnam
5,28 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Dermizol-G, xaricə istifadə üçün krem 

Dermizol-G tərkibi

Təsiredici maddə: 10 q-lıq tub  Betametazon dipropionat 6,4 mq, Klotrimazol  100 mq, Gentamisin Sulfat 10 mq.

20 q-lıq tub Betametazon dipropionat 12,8 mq, Klotrimazol 200 mq, Gentamisin Sulfat 20 mq.

Əks göstərişlər 

Preparatın aktiv komponentlərinə qarşı yüksək həssaslıq, dəri vərəmi, sifilis xəstəliyini müşayət 
edən dəri səpgiləri, təbii çiçək, vaksinasiya sonrası reaksiya, 2 yaşa qədər uşaqlar. 
Dəri infeksiyaları (virus, bakterial [o cüm., vərəm], həmçinin göbələk mənşəli), vaksinlərə qarşı    
reaksiyalar, dəri xoraları və akne yerli istifadə üçün nəzərdə tutulmuş kortikosteroidlərin istifadəsi  üçün əks göstərişdir. Rozasea və ya perioral dermatit yarandıqda  məlhəmin üz nahiyəsinə   
sürtülməsindən imtina etmək lazımdır. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik dövründə preparatın təhlükəsizliyi müəyyən olunmadığına görə, yalnız preparatın 
anaya gözlənilən faydası dölə potensial riskindən daha üstün olduğu halda istifadə olunmalıdır. 
Hamilələrdə geniş dəri sahəsində və uzunmüddətli istifadə olunmamalıdır. Preparatın ana südünə 
keçməsi haqqında məlumat olmadığı üçün, laktasiya dövründə südvermə ilə bağlı qərar qəbul 
olunmalıdır. 

İstifadə qaydası və dozası 

Ancaq dəri səthinə istifadə olunur. 
Zədələnmiş dəri səthinə və ətraf toxumaya, gündə 2 dəfə - səhər və axşam nazik bir təbəqə 
şəklində yaxılır. Müalicənin təsirli olması üçün dərman müntəzəm şəkildə istifadə olunmalıdır. 
Müalicə müddəti zədələnmiş ocağın lokalizasiyası və ölçüsündən, həmçinin, orqanizmin 
dərmana qarşı reaksiyasından asılıdır. Lakin, əgər 4 həftə ərzində xəstədə yaxşılaşma qeyd 
olunmursa, bu zaman diaqnoz təkrar gözdən keçirilməlidir.

 

 

Prepared by  T-Soft E-Commerce.