Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DERMOVATE 0,5MG 25GR KREM

Məhsul Kodu : 111-00352
İstehsalçı ölkə: Polsa
6,08 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DERMOVEYT, 0,05 % xaricə istifadə üçün krem

DERMOVEYT tərkibi

Təsiredici maddə: klobetazol propionat 0,05 % ç/ç.

İstifadəsinə göstərişlər

DERMOVEYT steroid müalic əsinə cavab ver ən dermatozun iltihab v ə qaşınma t əzahürlərini aradan qaldırmaq üçün böyüklərdə, yaşlılarda v ə 1 yaşdan yuxarı uşaqlar a təyin olunan, çox yüksək fəallığa malik, yerli təsir göstərən kortikosteroiddir. Buraya aşağıdakılar aiddir: - Psoriaz (geniş yayılmış pustulyoz psoriaz istisna olmaqla) - Dermatozun refrakter formaları - Yastı dəmrov - Diskoidli qırımızı qurdeşənəyi - Daha az fəallığa malik steroidlərlə müalicəyə kifayət qədər cavab verməyən digər dəri xəstəlikləri.

Əks göstərişlər

Aşağıdakı hallar DERMOVEYT ilə müalicə olunmamalıdır: - Müalicə olunmayan dəri infeksiyaları - Rozaseya - Gənclik civzələri - İltihab olmadan dərinin qaşınması. - Perianal (anus ətrafı) və genital qaşınma - Perioral (ağız ətrafı) dermatiti DERMOVEYT bir yaşdan kiçik uşaqlarda bələk s əpgiləri, dermatit də daxil olmaqla, dermatoz lar zamanı əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

DERMOVEYT-in nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Xaricə istifadə edilən DERMOVEYT-in əlavə təsirləri nin profilinə əsasən, belə fəaliyyət növlərinə mənfi təsir gözlənilmir.

DERMOVEYT istifadə qaydası və dozası

Kremlər əsasən nəm və ya yaş səthlərin müalicəsi üçün uyğundur. Böyüklər, yaşlılar və 1 yaşdan böyük uşaqlar Yalnız zədələnmiş sahəni tam örtm ək üçün kifayət edən miqdardan istifadə etməklə nazik qatla çəkin və ehtiyatla sürtün, yaxşılaşma əldə olunan qədər 4 h əftəyə qədər gündə 1 və ya 2 d əfə, daha sonra istifadə tezliyini azaldın v ə ya f əallığı daha az olan preparatla müalic əni əvəz edin. Hər istifad ədən sonra sorulma üçün kifayət edən qədər vaxt verin, yumşaldıcı vasitələrdən istifadə etməzdən əvvəl Ağırlaşmaların qarşısını almaq üçün DERMOVEYT-lə müalicə qısa kurslarla təkrarlana bilər. Daha davamlı zədələnmələrdə, xüsusilə hiperkeratoz zamanı ehtiyac olarsa, DERMOVEYT-in təsirini gücləndirmək məqsədilə müalicə olunan sahə politen plyonka ilə örtülə bilər.

Qənaətbəxş cavab reaksiyası almaq üçün sarğının yalnız gecə qoyulması kifayət edir. Daha sonra sarğı qoymadan da istifadə etməklə yaxşılaşmanı dəstəkləmək mümkündür. 2-4 həftə ərzində vəziyyət pisləşərsə və ya yaxşılaşmazsa, müalicə və diaqnoza yenidən baxılmalıdır. Müalicə 4 həftədən çox davam etməməlidir.

Əgər müalicəni davam etdirməyə ehtiyac varsa, daha az fəallığa malik preparat istifadə olunmalıdır. Maksimal həftəlik doza həftəyə 50 q-dan çox olmamalıdır. Atopik dermatit (ekzema) Nəzarət əldə olunduqdan sonra DERMOVEYT krem və ya məlhəmlə müalicə tədricən dayandırılmalı və dəstəkləyici müalicə kimi yumşaldıcı vasitələr davam etdirilməlidir. DERMOVEYT-lə müalicə qəflətən dayandırıldıqda, mövcud olan dermatozun residivləşməsi baş verə bilər.

Müalicəyə davamlı dermatoz Tez-tez residivləri baş verən xəstələr Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərlə davamlı müalicə kursu ilə kəskin mərhələ müalicə olunduqdan sonra fasiləli müalicə haqqında düşünmək olar (gündə bir dəfə, həftədə iki dəfə, sarğı qoyulmadan). Bu üsul residivlərin tezliyinin azalmasında faydalı olduğunu nümayiş etdirmişdir. Preparatı daha əvvəl zədələnmiş bütün sahələrə və ya residivləşə bilən sahələrə sürtməyə davam etmək lazımdır. Bu istifadə üsulu gündəlik olaraq yumşaldıcıların istifadəsi ilə birlikdə kombinə edilməlidir.

Müntəzəm olaraq, vəziyyətə və davamlı müalicənin fayda və risklərinə təkrar baxılmalıdır. Uşaqlar DERMOVEYT 1 yaşdan kiçik uşaqlarda əks göstərişdir. Uşaqlarda xaricə istifadə edilən kortikosteroidlərin lo kal v ə sistem əlavə təsirlərinin əmələ gəlmə ehtimalı daha çoxdur v ə ümumiyyətlə, böyüklərlə müqayisədə daha qısa müdd ətli müalicə kursu v ə daha az fəallığa malik preparatlar tələb olunur. Terapevtik faydanı təmin etm ək üçün minimal miqdarda istifad ə olunmasına əmin olmaq üçün DERMOVEYT-in istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.

Yaşlılar Klinik tədqiqatlarda yaşlı v ə cavan xəstələr arasında müalic əyə qarşı cavab reaksiyasına gör ə fərqlər müəyyən olunmamışdır. Yaşlılarda qaraciy ər v ə böyrək funksiyasının azalmasının başve rmə tezliyi yüksək olduğu üçün sistem absorbsiya sı baş verdiyi halda preparatın xaric olması l əngiyə bilər. Buna görə də, arzuolunan klinik effekti əldə almaq üçün minimal doza ən qısa müdd ət ərzində istifadə olunmalıdır. Böyrəklərin/qaraciyərin funksiyasının pozulması Sistem absorbsiyası hallarında (preparat uzun müdd ət ərzində geniş sahəyə sürtülərsə) metabolizm v ə xaric olma l əngiyə bilər v ə beləliklə də sistem toksikliyin riski arta bil ər.

Buna görə də, arzuolunan klinik effekti əldə almaq üçün minimal doza ən qısa müddət ərzində istifadə olunmalıdır. İstifadəsi üzrə təlimat Preparatın istifadə qaydası üzrə xüsusi tələblər yoxdur.

Prepared by  T-Soft E-Commerce.