Sevimlilərə əlavə edin
Paylaşın

Dermovate 0, 5MG 25 g Məlhəm

Məhsul Kodu : 111-00353
İstehsalçı ölkə : Polsa
1 Şərh Şərh
5,35 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

DERMOVEYT 0,05 %, xaricə istifadə üçün məlhəm

DERMOVEYT 0,05 % tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,5 mq klobetazol propionat vardır.

İstifadəsinə göstərişlər

DERMOVEYT steroid müalicəsinə cavab verən dermatozun iltihab və qaşınma təzahürlərini aradan qaldırmaq üçün böyüklərdə, yaşlılarda və 1 yaşdan yuxarı uşaqlara təyin olunan, çox yüksək fəallığa malik, yerli təsir göstərən kortikosteroiddir. Buraya aşağıdakılar aiddir:

- Psoriaz (geniş yayılmış pustulyoz psoriaz istisna olmaqla)

- Dermatozun refrakter formaları

- Yastı dəmrov

- Diskoidli qırımızı qurdeşənəyi

- Daha az fəallığa malik steroidlərlə müalicəyə kifayət qədər cavab verməyən digər dəri xəstəlikləri

Əks göstərişlər

Aşağıdakı hallar DERMOVEYT ilə müalicə olunmamalıdır:

- Müalicə olunmayan dəri infeksiyaları

- Rozaseya

- Gənclik civzələri

- İltihab olmadan dərinin qaşınması.

- Perianal (anus ətrafı) və genital qaşınma

- Perioral (ağız ətrafı) dermatiti DERMOVEYT bir yaşdan kiçik uşaqlarda dermatit də daxil olmaqla, dermatoz zamanı əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik İnsanlar üzərində xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərin fertilliyə təsirini qiymətləndirmək üçün məlumatlar mövcud deyil. Siçovullara dərialtı yeridilən klobetazol cütləşmə prosesinə təsir göstərməmişdir; lakin ən yüksək dozada fertillik azalmışdır (bax “Klinikayaqədərki təhlükəsizlik məlumatları” bölməsinə). Hamiləlik DERMOVEYT-in hamilə qadınlarda istifadəsi ilə bağlı məhdud sayda məlumat vardır. Hamilə heyvanlara kortikosteroidlərin yerli olaraq yeridilməsi dölün inkişafında anomaliyaların əmələ gəlməsinə səbəb ola bilər (bax “Klinikaya qədərki təhlükəsizlik məlumatları” bölməsinə). Bu nəticənin insanlara aid olub-olmaması müəyyən edilməmişdir. DERMOVEYT-in hamiləlik zamanı istifadəsin yalnız ana üçün gözlənilən faydanın döl üçün yaratdığı riskdən üstün olduğu halda nəzərə alına bilər. Ən qısa müddət ərzində minimal doza istifadə olunmalıdır. Laktasiya Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərin laktasiya dövründə istifadə olunmasının təhlükəsizliyi öyrənilməmişdir. Kortikosteroidlərin xaricə istifadəsinin ana südündə nəzərə çarpacaq miqdarda təyin olunması üçün kifayət qədər sistem absorbsiyasına səbəb olub-olmayacağı məlum deyil. DERMOVEYT-in laktasiya zamanı istifadəsi yalnız ana üçün gözlənilən faydanın yenidoğulmuş üçün yaratdığı riskdən üstün olduğu halda nəzərə alına bilər. Laktasiya zamanı istifadə olunarsa, yenidoğulmuşun təsadüfən onu udmasının qarşısını almaq üçün, DERMOVEYT süd vəzilərinə çəkilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

DERMOVEYT-in nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Xaricə istifadə edilən DERMOVEYT-in əlavə təsirlərinin profilinə əsasən, belə fəaliyyət növlərinə mənfi təsir gözlənilmir.

DERMOVEYT 0,05 % istifadə qaydası və dozası

Məlhəmlər əsasən quru, qabıqlanan yaxud pulcuqlanan zədələrin müalicəsi üçün uyğundur. Böyüklər, yaşlılar və 1 yaşdan böyük uşaqlar Yalnız zədələnmiş sahəni tam örtmək üçün kifayət edən miqdardan istifadə etməklə nazik qatla çəkin və ehtiyatla sürtün, yaxşılaşma əldə olunan qədər 4 həftəyə qədər gündə 1 və ya 2 dəfə, daha sonra istifadə tezliyini azaldın və ya fəallığı daha az olan preparatla müalicəni əvəz edin. Hər istifadədən sonra sorulma üçün kifayət edən qədər vaxt verin, yumşaldıcı vasitələrdən istifadə etməzdən əvvəl Ağırlaşmaların qarşısını almaq üçün DERMOVEYT-lə müalicə qısa kurslarla təkrarlana bilər. Daha davamlı zədələnmələrdə, xüsusilə hiperkeratoz zamanı ehtiyac olarsa, DERMOVEYT-in təsirini gücləndirmək məqsədilə müalicə olunan sahə politen plyonka ilə örtülə bilər. Qənaətbəxş cavab reaksiyası almaq üçün sarğının yalnız gecə qoyulması kifayət edir. Daha sonra sarğı qoymadan da istifadə etməklə yaxşılaşmanı dəstəkləmək mümkündür. 2-4 həftə ərzində vəziyyət pisləşərsə və ya yaxşılaşmazsa, müalicə və diaqnoza yenidən baxılmalıdır. Müalicə 4 həftədən çox davam etməməlidir. Əgər müalicəni davam etdirməyə ehtiyac varsa, daha az fəallığa malik preparat istifadə olunmalıdır.

Maksimal həftəlik doza həftəyə 50 q-dan çox olmamalıdır. Atopik dermatit (ekzema) Nəzarət əldə olunduqdan sonra DERMOVEYT krem və ya məlhəmlə müalicə tədricən dayandırılmalı və dəstəkləyici müalicə kimi yumşaldıcı vasitələr davam etdirilməlidir. DERMOVEYT-lə müalicə qəflətən dayandırıldıqda, mövcud olan dermatozun residivləşməsi baş verə bilər. Müalicəyə davamlı dermatoz Tez-tez residivləri baş verən xəstələr Xaricə istifadə üçün nəzərdə tutulan kortikosteroidlərlə davamlı müalicə kursu ilə kəskin mərhələ müalicə olunduqdan sonra fasiləli müalicə haqqında düşünmək olar (gündə bir dəfə, həftədə iki dəfə, sarğı qoyulmadan). Bu üsul residivlərin tezliyinin azalmasında faydalı olduğunu nümayiş etdirmişdir. Preparatı daha əvvəl zədələnmiş bütün sahələrə və ya residivləşə bilən sahələrə sürtməyə davam etmək lazımdır. Bu istifadə üsulu gündəlik olaraq yumşaldıcıların istifadəsi ilə birlikdə kombinə edilməlidir. Müntəzəm olaraq, vəziyyətə və davamlı müalicənin fayda və risklərinə təkrar baxılmalıdır. Uşaqlar DERMOVEYT 1 yaşdan kiçik uşaqlarda əks göstərişdir. Uşaqlarda xaricə istifadə edilən kortikosteroidlərin lokal və sistem əlavə təsirlərinin əmələgəlmə ehtimalı daha çoxdur və ümumiyyətlə, böyüklərlə müqayisədə daha qısa müddətli müalicə kursu və daha az fəallığa malik preparatlar tələb olunur. Terapevtik faydanı təmin etmək üçün minimal miqdarda istifadə olunmasına əmin olmaq üçün DERMOVEYT-in istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Yaşlılar Klinik tədqiqatlarda yaşlı və cavan xəstələr arasında müalicəyə qarşı cavab reaksiyasına görə fərqlər müəyyən olunmamışdır. Yaşlılarda qaraciyər və böyrək funksiyasının azalmasının başvermə tezliyi yüksək olduğu üçün sistem absorbsiyası baş verdiyi halda preparatın xaric olması ləngiyə bilər. Buna görə də, arzuolunan klinik effekti əldə almaq üçün minimal doza ən qısa müddət ərzində istifadə olunmalıdır. Böyrəklərin/qaraciyərin funksiyasının pozulması Sistem absorbsiyası hallarında (preparat uzun müddət ərzində geniş sahəyə sürtülərsə) metabolizm və xaric olma ləngiyə bilər və beləliklə də sistem toksikliyin riski arta bilər. Buna görə də, arzuolunan klinik effekti əldə almaq üçün minimal doza ən qısa müddət ərzində istifadə olunmalıdır. İstifadəsi üzrə təlimat Preparatın istifadə qaydası üzrə xüsusi tələblər yoxdur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00353

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce