Sevimlilərə əlavə edin
Paylaşın

Ekzoderil 1 % 15 g Krem

Məhsul Kodu : 111-19033
İstehsalçı ölkə : Avstriya
0 Şərh Şərh
8,02 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

EKZODERİL, xaricə istifadə üçün krem

EKZODERİL tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq naftifin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Naftifinə həssas törədicilərin yaratdığı göbələk infeksiyalarının yerli müalicəsi. ● Qaşınma ilə və ya qaşınma olmadan dərinin və dəri büküşlərinin göbələk infeksiyaları (tinea manum, tinea pedum, tinea corporis, tinea inguinalis). ● Dırnaqların göbələk infeksiyaları (onixomikozlar). ● Dəri kandidozları.

● Kəpəklənən dəmrov (pityriasis versicolor). Göbələk əleyhinə preparatların müvafiq təyinolunma və istifadəsi üzrə rəsmi milli rəhbərlikləri nəzərə almaq lazımdır.

Əks göstərişlər

Naftifinə, benzil spirtinə və ya preparatın hər hansı digər köməkçi maddəsinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İndiyə qədər naftifinin hamilə qadınlarda istifadəsinə dair kifayət qədər təcrübə yoxdur və ya çox məhdud şəkildədir. Heyvanlar üzərində aparılan tədqiqatlar birbaşa və ya dolayı reproduktiv toksikliyini nümayiş etdirməmişdir. Ehtiyat məqsədilə hamiləlik və laktasiya dövründə Ekzoderil preparatının istifadəsindən qaçmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumatlar daxil olmamışdır.

EKZODERİL istifadə qaydası və dozası

Ekzoderil dəri və ya dırnaqlarda yalnız xaricə istifadə olunur. Dozalanma Dərinin göbələk infeksiyalarının müalicəsi üçün gündə bir dəfə, dırnaq infeksiyalarının müalicəsi üçün- gündə iki dəfə istifadə olunur. Zədələnmiş dərini və onu əhatə edən sahələri təmizləmək, yaxşıca qurutmaq, daha sonra yüngülcə massaj hərəkətləri ilə kremi sürtmək lazımdır. Uşaqlar və yeniyetmələr: uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə naftifinin təhlükəsizliyi və effektivliyi sübut olunmayıb (kifayət qədər təcrübə yoxdur).

Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr: dozanın korreksiyası tələb olunmur. Yaşlı xəstələr: dozanın korreksiyası tələb olunmur. İstifadə müddəti Müalicə müddəti: dermatomikozlarda – 2-4 həftə (lazım gələrsə 8 həftəyə qədər), kandidozlarda – 4 həftə, dırnaqların infeksiyaları zamanı gündə 2 dəfə 6 aya qədər müddət ərzində istifadə etmək lazımdır. Qayıdan infeksiyanın qarşısını almaq üçün preparatın istifadəsini klinik sağalmadan sonra ən azı 2 həftə davam etdirmək lazımdır.

Təkrar infeksiyanın profilaktikası üçün lazım olan gigiyenik tədbirlər barədə xəstələri məlumatlandırmaq lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-19033

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce