Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ELIDEL 1% 15GR KREM

Məhsul Kodu : 111-02374
İstehsalçı ölkə: Almaniya
30,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ELİDEL, xaricə istifadə üçün krem

İstifadəsinə göstərişlər

Əgər yerli kortikosteroidlərlə müalicə arzuolunmazdırsa və ya mümkün deyildirsə, yüngül və orta dərəcəli atopik dermatiti olan 2 yaşlı və ondan böyük pasiyentlərin müalicəsi. Bu, aşağıdakı hallarda ola bilər: • yerli kortikosteroidlərə qarşı dözümsüzlük; • yerli kortikosteroidlərin effekti kifayət qədər olmadıqda; • yerli kortikosteroidlərin uzun müddət vaxtaşırı olaraq istifadəsinin yersiz ola bildiyi hallar, məsələn üzdə və boyunda istifadənin zəruri olduğu hallar.

Əks göstərişlər

Pimekrolimusa, digər makrolaktamlara və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Elideli irsi və ya qazanılmış immun defisiti olan pasiyentlərdə və ya immunsupressiv preparatları ilə müalicə qəbul edən pasiyentlərdə istifadə etmək tövsiyə olunmur. Dərinin yerli immun reaksiyası və dərinin bədxassəli xəstəliklərinin yaranma tezliyinə uzun müddətli təsir məlum deyil. Elideli potensial bədxassəli zədələnmələrə və ya şiönü xəstəliklərlə zədələnmiş dəri sahələrinə çəkmək olmaz.

Elideli kəskin virus infeksiyaları (sadə herpes, qızılca) ilə zədələnmiş dəri sahələrinə çəkmək olmaz. Elidelin effektivliyi və təhlükəsizliyi kliniki yoluxmuş atopik dermatitlərin müalicəsi zaman qiymətləndirilməyib. Elidel ilə müalicədən əvvəl infeksiya ilə zədələnmiş sahələr sağaldılmalıdır. Atopik dermatitlə xəstələrin səthi dəri infeksiyalarına (herpetiform Kapoşi ekzeması) meyilli olduğuna görə Elidel ilə müalicə sadə herpes ilə yoluxma və ya herpetirform ekzemanın yaranma riskini artıra bilər, bu halda Elidel ilə müalicəni virus infeksiyasının aradan qaldırılmasına qədər dayandırmaq lazımdır.

Kəskin atopik dermatit ilə xəstələrdə Elidel ilə müalicə zamanı bakterial dəri infeksiyaların (impetiqo) yüksək yaranma riski mövcuddur. Elidelin istifadəsi çəkildiyi yerdə istilik və / və ya yanma hissi kimi cüzi tranzitor reaksiyalar yarada bilər. Pasiyentlər bu barədə həkimə bildirməlidirlər (əgər preparatın çəkildiyi yerdə reaksiyalar həddən artıq güclü olarsa). Preparatın gözlər və selikli qişalar ilə təmasından çəkinmək lazımdır.

Əgər preparat təsadüfən həmin nahiyələrə düşərsə, onu əsaslı şəkildə silmək və ya yumaq lazımdır. Həkim pasiyentə günəş şüalanmasından müvafiq qorunma tədbirlərini tövsiyə etməlidir (günəşdə az qalmaq, qorunma vasitələrindən istifadə etmək, və dərini geyimlə örtmək). Elidelin tərkibində setil və stearil spirtləri var, onlar yerli dəri reaksiyalarına səbəb ola bilərlər. Elidelin tərkibində həmçinin propilenqlikol var, bu da dərinin qıcıqlanmasına gətirinb çıxara bilər.

Elidelin tərkibində aktiv maddə pimekrolimus, kalsinevrinin inhibitoru var. Transplantasiya və immun supressorların uzun müddətli sistem istifadəsindən sonra pasiyentlərdə kalsinevrin inhibitorlarının sistem istifadəsi limfomalar və dərinin bədxassəli xəstəliklərinin yaranmasının yüksək riski ilə bağlıdır. Psiyentlərə siqaret çəkməmək və açıq alova yaxınlaşmamaq barədə məlumat vermək lazımdır - yanma riski. Sistem təsirin yüksək potensial riski olan pasiyentlər qrupu Elidelin istifadə tədqiqatları Neretron sindromu ilə pasiyentlərdə aparılmayıb.

Pimekrolimusun yüksək sistem absorbsiya ehtimalına görə Elidelin Neretron sindromu olan pasiyentlərdə istifadəsi tövsiyə olunmur. Eritrodeermiya ilə xəstələrdə istifadə təhlükəsizliyi qiymətləndirilmədiyinə görə preparatın bu qrupdan olan pasiyentlərdə istifadəsi tövsiyə olunmur. Dərinin kəskin iltihab prosesləri və ya onun zədələnməsi olan pasiyentlərdə sistem qatılığı yüksək ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Elidelin hamilə qadınlarda istifadəsinə dair kifay ət qədər məlumat yoxdur. Hamilələrdə tədqiqat zamanı dəriüstü istifadə dölün embrional / bətndaxili inkişafına birbaşa və ya dolayı neqativ təsi r müəyyən olunmayıb. Heyvanlar üzərində aparılan tədqiqatlarda peroral istifadə zamanı reproduktiv toksiklik müşahidə edilmişdir Kremin yerli istifadəsi zamanı absorbsiya səviyyəsi minimal olduğundan insan üçün mümkün risk məhdud hesab edilir.Lakin, Elidel hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya dövründə Elidel ehtiyatla təyin edilir.

Südəmər uşağı olan qadınlar Elidel istifadə edə bilərlər, lakin preparatın təsadüfən südəmər uşağın ağız boşluğuna düşməməsi üçün onu döş nahiyəsinə istifadə etməməlidirlər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Elidelin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməmişdir.

ELİDEL istifadə qaydası və dozası

Müalicənin müddəti xəstəliyin mərhələsi ndən və ifadə liliyindən asılı olaraq həkim tərəfindən müəyyən edilir. Elidel qısa müddət ərzində atopik ekzemanın əlamət və simptomla rının müalicəsi üçün və vaxtaşırı olaraq uzun müddət ərzində xəstəliyin kəskinləşməsinin profilaktikası üçün istifadə oluna bilər. Müalicəni atopik dermatitin ilk əlamətləri və simptomları meydana çıxan zaman başlamaq lazımdır. Elidel yalnız atopik dermatitlə zədələnmi ş sahələrə yaxılmalıdır.

Elidel və xəstəliyin kəskinləşməsi zamanı ən qısa müddət ərzində istifadə olunmalıdır. Pasiyent və ya ona qulluq edən şəxs, simptomlar itən zaman Elidel-in istifadəsini dayandırmalıdır. Müalicə vaxtaşırı, qısamüddətli olmalıdır. Elidel gündə 2 dəfə zədələnmiş sahələrə nazik təbəqə şəklində yaxılmalıdır Tədqiqatların nəticələri Elidel -in 12 aya qədər müddətdə ərzində vaxtaşırı olaraq istifadəsini dəstəkləyir.

Əgər 6 həftədən sonra yaxşılaşma müşahidə edilməzsə, və ya vəziyyət pisləşərsə, Elidel -in istifadəsini dayandırmaq lazımdır. Bu zaman atopik dermatitin diaqnozunu təkrar dəyərləndirmək və gələcək terapevtik tədbirləri fikirləşmək lazımdır. Böyüklər Elidel-i nazik təbəqə şəklində gündə 2 dəfə zədələnmiş nahiyəsinə yaxmaq və yüngül hərəkətlərlə tamamilə dəriyə sürtmək lazımdır. Zədələnmiş nayihələrin hər birini xəstəliyin əlamət və simptomları itənə qədər Elidel-lə işləmək, ondan sonra müalicəni dayandırmaq lazımdır.

Elidel-i selikli qişalar istisna olmaqla ba ş, üz, boyun və intertriqoz na hiyələr(qasıq büküşləri və genital sahələr) daxil olmaqla, dərinin bütün sahələrinə istifadə etmək olar. Elidel-i tarım çəkilmiş sarğı altında istifadə etmək tövsiyə olunmur. Atopik dermatitin (ekzemanın) uzun müddətli terapiyası zaman ı xəstəliyin yayılması nın və sonradan kəskinləşməsinin qarşısını almaq üçün Elidel -lə müalicəni atopik dermatitin ilk əlamətləri və simptomları meydana çıxan kimi başlamaq lazımdır. Elidel-i gündə 2 dəfə istifadə etmək lazımdır.

Elidel-in istifadəsindən dərhal sonra yumşaldıcı vasitə yaxmaq lazımdır. Ahıl yaşlı pasiyentlər 65 yaşlı və ondan böyük pasiyentlərdə atopik dermatit (ekzema) nadir hallarda müşahidə olunur. Elidel-in öyrənilməsi nə dair üzrə kliniki tədqiqatlar müalicənin kiçik yaşlı pasiyentlərdəki müalicəsən fərqlənib -fərqlənməməsini müəyyən etmək üçün həmin yaş kateqoriyasından olan kifayət sayda pasiyent daxil etməyib.

Prepared by  T-Soft E-Commerce.