Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 q məlhəmin tərkibində 1 mq mometazon furoat vardır. Köməkçi maddələr: heksilenqlikol, təmizlənmiş su, fosfat turşusu, propilenqlikol stearat, ağ mum, ağ vazelin.
İstifadəsinə göstərişlər:
Kortikosteroidlər ilə müalicəyə cavab verən dəri xəstəliklərinin, o cümlədən psoriaz və atopik dermatitin iltihab və qaşınma simptomlarının yerli müalicəsi.
Əks göstərişlər:
Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslığı olan pasiyentlərə Elokom əks göstərişdir. Digər kortikosteroidlər kimi Elokom vulqar civzələr, rozasea, perioral dermatit, perianal və genital qaşınma, bakterial, virus (herpes, süçiçəyi, kəmərlvəri dəmrov), göbələk mənşəli dəri infeksiyaları olan xəstələrə, vərəm, sifilis, postvaksinal reaksiyalar olan xəstələrə əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə yerli qlükokortikosteroidlərin istifadəsinin təhlükəsizliyi sübut olunmayıb, bu səbəbdən bu qrup dərman vasitələrinin hamiləlik dövründə təyin olunmasına yalnız o halda yol verilir ki, ana və ya döl üçün potensial faydası potensial riskdən üstün olsun. Hamiləlik dövründə bu qrup preparatları yüksək dozalarda və ya uzun müddət istifadə etmək olmaz. Elokomun hamilə qadınlarda təyini zamanı qlükortikoidlərin ciftən keçməsi və dölə təsiri mümkündür. Sistem absorbsiya nəticəsində kortikosteroidlərin yerli istifadəsinin onların ana südündə əmələ gəlməsinə gətirib çıxarması ayırd edilməmişdir. Ana südü ilə qidalandırma və ya preparatın istifadəsinin dayandırılması barədə qərar preparatın anada istifadənin lazım olması əsasında verilməlidır.
Elokom dərinin zədələnmiş sahələrinə nazik layla gündə 1 dəfə yaxılır. Müalicənin davametmə müddəti xəstəliyin ağırlığından, gedişindən asılıdır və fərdi təyin olunur. Uşaqlarda və böyüklərdə kortikosterodlərin yerli istifadəsi 5 gündən artıq davam etməməlidir. Preparatın fasiləsiz istifadəsi 2-3 həftədən artıq olmamalıdır.