Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 q kremin tərkibində 0,64 mq betametazon dipropionat, 10 mq klotrimazol, 1 mq gentamisin sulfat vardır. Köməkçi maddələr: maye parafin, izopropil miristat, propilenqlikol, qliserilmonostearat, stearil spirti, ağ vazelin, təmizlənmiş lanolin, polisorbat 60, setil palmitat, butilhidroksitoluen, metilparaben, skincare 23538, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Bakterial, göbələk infeksiyaları, yaxud ikincili olaraq kortikosteroidlərə cavab reaksiyası verən dermatozlar; Dərinin allergik iltihabi xəstəlikləri, kontakt dermatit, atopik dermatit, seborreya dermatiti, ekzema, intertriqo, eksfoliativ dermatit, sаdə və xroniki dəmrov (neyrodermatit).
Əks göstərişlər:
Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq, dərinin vərəmi və virus mənşəli xəstəlikləri. Preparatın göz xəstəliklərinin müalicəsində istifadəsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli yanıq və donması olan xəstələr.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Təhlükəsizliyi müəyyənləşdirilmədiyi üçün bu preparat hamilə qadınlarda, yaxud hamiləlik potensialı olan qadınlarda istifadə edilməməlidir. Yerli istifadə olunmuş kortikоsteroidlərin ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur. Bununla belə, preparatın ana üçün əhəmiyyətini nəzərə alaraq, dərmanın istifadəsinin dayandırılması barədə qərar verilməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müəyyən edilməmişdir.
Səhər və axşam, gündə iki dəfə olmaqla lazım olan dəri nahiyəsinə və onun ətrafına nazik qatla çəkilir.