Bitib
Stokda olanda mənə xəbər verin.Flusinar tərkibi, 1 q məlhəmin tərkibində 0,25 mq fluosinolon asetonid vardır. Köməkçi maddələr: propilenqlikol, limon turşusu, susuz lanolin, ağ vazelin.
Dərinin qlükokortikosteroid terapiyaya tabe olan, dəri quruluğu ilə müşayiət olunan, qeyri-mikrob etiologiyalı kəskin və xroniki iltihabi və allergik xəstəlikləri: atopik dermatit; ekzema; seboreyalı dermatit; psoriaz; dəri qaşınması; övrə; allergik kontakt ekzema; multiformalı ekssudativ eritema; qırmızı yastı dəmrov. Ehtiyac olduqda, dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; çəhrayı çivzə, akne, perioral dermatit; dərinin virus və göbələklərlə törədilən bakterial infeksiyası; dərinin vərəmli və sifilisli zədələnmələri; postvaksinal reaksiya; anogenital qaşınma; bələk səpgisi; dəri örtüyünün yaralı zədələnməsi, xoralar; dərinin neoplastik dəyişikliyi (bədxassəli şiş); hamiləlik, laktasiya dövrü; 2 yaşa qədər uşaqlar.
Hamiləlik: Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır.
Laktasiya: Bu dövrdə preparatın istifadəsi zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Xaricə istifadə edilir.
Böyüklər: Preparat zədələnmiş nahiyəyə nazik təbəqə ilə yüngül hopdurulmaqla gündə 1 və ya 2 dəfə sürtülür. Müalicənin müddəti xəstəliyin xarakterindən və effektivliyindən asılı olaraq adətən 5-10 gün təşkil edir. Maksimal müalicə kursu 2 həftədir, maksimal doza həftədə 15 q məlhəmi aşmamalıdır. Yalnız dirsək və diz zədələnmələrində psoriatik ocaqlarda okklüzion sarğı altında istifadə oluna bilər. Sarğı altında sutkada 2 q-dan artıq məlhəm istifadə edilməməlidir.
Üz nahiyəsində istifadəsi tövsiyə olunmur. İstifadə olunarsa, 7 günü keçməməlidir və okklüzion sarğıdan istifadə edilməməlidir.
Uşaqlar: 2 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir. 2 yaşdan yuxarı uşaqlarda yalnız dərinin məhdud sahəsində, gündə 1 dəfə, minimal effektiv dozada və qısa müddətdə istifadə edilməlidir. Uşaqlarda müalicə kursu maksimum 5 gün olmalıdır və həkim nəzarəti tələb olunur. Okklüzion sarğıdan istifadə edilməməlidir.
Müalicədən sonra yaxşılaşma müşahidə edilməzsə və ya simptomlar pisləşərsə, həkimlə məsləhətləşmək lazımdır. Preparat yalnız təlimata uyğun və göstərilən dozalarda istifadə edilməlidir.