Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Flusinar AF 0,25 mq 15 qr məlhəm

Məhsul Kodu : 111-20167
İstehsalçı ölkə: Polsa
1,99 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FLUSİNAR, xaricə istifadə üçün məlhəm

Flusinar tərkibi

 Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,25 mq fluosinolon asetonid vardır. Köməkçi maddələr:propilenqlikol, limon turşusu, susuz lanolin, ağ vazelin.

İstifadəsinə göstərişlər:

 Dərinin qlükokortikosteroid terapiyaya tabe olan, dəri quruluğu ilə müşayiət olunan, qeyri-mikrob etiologiyalı kəskin və xroniki iltihabi və allergik xəstəlikləri:

 - atopik dermatit;

 - ekzema;

 - seboreyalı dermatit;

 - psoriaz;

 - dəri qaşınması;

 - övrə;

 - allergik kontakt ekzema;

 - multiformalı ekssudativ eritema;

 - qırmızı yastı dəmrov. Ehtiyac olduqda, dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Əks göstərişlər:

 - Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;

 - çəhrayı çivzə, akne, perioral dermatit;

 - dərinin virus və göbələklərlə törədilən bakterial infeksiyası;

 - dərinin vərəmli və sifilisli zədələnmələri;

 - postvaksinal reaksiya;

 - anogenital qaşınma; bələk səpgisi;

 - dəri örtüyünün yaralı zədələnməsi, xoralar;

 - dərinin neoplastik dəyişikliyi (bədxassəli şiş);

 - hamiləlik, laktasiya dövrü;

 - 2 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır. Laktasiya Bu dövrdə preparatın istifadəsi zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Flusinar istifadə qaydası, dozası

 Xaricə istifadə edilir. Böyüklər Preparat zədələnmiş nahiyəyə nazik təbəqə ilə yüngül hopdurulmaqla gündə 1 və ya 2 dəfədən artıq olmamaqla sürtülür. Müalicənin müddəti xəstəliyin xarakterindən və müalicənin effektivliyindən asılıdır və uzunmüddətli xəstəlik zamanı adətən 5-10 gün təşkil edir. Böyüklərdə preparatla müalicə kursu 2 həftədən artıq olmamalıdır. Maksimal doza həftədə 15 q məlhəmi aşmamalıdır. Preparatı, yalnız dirsək və diz zədələnmələrində psoriatik ocaqların lokalizasiyası zamanı okklüzion sarğı altında istifadə etmək olar. Sarğı altında sutkada 2 q-dan artıq məlhəm istifadə etmək olmaz. Məlhəmin dermatozların quru formalarında istifadə edilməsinə üstünlük verilir. Üz nahiyəsində istifadəsi Üz nahiyəsində istifadəsi məsləhət görülmür, belə ki, bu nahiyə atrofik dəyişikliklərə qarşı daha həssasdır. Üz dərisi zədələnmiş pasiyentlərdə müalicə kursu bir həftəni aşmamalıdır. Okklüzion sarğılardan istifadə etmək olmaz. Uşaqlar 2 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir. 2 yaşdan yuxarı uşaqlarda ehtiyatla istifadə etmək və gündə 1 dəfə dərinin məhdud nahiyəsində minimal effektiv dozada istifadə etmək məsləhət görülür. Uşaqlarda müalicə kursu 5 gündən artıq olmamalıdır, həkim nəzarəti tələb edilir. Okklüzion sarğılardan istifadə etmək olmaz. Müalicədən sonra yaxşılaşma müşahidə edilmədikdə və ya simptomlar daha da ağırlaşdıqda və ya yeni simptomlar yarandıqda, həkimlə məsləhətləşmək vacibdir. Preparatı istifadə qaydasına və həmin dozaya uyğun və içlik vərəqədə qeyd edildiyi qaydada istifadə etmək lazımdır.

 

Prepared by  T-Soft E-Commerce.