Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

GLUKOZA 5% 500ML SISTEM (POLIFARMA)

Məhsul Kodu : 111-20408
İstehsalçı ölkə: Türkiye
2,28 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

POLİFLEKS, 10% DEKSTROZA venadaxili infuziya üçün məhlul

İstifadəsinə göstərişlər

Polifleks Dekstroza 10% -li venadaxili infuziya üçün m əhlul venadaxili istifad ə edilən steril (mikroblardan azad) məhlul olub, insan orqanizminin enerji tələbatlarını təmin etmək üçün istifadə edilir.

Əks göstərişlər

Əgər Sizd ə aşağıda qeyd olunan hallar varsa, Siz ə 10% Dekstroza infuziya m əhlulu yeridilməməlidir - Beyindaxili qanama, - Bədənin ciddi şəkildə susuz qaldığı vəziyyətlər, - Sidik ifrazı mümkün olmayan vəziyyətlər (anuriya), - Qaraciyər xəstəliyi ilə əlaqədar koma (ağır vəziyyət). - Taxıl və taxıl məhsullarına qarşı yüksək dərəcədə həssaslıq (allergiya). Əgər Sizdə aşağıda qeyd olunan hallar varsa, xüsusi yardım tələb oluna bilər - Siz gizli ş əkər x əstəliyi v ə ya açıq ş əkər x əstəliyinə maliksinizsə və yaxud h ər hansı səbəblə əlaqədar karbohidratlara qarşı dözümsüzlüyünüz varsa, - Orqanizmdə duz azalması halları mövcuddursa, - Sizin ür ək çatışmazlığınız varsa (Sizin qan dövranı sisteminizd ə normadan artıq maye toplanması halı ola bilər), - Sizin böyrək çatışmazlığınız varsa (bu halda, Siz şəkərə qarşı dözümsüz ola bil ərsiniz), bu dərman vasitəsi Sizə xüsusi qayğı və ya diqqət ilə verilməlidir. Həmçinin, bu d ərman vasit əsi çox aşağı ç əkilərlə doğulmuş yeni doğulmuş körp ələrə də xüsusi diqqətlə istifadə edilməlidir (bu, qanın maye hiss əsinin sıxlığında artıma v ə beləliklə də, beyindaxili qanama riskinin artmasına s əbəb ola bil ər).

Sizi müalic ə edən h əkiminiz t ərəfindən yenidən müayinə edilə bilərsiniz və bu dərman vasitəsini istifadə edərkən, xüsusilə də venadaxili müalicənin müdd ətinin uzadılması hallarında Sizdən müxtəlif qan analizl əri götürül ə bilər. Bu dərman vasitəsini Sizə tətbiq etmək üçün istifad ə edilən borucuqları (d əstləri) hər 24 saatdan bir yenisi ilə əvəz etməyiniz tövsiyə olunur. Əgər bu hallar h ətta keçmiş zamanlarda da Sizdə müşahidə edilibsə, yen ə də həkiminizlə bu barədə məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin Polifleks Dekstroza 10% -li venadaxili infuziya üçün m əhlulun istifad əsi üçün mütl əq z ərurət olmasza, hamiləlik dövründ ə istifadə edilməməlidir. Əgər Siz hamil əsinizsə və ya hamil ə olduğunuzu düşünürsünüzsə, bu bar ədə həkiminizi mütl əq m əlumatlandırın. Müalicə müddətində hamilə olduğunuzun fikrindəsinizsə, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövrü Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə təsiri Polifleks Dekstroza 10%-li venadaxili infuziya üçün məhlul ilə Sizin müalicəniz zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyiniz mümkün deyildir. Siz yalnız müalicəniz başa çatdıqdan sonra öz gündəlik fəaliyyətlərinizə davam edə bilərsiniz.

POLİFLEKS istifadə qaydası və dozası

Polifleks Dekstroza 10%-li venadaxili infuziya üçün m əhlul Sizə xəstəxanada yeridilməlidir. Sizə məhlul vena daxilin ə (adətən, qolda) infuziya ş əklində həkim v ə ya tibb bacısı t ərəfindən yeridilməlidir. İnfuziyanın miqdarı v ə yeridilmə tezliyi Sizin t ələbatınızdan asılıdır. M əhlulun yeridilməli olan həcmini həkiminiz müəyyən edəcəkdir.

Həkiminiz qanın və sidiyin laborator analizlərini yoxlamaqla, simptomlarınızın yüngülləşdirilməsi ilə müalicəyə olan cavab reaksiyanızı müəyyən edəcəkdir. Əavə təsirləri Hər bir adamda olmasa da, digər dərman preparatlarında rast gəldiyimiz kimi, Polifleks Dekstroza 10%-li venadaxili infuziya üçün məhluldan istifadə zamanı da əlavə təsirlər baş verə bilər. • Geniş yayılmış və ya yerli övrə xəstəliyi, xırıltılı tənəffüs, döş qəfəsində sıxılma hissi, qan təzyiqinin aşağı düşm əsi, qızdırma, x əstə olma hissi, m ədə ağrısı v ə ya titr ətmə halları/ qripəbənzər əlamətlər, • Orqanizmdə maye miqdarının azalması və bədəninizdə maye çatışmazlığı (dehidratasiya), • Orqanizmdə ionların miqdarının azalması (kalium, maqnezium, fosfat v ə digər madd ələr daxil olmaqla), • Orqanizmdə qan şəkərinin miqdarının artması (hiperqlikemiya), • Orqanizmdə dövr edən qan həcminin artması (həddindən artıq maye miqdarı), • Sidik həcminin artması, • Yeridilmə yerində ekstravazasiya (damar xaricinə sızma), • Yeridilmə yerində ağrı, qızartı və şişkinlik, iltihab, qıcıqlanma, • Yeridilmə yerindən başlayan və damarlar boyunca yayılan iltihab, • Yeridilmə yerindən başlayıb damarlarda qan axınına mane olmaqla, damarlarda laxtalamanın (qan laxtalarının) əmələ gəlməsi Əgər infuziya zamanı əlavə təsirlər meydana çıxarsa, infuziya dərhal dayandırılmalıdır. Əgər preparatın əlavə təsirləri ciddi şəkil alarsa, yaxud Siz bu içlik v ərəqəsində göstərilməmiş hər hansı əlavə təsirlə üzləşsəniz, həkiminizə bu haqda məlumat verin.

Prepared by  T-Soft E-Commerce.