Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

H/F DIANAT 100ML SRP

Məhsul Kodu : 121-21785
7,80 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Dianat Şərbəti 100 Ml

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 16,1 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 9,2 ml; İstiotlu nanə (Mentha piperita) yarpağının distillatı – 9,2 ml; Adi zirə (Carum carvi) meyvəsinin distillatı – 6,9 ml; Meşə çiyələyi (Fragaria vesca) yarpağının duru ekstraktı – 4,6 ml. Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadə qaydası: Həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə töv­siyə olunan BFMQƏ İstifadə qaydası: 4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə; 7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə; 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur. Uzun müddətli istifadəsi zərərsizdir, bağırsaqların funksiyası bərpa olunana qədər istifadə oluna bilər. Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər. Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər. Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq, qəbizlik. Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin. Yararlılıq müddəti: 3 il. Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaş­dırmada. Reseptsiz buraxılır. Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir. Məhsul qidanı əvəz etmir. Tövsiyə edilən sutkalıq dozanı aşmayın. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Məhsulun Təsviri

Diareya tezləşmiş nəcis ifrazı, susuzluq, halsızlıq, ürəkbulanma, qusma, bədən hərarətinin yüksəlməsi, qarın ağrısı, meteorizm kimi əlamətlərlə müşayiət olunur. Yaz və yay aylarında havaların istiləşməsi, təzə çıxmış meyvə və giləmeyvələrin (çiyələk, şaftalı, ərik, gavalı, qarpız və s. ), tərəvəzlərin erkən, yaxud aşırı miqdarda qəbulu əhali arasında müxtəlif mədə-bağırsaq infeksiyalarının, qida zəhərlənmələrinin artmasına zəmin yaradır.

İshalın qarşısını almaq üçün müalicənin istiqaməti eyni vaxtda bağırsaq peristaltikasını ləngitmək, toksiki maddələrin bağırsaqlarda qana sorulmasının qarşısını almaqdır. Həmçinin yaranmış iltihabi prosesləri söndürmək, bağırsaq mikroflorasını normallaşdırmaq və su-duz balansını bərpa etməyə yönəlməlidir.

İlk öncə onu qeyd edim ki, Dianat şərbətinin tərkibi

iltihab əleyhinə təsirli bitkilər olan adi zirə meyvəsi və istiotlu nanə yarpaqlarının distillatı, həmçinin meşə çiyələyi yarpağı, gülümbahar və aptek çobanyastığı çiçəklərinin duru ekstraktları ilə zənginləşdirilmişdir.

Meşə çiyələyi və adi zirə bitkilərinin tərkibindəki tanin maddəsi bağırsaqların selikli qişasına büzücü təsir edir, selikli qişada qoruyucu təbəqə əmələ gətirir. Bununla da bağırsaqların peristaltikasını ləngidir, toksiki maddələrin bağırsaqlardan sorulmasının qarşısını alır, həmçinin bağırsaqlar vasitəsilə itirilən mayenin miqdarını azaldır, bağırsağın selikli qişasını yerli qıcıqlanmadan qoruyur. Gülümbahar və aptek çobanyastığı çiçəklərinin tərkibindəki fitonsidlər və aşı maddələr bağırsaqların selikli qişasında iltihabi proses əmələ gətirən patogen mikroorqanizmlərə, həmçinin göbələklərə öldürücü təsir göstərir.

İltihabın sorulmasını və regenerasiyanı sürətləndirir.

Dianat şərbətinin təsiri bununla bitmir. Tərkibində olan istiotlu nanə yarpağı həm bağırsaq sancısı zamanı ağrıkəsici təsir edir, həm də dad reseptorlarını qıcıqlandıraraq ishal zamanı iştahaaçıcı, tonuslandırıcı təsir göstərir.

Minerallarla, vitaminlərlə zəngin tam təbii bitki tərkibli Dianat şərbəti ishal və diareyalar zamanı orqanizmin itirdiyi mikroelementləri tez bir zamanda bərpa edir. Bundan əlavə mədə-bağırsaq sisteminə büzücü, bürüyücü, antiseptik, iltihab əleyhinə, regenerasiyaedici, spazmolitik, ağrıkəsici təsir göstərərək xəstələrin vəziyyətini qısa müddətdə yüngülləşdirir. Bütün bu deyilənləri nəzərə alaraq istər yaz-yay fəsillərində təzə meyvələrin yeyilməsi, istərsə də mövsümi bağırsaq infeksiyaları zamanı meydana gələn ishal, hətta qusma kimi əlamətləri Dianat şərbəti ilə aradan qaldırmaq olar.

Prepared by  T-Soft E-Commerce.