Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

İndovazin 30/20 mq 45 qr gel

Məhsul Kodu : 111-05759
İstehsalçı ölkə: Bolqaristan
4,06 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İNDOVAZIN®, xaricə istifadə üçün gel 

İndovazın tərkibi

  Təsiredici maddə:   1 q gelin tərkibində 30 mq indometasin, 20 mq trokserutin vardır.  Köməkçi maddələr: karbomer, dinatrium  edetat, natrium  benzoat, makroqol 400,   izopropanol, dimetilsulfoksid, Fresco BM & GD R. 08.0932.1  aromatizatoru, təmizlənmiş  su.

İstifadəsinə göstərişlər:

   Xroniki venoz çatışmazlığının simptomatik müalicəsi – ödemlər, ayaqlarda ağırlıq hissi və ağrıların aradan qaldırılması; − səthi tromboflebit, flebit; − postflebit vəziyyətlər − babasilin kompleks müalicəsi; − yumşaq toxumaların revmatik zədələnməsi – tendovaginit, bursit, fibrozit, periartrit; − cərrahi əməliyyatlardan, kontuziyalardan, çıxıqlardan, vətərlərin zədələnməsindən sonra əmələ gələn ödemlər.

Əks göstərişlər:

  - preparatın  hər  hansı  komponentinə  qarşı  yüksək  həssaslıq;  - QSİƏP-ə (qeyri-steroid  iltihabəleyhinə  preparatlar) qarşı  yüksək  həssaslıq; Açıq  yaralara, selikli  qişalara, ağız  boşluğuna, gözün  konyunktivasına  sürtmək  olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Hamilə  qadınların  iştirakı  ilə  adekvat    düzgün  nəzarət  edilən  tədqiqatlar  aparılmamışdır. Hamiləlik    laktasiya  dövründə, yalnız  preparatın  ana  üçün  gözlənilən  müalicəvi  təsiri  döl    ya  yenidoğulmuş  uşaq  üçün  potensial  riskdən  yüksək  olduğu  hallarda  təyin  edilə bilər. 

İndovazın istifadə qaydası, dozası

  İndovazin® gel, yalnız  xaricə  istifadə  üçün  nəzərdə  tutulan  preparatdır.  Preparatı  gündə  3-4 dəfə  4-5 sm  ölçüdə  nazik  təbəqə  ilə  zədələnmiş  nahiyəyə  sürtürlər. Gelin  ümumi  sutkalıq  miqdarı  20 sm-dən  artıq  olmamalıdır. Müalicə  kursu  10 gündən  artıq olmamalıdır. 14 yaşa  qədər  uşaqlara  İndovazin® gel  təyin  olunmur.

Prepared by  T-Soft E-Commerce.