Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,5 mq klobetazol propionat vardır.
Klobetazol və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq.
Çəhrayı sızanaqlar (rosacea), adi sızanaqlar (acne vulgaris), perioral dermatit, perianal və genital
qaşınma, dərinin ilkin virus infeksiyaları (məs., sadə herpes, suçiçəyi), müalicə olunmamış dəri
infeksiyaları, iltihab olmadan dərinin qaşınması, göbələklər və bakteriya törətdiyi ilkin dəri
infeksiyaları.
Dermatit və bişməcələr daxil olmaqla, bir yaşdan kiçik körpələrdə dermatozlar.
Klobetazolun hamiləlik dövründə istifadəsinə dair məlumatlar məhduddur.
Hamilə qadınlarda klobetazol yalnız anaya olan faydanın, dölə olan mənfi təsirdən daha üstün olduğu hallarda ən qısa müddətdə və minimal miqdarda istifadə olunmalıdır.
Laktasiya dövründə yerli kortikosteroidlərin istifadəsinin təhlükəsizliyinə dair məlumat yoxdur.
Ana südündə təyin edilə biləcək səviyyədə aşkar edilməsi üçün yerli kortikosteroidlərin sistem
sorulmasının kifayət qədər olduğu müəyyən edilməmişdir.
Klobetazolun laktasiya dövründə yalnız anaya olan faydanın körpəyə olan mənfi təsirdən daha üstün olduğu hallarda istifadə olunması tövsiyə olunur. Körpə tərəfindən preparatın təsadüfi udulmasının qarşısının alınması üçün klobetazol süd vəziləri nahiyəsinə istifadə edilməməlidir.
Klobenat məlhəmin istifadəsi quruluq, qalınlaşma ilə müşayiət olunan və pullu dəri zədələnmələrində xüsusilə məqsədəuyğundur. Məlhəm gündə 1 və ya 2 dəfə zədələnmiş nahiyəyə çəkilir. Xəstəliyə nəzarət edilməsinə nail olduqda preparatın istifadəsi dayandırılmalıdır. Xəstənin vəziyyətinin təkrar qiymətləndirilməsi olmadan müalicəni 4 həftədən artıq davam etdirmək olmaz. Xəstəliyin kəskinləşmə dövrünə nəzarət edilməsi üçün Klobenat™ məlhəm ilə qısamüddətli müalicəni təkrarlamaq olar.
Steroidlərlə uzunmüddətli müalicəyə ehtiyac olduğu hallarda, nisbətən zəif aktivliyə malik olan
preparatlar istifadə olunmalıdır. Klobenat preparatının hər tətbiqindən sonra yumşaldıcı vasitənin
istifadəsindən əvvəl Klobenat məlhəmin tam sorulmasını gözləmək lazımdır.
İstifadə qaydası
Klobenat məlhəmi az miqdarda nazik təbəqə ilə dərinin zədələnmiş nahiyəsinə çəkilir. Rezistent
hallarda, xüsusilə hiperkeratoz zamanı məlhəmi çəkdikdən sonra zədələnmiş nahiyəni polietilen sarğı ilə bağlanması preparatın effektini daha da gücləndirə bilər. Sarğının yalnız gecə qoyulması qənaətbəxş cavab almaq üçün adətən kifayət olur; sonralar isə nail olunmuş effekti sarğıdan istifadə olunmadan da sadəcə məlhəmi dəriyə çəkməklə saxlamaq olar. Preparat əllərin müalicəsi üçün təyin olunmaqıdqa, Klobenat məlhəmi istifadə etdikdən sonra əllər yuyulmalıdır.
2-4 həftə ərzində xəstənin vəziyyətində pisləşmə müşahidə olunduqda və ya yaxşılaşma müşahidə
olunmadıqda, diaqnoza və müalicəyə yenidən baxılmalıdır. Müalicə 4 həftədən artıq davam
etdirilməməlidir. Uzunmüddətli müalicəyə ehtiyac olduqda daha az təsir göstərən preparatlardan istifadə edilməlidir. Maksimal doza həftədə 50 q-dan artıq olmamalıdır.
Xəstəliyə nəzarət edilməsinə nail olduqdan sonra Klobenat dərman vasitəsilə müalicəsi tədricən
dayandırılmalıdır və yumşaldıcı vasitəsilə müalicə dəstəkləyici müalicə kimi davam etdirilməlidir. Klobenat dərman vasitəsilə müalicənin birdən kəsilməsi əvvəl mövcud olan dermatozalrın
residivləşməsinə səbəb ola bilər.
Davamlı gedişi ilə səciyyələnən dermatozlar
Xəstəliyi tez-tez residiv verən xəstələr
Kəskin xəstəliyi zamanı yerli kortikosteroidlə aramsız müalicə kursundan sonra müalicə effekti əldə olunduqda onun ara verməklə istifadə imkanı düşünmək olar (gündə 1 dəfə, həftədə 2 dəfə, okklüzion sarğı qoymadan). Belə müalicənin residivlərin yaranma tezliyinin aşağı salması göstərilmişdir. Preparatı dərinin bütün əvvəllər zədələnmiş sahələrinə və ya məlum potensial kəskinləşmə sahələrinə çəkilməsi davam etdirilməlidir. Belə istifadə sxemi yumşaldıcı vasitənin rutin gündəlik tətbiqi ilə birlikdə olmalıdır.
Müntəzəm olaraq xəstənin vəziyyətinin, həmçinin müalicənin davamından olan fayda və riskin
qiymətləndirilməsi aparılmalıdır.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat
Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr
Preparatın sistem sorulması zamanı (dəri səthinin böyük sahələrinə uzunmüddətli istifadəsində) onun metabolizmi və xaric olunması ləngiyə bilər, bu da sistem toksikliyin yaranmasına səbəb ola bilər. Beləliklə, o, həmin xəstələrdə klinik effektin əldə edilməsi üçün lazım olan ən aşağı miqdarda və mümkün qədər ən qısa müddətdə istifadə edilməlidir. Pediatrik xəstələr 1 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir. Böyüklərlə müqayisədə uşaqlarda xaricə istifadə edilən kortikosteroidlərin yerli və sistem əlavə təsirlərin yaranma ehtimalı daha yüksək olduğu üçün müalicə daha qısamüddətli və az təsirli preparatlarla aparılmalıdır. Uşaqlarda müalicə 5 gündən artıq davam edilməməli və sarğıdan istifadə edilməməlidir.
Üz nahiyəsində istifadəsi
Müalicə 5 gündən artıq davam etməməli və sarğıdan istifadə edilməməlidir.
Yaşlı xəstələr Klinik tədqiqatlarda yaşlı və cavanlar arasında preparatın effektivliyində fərq müəyyən edilməmişdir.
Qaraciyər və böyrək funksiyaların pozulmasının yaşlı xəstələrdə daha tez rast gəlinməsi preparatın sistem sorulması zamanı onun orqanizmdən xaric olmasının ləngiməsinə səbəb ola bilər. Buna görə Klobenat məlhəmin klinik effektin əldə edilməsi üçün lazım olan minimal miqdarda və mümkün qədər ən qısa müddətdə istifadə edilməlidir.