Sevimlilərə əlavə edin
Paylaşın

Klobenat 50 Qr Krem

Məhsul Kodu : 111-25828
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
8,68 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Klobenat, 0,05% yerli istifadə üçün krem 

Klobenat tərkibi

Təsiredici maddə:   1 q kremin tərkibində 0,5 mq klobetazol propionat vardır. 

Əks göstərişlər 

Klobetazol və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq. 
Çəhrayı sızanaqlar (rosacea), adi sızanaqlar (acne vulgaris), perioral dermatit, perianal və genital 
qaşınma, dərinin ilkin virus infeksiyaları (məs., sadə herpes, suçiçəyi), müalicə olunmamış dəri 
infeksiyaları, iltihab olmadan dərinin qaşınması, göbələklər və bakteriya törətdiyi ilkin dəri 
infeksiyaları. 
Dermatit və bişməcələr daxil olmaqla, bir yaşdan kiçik körpələrdə dermatozlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Klobetazolun hamiləlik dövründə istifadəsinə dair məlumatlar məhduddur. 
Hamilə qadınlarda klobetazol yalnız anaya olan faydanın, dölə olan mənfi təsirdən daha üstün 
olduğu hallarda ən qısa müddətdə və minimal miqdarda istifadə olunmalıdır. 
Laktasiya dövründə yerli kortikosteroidlərin istifadəsinin təhlükəsizliyinə dair məlumat yoxdur. 
Ana südündə təyin edilə biləcək səviyyədə aşkar edilməsi üçün yerli kortikosteroidlərin sistem 
sorulmasının kifayət qədər olduğu müəyyən edilməmişdir. 
Klobetazolun laktasiya dövründə yalnız anaya olan faydanın körpəyə olan mənfi təsirdən daha 
üstün olduğu hallarda istifadə olunması tövsiyə olunur. Körpə tərəfindən preparatın təsadüfi 
udulmasının qarşısının alınması üçün klobetazol süd vəziləri nahiyəsinə istifadə edilməməlidir.

İstifadə qaydası və dozası 

Klobenat kremin dərinin nəm və ya sulanan nahiyələrinə çəkilməsi xüsusilə məqsədəuyğundur. 
Krem gündə 1 və ya 2 dəfə yaxşılaşma əlamətləri müşahidə olunana qədər az miqdarda 
zədələnmiş nahiyəyə çəkilir. Xəstəliyə nəzarət edilməsinə nail olduqda preparatın istifadəsi 
dayandırılmalıdır. Xəstənin vəziyyətinin təkrar qiymətləndirilməsi olmadan müalicəni 4 həftədən 
artıq davam etdirmək olmaz. Xəstəliyin kəskinləşmə dövrünə nəzarət edilməsi üçün Klobenat 
krem ilə qısamüddətli müalicəni təkrarlamaq olar. Steroidlərlə uzunmüddətli müalicəyə ehtiyac 
olduğu hallarda, nisbətən zəif aktivliyə malik olan preparatlar istifadə olunmalıdır. Klobenat 
preparatının hər tətbiqindən sonra yumşaldıcı vasitənin istifadəsindən əvvəl Klobenat kremin 
tam sorulmasını gözləmək lazımdır. 
İstifadə qaydası 
Klobenat kremi az miqdarda nazik təbəqə ilə dərinin zədələnmiş nahiyəsinə çəkilir. Rezistent 
hallarda, xüsusilə hiperkeratoz zamanı, kremi çəkdikdən sonra zədələnmiş nahiyəni polietilen 
sarğı ilə bağlanması preparatın effektini daha da gücləndirə bilər. Sarğının yalnız gecə qoyulması 
qənaətbəxş cavabı almaq üçün adətən kifayət olur; sonralar isə nail olunmuş effekti sarğıdan 
istifadə olunmadan da, sadəcə kremi dəriyə çəkməklə saxlamaq olar. Preparat əllərin müalicəsi 
üçün təyin olunmaqıdqa, Klobenat kremi istifadə etdikdən sonra əllər yuyulmalıdır.  
2-4 həftə ərzində xəstənin vəziyyətində pisləşmə müşahidə olunduqda və ya yaxşılaşma 
müşahidə olunmadıqda, diaqnoza və müalicəyə yenidən baxılmalıdır. Müalicə 4 həftədən artıq 
davam etdirilməməlidir. Uzunmüddətli müalicəyə ehtiyac olduqda daha az təsir göstərən 
preparatlardan istifadə edilməlidir. Maksimal doza həftədə 50 q-dan artıq olmamalıdır. 
Xəstəliyə nəzarət edilməsinə nail olduqdan sonra Klobenat dərman vasitəsilə müalicəsi tədricən 
dayandırılmalıdır və yumşaldıcı vasitəsilə müalicə dəstəkləyici müalicə kimi davam 
etdirilməlidir. Klobenat dərman vasitəsilə müalicənin birdən kəsilməsi əvvəl mövcud olan 
dermatozalrın residivləşməsinə səbəb ola bilər. 
Davamlı gedişi ilə səciyyələnən dermatozlar 
Xəstəliyi tez-tez residiv verən xəstələr 
Kəskin xəstəliyi zamanı yerli kortikosteroidlə aramsız müalicə kursundan sonra müalicə effekti əldə olunduqda onun ara verməklə istifadə imkanı düşünmək olar (gündə 1 dəfə, həftədə 2 dəfə, 
okklüzion sarğı qoymadan). Belə müalicənin residivlərin yaranma tezliyinin aşağı salmasında 
effektivliyi göstərilmişdir. Preparatı dərinin bütün əvvəllər zədələnmiş sahələrinə və ya məlum 
potensial kəskinləşmə sahələrinə çəkilməsi davam etdirilməlidir. Belə istifadə sxemi yumşaldıcı 
vasitənin rutin gündəlik tətbiqi ilə birlikdə olmalıdır. Müntəzəm olaraq xəstənin vəziyyətinin, 
həmçinin müalicənin davamından olan fayda və riskin qiymətləndirilməsi aparılmalıdır.  
Xüsusi qrup xəstələrə dair əlavə məlumat 
Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr 
Preparatın sistem sorulması zamanı (dəri səthinin böyük sahələrinə uzunmüddətli istifadəsində) 
onun metabolizmi və xaric olunması ləngiyə bilər, bu da sistem toksikliyin yaranmasına səbəb 
ola bilər. Beləliklə, o, həmin xəstələrdə klinik effektin əldə edilməsi üçün lazım olan ən aşağı 
miqdarda və mümkün qədər ən qısa müddətdə istifadə edilməlidir. 
Pediatrik xəstələr 
1 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir. Böyüklərlə müqayisədə uşaqlarda xaricə 
istifadə edilən kortikosteroidlərin yerli və sistem əlavə təsirlərin yaranma ehtimalı daha yüksək 
olduğu üçün müalicə daha qısamüddətli və az təsirli preparatlarla aparılmalıdır. Uşaqlarda 
müalicə 5 gündən artıq davam edilməməli və sarğıdan istifadə edilməməlidir.  
Üz nahiyəsində istifadəsi 
Müalicə 5 gündən artıq davam etməməli və sarğıdan istifadə edilməməlidir. 
Yaşlı xəstələr 
Klinik tədqiqatlarda yaşlı və cavanlar arasında preparatın effektivliyində fərq müəyyən 
edilməmişdir. Qaraciyər və böyrək funksiyaların pozulmasının yaşlı xəstələrdə daha tez rast 
gəlinməsi preparatın sistem sorulması zamanı onun orqanizmdən xaric olmasının ləngiməsinə 
səbəb ola bilər. Buna görə Klobenat kremin klinik effektin əldə edilməsi üçün lazım olan 
minimal miqdarda və mümkün qədər ən qısa müddətdə istifadə edilməlidir.  

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25828

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce