Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kloveyt 0,05% 25Gr Məlhəm

Məhsul Kodu : 111-07778
İstehsalçı ölkə: Polsa
5,20 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KLOVEYT, xaricə istifadə üçün məlhəm

KLOVEYT tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,5 mq klobetazol (klobetazol propionat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Klobetazol dərinin kəskin və ağır qeyri-infeksion iltihabi xəstəliklərinin qısamüddətli yerli müalicəsi üçün istifadə olunur: psoriaz (pustulyoz və yayılmış piləkli psoriaz müstəsna olmaqla); seboreyalı dermatit; kontakt dermatit; atopik dermatit; poliformalı dermatit; ekzema (müxtəlif formaları); intensiv qaşınma ilə qırmızı yastı dəmrov; diskoid qırmızı qurdeşənəyi; yerli istifadə üçün daha az aktiv qlükokortikosteroidlərlə terapiyaya davamlı və davamlı qaşınma və ya hiperkeratozla müşayiət edilən digər dəri xəstəlikləri.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; çəhrayı və adi civzə; perioral dermatit; perianal və genital qaşınma; dərinin bakterial, virus və göbələk xəstəlikləri; vaksin profilaktikasından sonra; 12 yaşa qədər uşaqlar (təhlükəsizliyi və effektivliyi üzrə məlumat yoxdur);

Hamiləlik və laktasiya dövründə istifadəsi

Xüsusi göstərişlər və ehtiyat tədbirləri Aşağıdakı hallarda ehtiyatlı olmaq lazımdır: Yaşlı şəxslərdə göz qapaqlarının dərisinə istifadə etməyə ehtiyac olduqda, psoriazın müalicəsində (qlaukomanın və kataraktanın inkişafı riski). Preparatın uzunmüddətli, 2 həftədən artıq, istifadəsindən çəkinmək lazımdır. Geniş dəri sahələri üzərində uzun müddət ərzində istifadə etdikdə, əlavə təsirlərin baş vermə tezliyi artır və ödemlərin, hipertenziyanın, hiperqlikemiyanın meydana çıxmasının və orqanizmin rezistentliyinin aşağı düşməsinin təhlükəsi yüksəlir. Klobetazolun yerli istifadəsinin təsiri altında böyrəküstü vəzi-hipofizar sistemin tormozlanması nəticəsində, hipofizdə adrenokortikotrop hormonun (AKTH) ifrazı aşağı düşə bilər, qanda kortizolun səviyyəsi aşağı düşə bilər və müalicə dayandırıldıqdan sonra aradan qalxan, yatrogen Kuşinq sindromu meydana çıxa bilər.

Məlhəmin istifadə olunduğu nahiyədə infeksiya inkişaf etdiyi halda, müvafiq bakteriyaəleyhinə və ya göbələkəleyhinə müalicə təyin etmək lazımdır. İnfeksiyanın simptomları aradan qalxma- dıqda, infeksiya tam müalicə olunana qədər Kloveyt məlhəminin istifadəsini dayandırmaq la- zımdır. Göz qapaqları nahiyəsinə istifadəsi üçün zərurət yarandıqda, preparatın gözlərə düşməsinin qarşısını almaq məqsədi ilə ehtiyat tədbirlərinə riayət etmək lazımdır, çünki bu zaman qlaukoma və katarakta inkişaf edə bilər. Preparat təsadüfən gözlərə düşdükdə, onları bol su ilə yumaq lazımdır. Pasiyentdə görmə aydınlığının pozulması və ya görmə qabiliyyətinin digər pozğunluqları kimi simptomlar meydana çıxdıqda, katarakta, qlaukoma və ya mərkəzi seroz xorioretinopatiya kimi pozğunluqların mümkün səbəblərini müəyyən etmək üçün oftalmoloq müayinəsininin aparılmasını nəzərdən keçirmək lazımdır. Psoriazdan əziyyət çəkən pasiyentlərdə xüsusilə ehtiyatlı olmaq lazımdır, çünki psoriaz zamanı kortikosteroidlərin istifadəsi, tolerantlığın inkişaf etməsi səbəbindən xəstəliyin residivləşməsi, yayılmış irinli psoriaz və yataq yaraları nəticəsində ümumi toksiklik riskinin olması daxil olmaqla, bir çox səbəblərdən təhlükəli ola bilər. Qlükokortikosteroidlərin nazik dəridən yüksək sorulmasını nəzərə alaraq, üz nahiyəsi dərisində, həmçinin qoltuqaltı çuxur və qasıq nahiyəsi dərisində preparatın istifadəsi yalnız son dərəcədə zəruri hallarda icazə verilir, çünki bu zaman, hətta qısamüddətli istifadədən sonra belə, arzuolun- mayan reaksiyaların (teleangioektaziya, perioral dermatit) meydana çıxma riski yüksəlir. Müalicədən əvvəl dərialtı birləşdirici toxumalarda atrofik dəyişikliklər olduqda, xüsusilə yaşlı pasiyentlərdə, preparatı ehtiyatla istifadə etmək lazımdır. Kloveyt preparatının tərkibinə daxil olan propilenqlikol, xlorokrezol, stearil spirti, preparatın çəkilmə nahiyəsində qıcıqlanmaya, o cümlədən allergik reaksiyalara səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Anticisimlərin əmələ gəlməsinin azalması ilə əlaqədar olaraq, immunodepressiv xüsusiyyət- lərin yaranmasının mümkünlüyü səbəbindən, qlükokortikosteroidlərlə müalicə zamanı suçiçəyinə qarşı vaksinasiyadan və immunizasiyanın digər növlərindən çəkinmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləlik Hamilə qadınlarda klobetazolun istifadəsi barədə məlumat məhduddur. Boğaz heyvanlarda qlükokortikosteroidlərin xaricə istifadəsi dölün inkişafının pozulmasına səbəb ola bilər. Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, qlükokortikosteroidlər onların daxilə qəbulu zamanı hətta kiçik dozalarda teratogen effekt göstərir. Teratogen effekt, eləcə də, heyvanlarda güclü təsir edən qlükokortikosteroidlərin dəriyə istifadəsi zamanı da yaranmışdır. Hamiləlik dövründə klobetazolun istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Laktasiya dövrü Laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kloveyt məlhəmi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

KLOVEYT istifadə qaydası və dozası

Xaricə istifadə edilir. Bir qədər məlhəm nazik təbəqə ilə gündə 1-2 dəfə dərinin zədələnmiş nahiyəsinə sürtülür. Müalicəni 2 həftədədən çox olmayaraq, ardıcıl aparmaq lazımdır.

Okklüzion sarğılardan istifadə edilməməlidir. Preparatı istifadə etdikdən sonra əlləri yumaq lazımdır. Uşaqlar və yeniyetmələr Preparatı 12 yaşa qədər uşaqlarda istifadə etmək olmaz. Yaxşılaşma müşahidə etdikdə, müalicəni dayandırmaq lazımdır. Kortikosteroidlərlə müalicə- ni davam etdirməyə ehtiyac olduqda, kortikosteroid əsaslı daha az aktivliyə malik dərman vasitələrindən istifadə etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.