Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məlhəmin tərkibində 1 mq hidrokortizon butirat vardır.
Dərinin müxtəlif mənşəli qeyri-infeksion sulanan yarım-kəskin və xroniki iltihabi xəstəlikləri, xüsusilə, həddindən artıq qaşınma və ya dərinin keratinləşməsi ilə müşayiət olunan, yerli qlükokortikoidlərə qarşı həssas olan orta və ya ağır dərəcəli allergik mənşəli zədələnmələr. - seboreyalı dermatit; - atopik dermatit; - uşaqlarda papulyoz övrə; - allergik kontakt dermatit; - multiformalı eritema; - sistem qırmızı qurdeşənəyi; - psoriaz; - qırmızı yastı dəmrov.
- Təsiredici maddə olan hidrokortizona (və ya hər hansı qlükokortikosteroidə) və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; - dərinin bakterial, göbələk və virus mənşəli infeksiyaları (o cümlədən, suçiçəyi, sadə herpes); - adi, çəhrayı sızanaqlar (akne vulqaris, rosase) - perioral dermatit; - vaksinasiyadan sonrakı dövr; - dəri örtüyünün tamlığının pozulması (yaralar, xoralar); - dəri şişləri; - dərinin vərəm və ya sifilis mənşəli zədələnməsi; - 2 yaşa qədər uşaqlar; - hamiləliyin birinci trimestri.
Hamiləlik dövrü Hamilə qadınlarda hidrokortizon butiratın istifadəsinə dair məlumat yoxdur və ya məhduddur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik göstərmişdir. Hamiləliyin birinci trimestrində Latikort® preparatının istifadəsi əks göstərişdir. Həkim təyin etdiyi halda hamilə qadınların müalicəsi üçün Latikort® preparatının istifadəsi, yalnız ana üçün preparatın ehtimal edilən faydası döl üçün potensial riskdən yüksək olduqda mümkündür.
Bu hallarda müalicə qısamüddətli olmalıdır və dərinin məhdud sahələrində aparılmalıdır. Laktasiya dövrü Terapevtik dozalarda xaricə istifadə edildikdə, ana südünə sorulan hidrokortizon butiratın və onun metabolitlərinin ana südü ilə qidalandırma zamanı körpələrə heç bir təsiri gözlənilmir. Laktasiya dövründə preparatı qısamüddətli kurslarla və dərinin kiçik sahələrində ehtiyatla istifadə etmək lazımdır.
Latikort® preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə bilinən təsiri yoxdur.
Preparat xaricə istifadə edilir. Preparatın nüfuz etməsini yaxşılaşdırmaq məqsədi ilə, Latikort® preparatını dərinin patoloji dəyişilmiş nahiyələrinə masaj hərəkətləri ilə nazik təbəqə ilə sürtmək lazımdır. Xəstəliyin rezistent gedişatı zamanı, məsələn, dirsəkdə, dizdə, sıx psoriatik piləyin lokalizasiyası zamanı preparatı, hər 24 saatdan bir dəyişdirilən okklüzion sarğı altında istifadə etmək vacibdir. Yetkin yaşlı pasiyentlər Sutkada 1-2 dəfədən artıq istifadə etmək olmaz.
Fasiləsiz müalicə kursunu 2 həftədən artıq aparmaq olmaz; xüsusilə üz nahiyəsi dərisinə 7 gündən artıq istifadə etmək olmaz. Bir həftə müddətində məlhəmi 1 tubdan (15 qram) artıq istifadə etmək olmaz. Uşaqlar və yeniyetmələr Latikort® preparatının 2 yaşa qədər uşaqlar üçün istifadəsi əks göstərişdir. Uşaqlarda bədən səthinin sahəsinin bədən kütləsinə qarşı nisbəti, böyüklərdə bu göstəricidən daha yüksək olduğu üçün, hipotalamus-hipofiz-böyrəküstü vəzi sistemin funksiyalarının pozulması inkişaf edə bilər və qlükokortikosteroidlər üçün xarakterik arzuolunmayan effektlər, o cümlədən, boy artımının və inkişafın ləngiməsi, meydana çıxa bilər.
Latikort® preparatını 2 yaşdan yuxarı uşaqlarda ciddi ehtiyatla, sutkada yalnız 1 dəfə, dərinin kiçik sahələrində həkimin nəzarəti altında, kiçik müalicə kursları ilə istifadə etmək olar; üz nahiyəsinin dərisi üzərinə çəkmək olmaz.