Leyner məlhəmi, beynəlxalq patentləşdirilməmiş adı: Boric acid.
Təsiredici maddə: 100 q Leyner məlhəminin tərkibində 1,0 q bor turşusu vardır.
Pediatriyada qaşınmada, dərinin səpməsində və qıcıqlanmasında istifadə olunur.
Dəri bor turşusuna qarşı həssaslıq göstərən hallarda preparatın istifadəsi əks göstərişdir.
Təlimatda bu barədə konkret məlumat yoxdur. Ancaq preparat yerli istifadə üçün nəzərdə tutulduğu və pediatriyada istifadə edildiyi üçün hamiləlik dövründə yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.
Məlhəm yerli istifadə olunur. Dərinin zədələnmiş nahiyəsinə gündə 2–4 dəfə olmaqla 1 q çəkilir.
Əlavə təsirlər müşahidə olunmamışdır.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-23252 |