Sevimlilərə əlavə edin
Paylaşın

Lioton 1000 50 Qr Gel

Məhsul Kodu : 111-05948
İstehsalçı ölkə : Italiya
1 Şərh Şərh
15,00 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

LİOTON 1000® GEL, xaricə istifadə üçün gel

Lioton tərkibi

 Təsiredici maddə:1 q gelin tərkibində 1000 BV (beynəlxalq vahid) heparinin natrium duzu  vardır. Köməkçi maddələr: etanol, karbomer, trolamin, metilparahidroksibenzoat,  propilparahidroksibenzoat, portağal çiçəklərinin yağı (neroli yağı), lavand  yağı, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Lioton 1000 gel preparatı istifadə olunur: - səthi venaların xəstəliklərinin (məsələn, venaların varikoz genişlənməsi xarakterik olan xəstəliklər və onların ağırlaşmaları, zədələnmiş venalarda iltihabla müşayiət olunan və ya iltihabsız trombların əmələ gəlməsi, venaları əhatə edən toxumaların iltihabı, həmçinin, varikoz genişlənmiş vena nahiyəsində dəri üzərində meydana çıxan xoralar) simptomatik müalicəsi; - operativ müdaxilə nəticəsində zədələnmiş damar divarının iltihabının müalicəsi; - venalar üzərində aparılan cərrahi əməliyyatlardan sonra meydana çıxan vəziyyətlərin (məsələn, qançırlar və ödemlər) şiddətini azaltmaq üçün; - oynaq və əzələ nahiyəsində travmalardan və zədələnmələrdən sonra ödemlərin və qançırların aradan qaldırılması üçün. Yerli müalicə üçün göstərişlər olduqda, Lioton 1000 gel preparatını sərbəst vasitə kimi və ya sistem müalicə ilə kombinasiyada istifadə etmək olar.

Əks göstərişlər:

 Heparinin natrium duzuna və ya preparatın tərkibində olan hər hansı komponentə (“Tərkibi” bölməsində göstərilmişdir) qarşı allergiya olduqda preparatı istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Lioton 1000 gel preparatının hamiləlik və laktasiya dövründə istifadəsi barədə heç bir məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə, həmçinin ehtimal edilən və ya planlaşdırılan hamiləlik halları olduqda, preparatın istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Lioton istifadə qaydası, dozası

 Göstərilən dərman preparatını həkimin və ya əczaçının göstərişlərinə müvafiq dəqiq qəbul etmək lazımdır. Hər hansı şübhə olduqda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın dozalanması və istifadə qaydası Geli zədələnmiş nahiyənin üzərinə sutkada bir dəfədən üç dəfəyə qədər çəkmək və masaj hərəkətləri ilə sürtmək lazımdır. Tubikdən 3-10 santimetr gel zolağı sıxmaq tövsiyə olunur. Pasiyendə müşahidə olunan simptomlar dərinləşdikdə və ya 7 gündən sonra pasiyentin vəziyyəti yaxşılaşmadıqda, həkimə müraciət etmək lazımdır. Lioton 1000 gel preparatının istifadəsi ötürüldükdə Lioton preparatının istifadəsi ötürüldükdə, yada düşən kimi onu istifadə etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək üçün ikiqat dozadan istifadə etmək olmaz. Preparatın istifadəsi barədə əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05948

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce