Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddə: 1 q məlhəmin tərkibində 20 mq mupirosin vardır
• Anamnezində mupirosin və polietilenqlikola qarşı yüksək həssaslıq (allergiya) olan xəstələrin
istifadəsi əks göstərişdir.
B kateqoriyasına daxildir.
Hamiləlik dövründə həkim təyinatı olmadan MUPİRON məlhəmi istifadə etməyin.
Müalicə əsnasında hamilə olduğunuzu bilsəniz bu barədə həkimə məlumat verin!
laktasiya dövründə istifadəsi
• Döş çatlarının müalicəyə ehtiyacı olduqda, döş giləsi və ətraf nahiyəyə çəkilmiş krem ana südü
ilə qidalandırılmadan öncə yuyulub təmizlənməlidir.
Laktasiya dövründə hər hansı bir dərman vasitəsi qəbul edirsinizsə bu barədə həkimə məlumat verin!
MUPİRON məlhəm zədənin dərəcəsindən aslı olaraq az miqdarda 10 gün ərzində, gündə 2 və ya 3 dəfə zədələnmiş nahyəyə çəkilir.
İstifadə qaydası
İşlənmiş nahiyə təmiz sarğı ilə örtülə bilər.
Preparatın antibakterial təsirinin həmçinin təsiredici maddəsi mupoirosinin stabilliyində dəyişəbilməsini nəzərə alaraq, MUPİRON məlhəmi istifadə zamanı digər dərman vasitələri ilə qarışdırmayın. İlk istifadə etməzdən əvvəl qapağı alt-üst çevirərək borunu deşin.
MUPİRON məlhəmin istifadəsindən öncə və sonra əlləri yaxşıca yuyun.
Xüsusi qrup xəstələr
Qaraciyər çatışmazlığı:
Preparatın təsirindən asılı olaraq gündə 2 və ya 3 dəfə 10 gün müddətində istifadə olunur.
Böyrək çatışmazlığı:
Böyrək çatışmazlığı olan yaşlı xəstələrdə orta və ya ağır böyrək çatışmazlığı əlamətləri və ya
polietilenqlikolun absorbsiyasına səbəb olacaq bir vəziyyət olmadığı təqdirdə preparatın istifadəsində məhdudiyyət yoxdur.
Əgər orta və ya ağır böyrək çatışmazlığı əlaməti varsa, MUPİRON digər polietilenqlikol tərkibli
məlhəmlər kimi, polietilenqlikolun böyük həcmdə sorulması mümkün olan hallarda istifadə
olunmamalıdır.
Uşaqlar
Preparatın təsirindən aslı olaraq gündə 2 və ya 3 dəfə 10 gün müddətində istifadə olunur.
Əgər Siz MUPİRON məlhəmin istifadəsini unutmusunuzsa
Əgər Siz MUPİRON məlhəmin istifadəsini unutmusunuzsa, onu xatırlayan kimi, dərhal istifadə edin. Lakin növbəti istifadənin vaxtına az qalıbsa, o zaman unudulmuş dozanı buraxaraq növbəti dozanı öz vaxtında istifadə edin və müalicəni təlimata uyğun davam edin.
Həkimə məlumat vermədən təyin edilmiş müalicə kursunu vaxtından əvvəl dayandırmayın!
Əgər MUPİRON məlhəmin təsirinin həddindən artıq güclü və ya zəyif olduğunu görsəniz bu barədə həkimə məlumat verin!