Təsiredici maddələr: 100 q məlhəmin tərkibində 70 q, 1 tubda (25q) 17,5 q rafinəolunmuş naftalan nefti vardır.
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Müxtəlif etiologiyalı, aydın nəzərəçarpan anemiyalar, qanaxmaya meyillilik, qan xəstəlikləri, bəd-xöşxassəli şişlər, kəskin oynaq xəstəlikləri, kəskin ginekoloji xəstəliklər, MSS-in üzvi xəstəlikləri, istənilən orqanın vərəm xəstəliyi, III dərəcəli hipertoniya, qan dövranının II və III dərəcəli pozulması, stenokardiya tutmaları ilə müşahidə olunan II və III dərəcəli xroniki koronar çatışmazlıq, səyrici aritmiya və paroksizmal taxikardiya, anamnezdə miokard infarktının və ya epilepsiyanın olması, aydın nəzərəçarpan böyrək çatışmazlığı, kəskin nefrit və nefrozlar, müxtəlif etiologiyalı qaraciyər çatışmazlığı, zöhrəvi xəstəliklər, psixi
xəstəliklər, hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Gündə 1-2 dəfə dərinin zədələnmiş nahiyəsinə nazik təbəqə şəklində sürtülür.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 121-03658 |