Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NATRIYA BICARBONAT SODIUM 8,4% 100ML MEHLUL

Məhsul Kodu : 111-15136
İstehsalçı ölkə: Almaniya
7,52 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NATRİUM BİKARBONAT MƏHLULU, 8,4% infuziya üçün məhlul

NATRİUM BİKARBONAT MƏHLULU tərkibi

Təsiredici maddə: 1 litr infuziya məhlulunun tərkibində 84 q natrium hidrogenkarbonat vardır. (Na+ - 1 mmol/ml; HCO - 1 mmol/ml).

İstifadəsinə göstərişlər

Natrium bikarbonat infuziyası uşaqlarda və böyüklərdə aşağıdakı göstərişlərdə təyin olunur: -Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində ürək tutması (miokard infarktı) ilə əlaqəli metabolik asidoz. -Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində hiperkalemiya ilə əlaqəli ürək tutması(miokard infarktı), -Əvvəlcədən mövcud olan metabolik asidoz ilə həyati təhlükəli hiperkalemiya, -Trisiklik antidepressantların doza həddinin aşılması, Natrium bikarbonat yalnız ürək masajı, ventilyasiya, adrenalin və antiaritmik maddələr kimi digər reanimasiya tədbirlərinə cəhd edildikdən sonra istifadə olunmalıdır. Yenidoğulmuşlarda natrium bikarbonat aşağıdakı hallarda təyin olunur: -Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində ürək tutması ilə əlaqəli metabolik asidoz, -Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində hiperkalemiya ilə əlaqəli ürək tutması, -Əvvəlcədən mövcud olan metabolik asidoz ilə həyati təhlükəli hiperkalemiya

Əks göstərişlər

-Aktiv maddəyə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq, -Natrium qəbulunun məhdudlaşdırıldığı hallar (məs., böyrək çatışmazlığı, hipertoniya, ödem, ürək çatışmazlığı), - Hipoventilyasiyalı xəstələr (asidozun pisləşməsi riski), - Metabolik və ya tənəffüs alkalozu, - Anamnezində sidik axarı daşları olan xəstələr, - Birlikdə mövcud olan kalium və ya xlorid tükənməsi, hipokalsemiya və hipernatremiya olan xəstələr. Xüsusi göstərişlər və ehtiyat tədbirlər Natrium bikarbonatın venadaxili tətbiqi zamanı, alkaloz olma ehtimalını minimuma endirmək üçün müalicədən əvvəl və müalicə müddətində, arterial qan qazı (ABG) testi, xüsusilə, arterial / venoz qanın p H –ı və karbon dioksid səviyyələri yoxlanılmalıdır. Tənəffüs asidozu metabolik asidozla eyni olduqda, artıq karbondioksidi kənarlaşdırmaq üçün üçün həm pulmonar ventilyasiya, həm də perfuziya lazımi səviyyədə aparılmalıdır. Natrium bikarbonatın qeyri-kafi ventilyasiyası olan xəstələrdə qəbulu asidozun pisləşməsinə səbəb ola bilər.

Məhlulun venaətrafı sahəyə düşməsi toxumanın nekrozuna səbəb ola bilər. Qanda turşu-qələvi balansına və qan zərdabının ionoqramına nəzarət etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Natrium bikarbonat 8,4% məhlulu təyin edən zaman risk/fayda nisbətini qiymətləndirmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tətbiq olunmur; bu məhlul yalnız fövqəladə hallarda istifadə üçün nəzərdə tutulmuşdur.

NATRİUM BİKARBONAT MƏHLULU istifadə qaydası və dozası

Dozalanma turşu-qələvi pozulma dərəcəsindən asılıdır və mütəmadi olaraq yoxlanılmalıdır. Böyüklərdə Adi doza 1mmol / kq (1ml / kg 8,4%-li natrium bikarbonat məhlulu) ilə başladılır və ardınca 10 dəq intervallarla 0,5mmol / kg (0,5ml / kg 8,4%-li natrium bikarbonat məhlulu) tətbiq olunur. Uşaqlarda Adi doza 1mmol / kq (1 ml / kq 8,4%-li natrium bikarbonat məhlulu) yavaş venadaxili inyeksiya ilə yeridilir. Erkən doğulmuş körpələrdə və yenidoğulmuşlarda natrium bikarbonatın 8,4%-li məhlulu 5%-li dekstroza ilə 1:1 nisbətində seyrəltilməlidir.

Yaşlılarda Yalnız venaxili tətbiq olunmalıdır.

Prepared by  T-Soft E-Commerce.