Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1000 ml məhlulun tərkibində 9 q natrium xlorid vardır.
− Hipoxloremik alkaloz zamanı su və elektrolit balansının pozulması,
− natrium çatışmazlığı,
− xlorid itkisi,
− maye həcminin qısamüddətli damardaxili bərpa-terapiyası;
− hipotonik dehidratasiya və ya izotonik dehidratasiya;
− uyğun gələn elektrolit konsentratların və dərman preparatlarının daşıyıcı məhlulu kimi;
− yaraların yuyulması və tampon və sarğının isladılması üçün xaricə istifadə olunan vasitə kimi.
Aşağıdakı hallarda Natrium xlorid 9 mq/ml preparatı pasiyentlərə təyin edilməməlidir:
− hiperhidratasiya,
− ağır hipernatriemiya,
− ağır hiperxloremiya.
Hamiləlik və laktasiya Hamiləlik və laktasiya dövründə natrium xloridin 9 mq/ml preparatının istifadəsinə dair məhdud məlumatlar vardır. Bu məlumatlar, natrium xloridin 9 mq/ml məhlulunun reproduktiv toksiklik ilə əlaqədar, birbaşa və ya dolayı zərərli təsirlərini göstərməyib. Həkim, natrium xlorid 0,9% tətbiq etməzdən əvvəl hər bir xüsusi xəstə üçün potensial riskləri və faydaları diqqətlə nəzərdən keçirməlidir. Preparat eklampsiya zamanı ehtiyatla istifadə edilməlidir. Fertillik Məlumat yoxdur.
Preparat nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir edir.
Böyüklər Doza, pasiyentin maye və elektrolit tələbatına uyğun olaraq tənzimlənir. Maksimal gündəlik doza: 40 ml/kq bədən çəkisinə doza təyin edilir ki, bu da 6 mmol natriuma müvafiqdir. Əlavə itki (məsələn, qızdırma, ishal, qusma və s.) hallarında, doza itirilmiş mayelərin həcminə və tərkibinə görə dəyişdirilməlidir. Kəskin həcm çatışmazlığının, yəni qaçılmaz və ya aşkar hipovolemik şokun müalicəsində daha yüksək dozalar tətbiq oluna bilər, məsələn təzyiq altında infuziya yolu ilə. Natrium çatışmazlığının müalicəsi üçün ümumi tövsiyə Plazmada natriumun səviyyəsinin bərpası üçün tələb olunan natriumun miqdarı aşağıdakı tənlikə uyğun hesablana bilər:
Natrium tələbatı [mmol] = (istənilən–Na-un faktiki zərdab səviyyəsi) × TBW
burada TBW (ümumi bədən suyu) bədən çəkisinin hissəsi kimi hesablanır. Bu hissə uşaqlarda 0,6, yaşlı olmayan kişilərdə və qadınlarda 0,6 və 0,5, yaşlı kişilərdə və qadınlarda müvafiq olaraq 0,5 və 0,45 olur. İnfuziyanın sürəti: İnfuziyanın sürəti fərdi olaraq pasiyentin vəziyyətindən asılıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Yaşlılar Yaşlılar üçün əsasən eyni doza tətbiq olunur, lakin yaşla əlaqələndirilən ürək çatışmazlığı və ya böyrək çatışmazlığı kimi digər xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə diqqətli olmaq lazımdır. Uşaqlar Doza maye və elektrolit tələbatına uyğun, həmçinin pasiyentin yaşı, çəkisi və klinik vəziyyətinə görə tənzimlənməlidir. Ağır susuzlaşma halında, müalicənin ilk saatında 20 ml/kq bədən çəkisinə olan bolyus tövsiyə olunur. Natrium xlorid 9 mq/ml məhlulunun istifadəsi zamanı ümumi gündəlik maye qəbulu nəzərə alınmalıdır. Daşıyıcı məhlulu Natrium xlorid 9 mq/ml preparatı daşıyıcı məhlulu kimi istifadə edildikdə, onun doza və infuziya sürəti əsasən əlavə olunan maddələrin xüsusiyyətləri və dozalanma rejimindən asılı olacaq. Yaraların yuyulması Yaraları yumaq və yara səthinin işlənməsi və ya sarğı materiallarının isladılması üçün məhlulun miqdarı faktiki tələbatdan asılıdır. Yeridilmə üsulu Venadaxili yeridilmə və ya yuyulma və isladılma üçün nəzərdə tutulub. Təzyiq altında infuziya zamanı, infuziyaya başlamazdan əvvəl bütün hava flakondan və sistem dəstindən çıxarılmalıdır. Məhlul, aseptik texnikadan istifadə edilməklə steril və pirogen olmayan yeridilmə dəsti vasitəsilə ilə venadaxili infuziya üçün nəzərdə tutulmuşdur. Havanın sistemə daxil olmasının qarşısını almaq üçün avadanlıq məhlul ilə doldurulmalıdır. İnfuziya norması və həcmi yaşdan, çəkidən, klinik vəziyyətdən (məsələn, yanıqlar, cərrahiyyə, başın zədələnməsi, infeksiyalar) asılıdır və yanaşı terapiya venadaxili maye terapiyası sahəsində təcrübəsi olan məsləhətçi həkim tərəfindən təyin olunmalıdır.
Məhlul yeridilməzdən əvvəl, məhlulda bərk hissəciklərin və rəng dəyişikliklərinin olub- olmaması baxımından o, vizual olaraq yoxlanılmalıdır. Əgər məhlul şəffaf deyilsə, içərisində gözlə görünən hissəciklər varsa və qablaşdırmanın tamlığı pozulduğu təqdirdə məhlulu tətbiq etməyin. Cihaz istifadəyə hazır olana qədər onu qablaşdırmadan çıxarmayın. Daxili paket məhlulun sterilliyini qoruyur. İnfuziya dəstinin yerləşdirilməsindən dərhal sonra məhlulu yeridin. İlkin qabda mümkün olan qalıq hava səbəbindən hava emboliyasının qarşısını almaq üçün elastik plastik qabları ardıcıl bağlamayın. Axın sürətini artırmaq üçün elastik plastik qablarda olan venadaxili məhlullarda artıq təzyiqin yaradılması, məhlulu yeritməzdən öncə qabdakı qalıq hava tam boşaldılmazsa hava emboliyası ilə nəticələnə bilər. Havalandırması açıq vəziyyətdə olan venadaxili yeritmə dəstindən istifadə hava emboliyası ilə nəticələnə bilər. Havalandırması açıq vəziyyətdə olan venadaxili yeritmə dəstləri elastik plastik qablarla istifadə edilməməlidir. Qatqılar infuziyadan öncə və ya infuziya zamanı inyeksiya yerindən yeridilə bilər.