Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

NATRIYA XLORID 0,9% 500ML SISTEM (POLIFARMA)

Product Code : 111-20407
İstehsalçı ölkə: Türkiye
2.03 AZN
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

POLİFLEKS, 0,9% İZOTONİK NATRİUM XLORİD infuziya üçün məhlul

POLİFLEKS tərkibi

Təsiredici maddə: 1 litr məhlulun tərkibində 9 q natrium xlorid vardır.

İstifadəsinə göstərişlər

Natrium xlorid (duz) orqanizmin hüceyrə və toxumalarının içərisi və xaricində maye balansını korreksiya etməyə köməklik edir. Natrium xlorid infuziyası dehidratasiya olunmuş toxumalara suyun əlavə olunması üçün və normal duz balansını saxlamaqda köməklik etmək üçün istifadə olunur. Natrium xlorid i nfuziyası ayrılıqda, yaxud dig ər də rman preparatlarının həlli üçün istifadə oluna bilər. Natrium xlorid infuziyası Sizə xəstəxanada həkim və ya tibb bacısı tərəfindən yeridilə bilər.

Əks göstərişlər

Əgər Sizd ə aşağıda qeyd olunan hallar varsa, Siz ə Natrium xlorid infuziya m əhlulu yeridilməməlidir. • Əgər Sizdə Natrium xloridə, yaxud onun hər hansı inqrediyentinə qarşı allergiya varsa. Əgər Sizdə aşağıda qeyd olunan hallar varsa, xüsusi yardım tələb oluna bilər. • Ürək çatışmazlığı, kardio-pulmonar xəstəliklər, böyrək problemləri, yüksək qan təzyiqi; • Qaraciyər xəstəlikləri, yaxud ödem (şiş) olduğu halda; • Zərdabda natriumun səviyyəsi yüksəkdirsə ("hipernatriemiya"); • Hamiləlik preeklampsiyası varsa; • Natrium ləngiməsinə səbəb ola bilən dərman preparatlarının qəbulu zamanı; • Çox cavan, yaxud çox yaşlısınızsa;

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamil əsinizsə, yaxud Siz hamil ə olduğunuzu düşünürsinizs ə və yaxud körpə nizi əmizdirirsinizsə, bu haqda həkimə deməyiniz məsləhətdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Natrium xlorid Sizin sürücülük v ə mexanizmləri idar əetmək bacarıqlarınıza heç bir t əsir göstərmir.

POLİFLEKS istifadə qaydası və dozası

Natrium xlorid infuziyası Sizə xəstəxanada yeridilməlidir. Siz məhlulu vena daxilinə (adətən, qolda) infuziya şəklində həkim və ya tibb bacısı tərəfindən qəbul etməlisiniz. İnfuziyanın miqdarı və tezliyi Sizin tələbatınızdan asılıdır. Qəbul etməyiniz üçün düzgün həcmi həkiminiz qərarlaşdıracaq.

Simptomlarınızın yüngülləşdirilməsi ilə müalicəyə olan cavab reaksiyanızı, qanın v ə sidiyin laborator analizlərini yoxlamaqla Sizin həkiminiz müəyyən edəcək.

Prepared by  T-Soft E-Commerce.