Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NATRIYA XLORID 0,9% 5ML N10 AMP (BELARUS)

Məhsul Kodu : 111-20600
İstehsalçı ölkə: Belarus
1,50 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NATRİUM XLORİD, 9 mq/ml inyeksiya üçün izotonik məhlul

NATRİUM XLORİD tərkibi

Təsiredici maddə:1 ampulda (5 ml məhlul) 45 mq natrium xlorid vardır.

İstifadəsinə göstərişlər

Dərman vasitələrinin həll edilməsi və durulaşdırılıması.

Əks göstərişlər

Əsas dərman vasitəsinin və preparatın uyuşmaması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, istifadə ediləcək həl edilən/durulaşdırılan preparatın tibbi təlimatı üzrə müəyyən edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Natrium xloridin 9 mq/ml izotonik məhlulunun nəqliyyat idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq qabiliyyətinə təsiri həll edilən/durulaşdırılan preparatın istifadə təlimatı ilə müəyyən edilir.

NATRİUM XLORİD istifadə qaydası və dozası

Əsas dərman vasitəsinin yeridilmə üsulundan asılı olaraq venadaxili, əzələdaxili, dərialtı istifadə edilir. Yaraların, gözlərin, selikli qişaların yuyulması üçün steril şpris ilə ampulun möhtəviyyatını yığmaq və iynəni çıxarmaq və ehtiyatla şprisdən məhlulu buraxaraq yaranı, selikli qişanı və ya gözləri yumaq lazımdır. Preparatların həll edilməsi/durulaşdırılması üçün 9 mq/ml izotonik məhlul olan natrium xlorid preparatının istifadəsindən əvvəl verilən preparatların istifadə təlimatı ilə tanış olmaq vacibdir. 9 mq/ml izotonik məhlul olan Natrium xlorid preparatının istifadəsilə dərman formalarının hazırlanma prosesi zamanı aseptika qaydalarına (ampulun açılması, şprisin və ya digər digər dərman vasitələrinin doldurulması) riayət etmək vacibdir.

Dozası Preparatın miqdarı həll edilən/durulaşdırılan dərman vasitəsinin konsentrasiyasından və ya elektrolitlərin konsentrasiyasından asılı olaraq seçilir.

Prepared by  T-Soft E-Commerce.