Sevimlilərə əlavə edin
Paylaşın

Polkortolon Tc 17.3 ml Susp

Məhsul Kodu : 111-00373
İstehsalçı ölkə : Polsa
0 Şərh Şərh
11,77 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

POLKORTOLON TC, (23,12 mq + 0,58 mq)/q, dəri üzərinə istifadə üçün aerozol

POLKORTOLON TC tərkibi

Təsiredici maddələr: 1 q suspenziyanın tərkibində 23,12 mq tetrasiklin hidroxlorid, 0,58 mq triamsinolon asetonid vardır.

İstifadəsinə göstərişlər

Dərinin tetrasiklinə qarşı həssas bakteriyaların törətdiyi infeksiyalarla ağırlaşmış və aşağıdakı xəstəlikləri müşayiət edən iltihabi proseslərinin yerli müalicəsi: - dərinin ikincili bakterial infeksiya ilə ağırlaşmış allergik xəstəlikləri; - I dərəcəli yanıqlar və donvurmalar; - baldırlarda xoralar.

Əks göstərişlər

Aşağıda göstərilən hallarda Polkortolon TC istifadə etmək olmaz: - preparatın istənilən tərkib hissəsinə qarşı allergiya olduqda; - pasiyentdə aşağıdakı hallar aşkar edildikdə: - dərinin virus, göbələk və ya vərəm xəstəlikləri; - adi və ya çəhrayı civzələr; - dəridə törəmələr və ya xərçəngdən əvvəli vəziyyət; - dodaq ətrafında dərinin iltihabı; - anal nahiyədə və cinsi orqanlarda.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

POLKORTOLON TC istifadə qaydası və dozası

Polkortolon TC preparatını həkim məsləhətinə müvafiq istifadə etmək lazımdır. Şübhə olduğu hallarda, həkimlə təkrar məsləhətləşmək lazımdır. Preparat dəridə istifadə üçündür. Böyüklər və 3 yaşdan yuxarı uşaqlar Dərinin zədələnmiş sahələri, balon şaquli vəziyyətdə tutaraq, tozlandırıcı hissəsi yuxarı istiqamətdə olmaqla, 15-20 sm məsəfə aralığı ilə 1-3 saniyə ərzində suspenziya şırnağı ilə isladılır.

Preparat adətən qəbularası fasilə eyni olmaqla, sutkada 2-4 dəfə istifadə edilir. 3 yaşa qədər uşaqlar Bu yaş qrupunda istifadə etmək olmaz. Diqqət! - Gözləri preparatdan qorumaq lazımdır,püskürdülən substansiya ilə nəfəs almaq olmaz.

- Hər istifadədən əvvəl balonu bir neçə dəfə yaxşı çalxalamaq lazımdır. - Preparatın hər istifadəsindən sonra əlləri su və sabunla yumaq vacibdir. Polkortolon TC preparatının istifadəsi unudularsa Preparat təyin edilən vaxt istifadə edilmədikdə və preparatın növbəti istifadəsinə çox vaxt qaldıqda, preparatı mümkün qədər tez istifadə etmək lazımdır və ya göstərişlərə müvafiq olaraq preparatın müntəzəm istifadəsini davam etmək lazımdır. Unudulmuş dozanı əvəz etmək məqsədilə ikiqat doza istifadə etmək olmaz.

Preparatdan istifadə zamanı onun cox güclü və ya zəif təsir etdiyi müşahidə edildikdə, pasiyent həkimə müraciət etməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00373

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce