Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

REAMBERIN 1,5% 400ML SISTEM

Məhsul Kodu : 111-03560
İstehsalçı ölkə: Rusiya
8,40 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

REAMBERİN, 1,5% infuziya üçün məhlul 

Reamberin tərkibi

 Təsiredici maddələr: 1000 ml məhlulun tərkibində 15,00 q meqlümin natrium suksinat, 8,725 q N- metilqlükamin (meqlümin), 5,280 q kəhrəba turşusu vardır. Köməkçi maddələr:   natrium xlorid,  kalium xlorid, maqnezium xlorid, natrium hidroksid, kəhraba   turşusu, inyeksiya üçün su.          

İstifadəsinə göstərişlər:

 REAMBERİN® böyüklərdə və uşaqlarda 1 yaşdan etibarən müxtəlif etiologiyalı kəskin ekzogen və endogen intoksikasiyalarda antihipoksik və dezintoksikasion vasitə kimi istifadə edilir.

Əks göstərişlər:

 Fərdi dözümsüzlük, baş beynin ödemi ilə müşayiət olunan kəllə-beyin travmalarından sonrakı hallar, kəskin böyrək çatışmazlığı, böyrəklərin xronik xəstəlikləri (5-ci mərhələ, yumaqcıq filtrasiyanın sürəti 15 ml/dəq aşağı), hamiləlik, laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə preparatdan istifadə bu qrup xəstələrdə klinik tədqiqatlar aparılmadığı üçün əks göstərişdir.

Reamberin istifadə qaydası, dozası

Böyüklər üçün: 1-4,5 ml/dəq sürətlə (dəqiqədə 90 damcıya qədər) vendaxili damcı üsulu ilə yeridilir. Orta sutkalıq doza – 10 ml/kq. Müalicə kursu – 11 günə qədər. Uşaqlar üçün: sutkada 6-10 ml/kq hesabladıqda 3-4 ml/dəq sürətlə vendaxili damcı üsulu ilə yeridilir. Müalicə kursu – 11 günə qədərdir. Yaşı xəstələrdə istifadəsi Yaşı xəstələrə dair tədqiqat aparılmayıb. Bununla əlaqədar, preparatdan istifadəni yeridilmənin daha ləng sürəti ilə başlamaq lazımdır: dəqiqədə 30-40 damcı (1-2 ml). Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi Böyrək çatışmazlığı olan xəstələrdə tədqiqatlar keçirilməyib. Bununla əlaqədar belə xəstələrdə preparatı istifadə etdikdə ehtiyatlı olmaq tövsiyə edilir. Alkalozda istifadəsi Dekompensasiyalı alkaloz aşkar etdikdə qanın qələvi-turşu vəziyyəti normallaşana qədər preparatdan istifadə dayandırılmalıdır.

Prepared by  T-Soft E-Commerce.