Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RINGER 500ML SISTEM (POLIFARMA)

Məhsul Kodu : 111-20412
İstehsalçı ölkə: Rusiya
1,84 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

POLİFLEKS RİNGER, venadaxili infuziya üçün məhlul (steril)

POLİFLEKS RİNGER tərkibi

Təsiredici maddələr: 100 ml məhlulun tərkibində 0,86 q natrium xlorid, 0,03 q kalium xlorid, 0,033 q kalsium xlorid vardır.

İstifadəsinə göstərişlər

Hüceyrəxarici maye itkisinin əvəz edilməsi; İzotonik dehidratasiyanın müalicəsində xlorid, kalsium, kalium, natrium balansının yenidən bərpası.

Əks göstərişlər

- Hüceyrəxarici hiperhidratasiya və ya hipervolemiya; - hipertonik dehidratasiya; - hiperkaliemiya; - hipernatriemiya; - hiperkalsiemiya; - hiperxloremiya; - kəskin böyrək çatışmazlığı (oliquriya/anuriya ilə); - dekompensasiya olunmayan ürək çatışmazlığı; - ağır hipertenziya; - ümumi ödem və asitlə müşayiət olunan sirroz; - yanaşı üskükotu qlikozidləri ilə müalicə alan pasiyentlər; - məhlulun tərkibindəki hər hansı maddəyə qarşı allergiya; - Addison xəstəliyi olan pasiyentlərdə (Addison xəstəliyini və ya həmlələrini müalicə etmək üçün kaliumsuz mayelərə üstünlük verilir.); - Elektrokoter istifadəsi tələb olunan əməliyyatlarda elektrolit ehtiva edən irriqasion məhlullar istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Praktiki olaraq, infuziya üçün məhlul tətbiq olunarkən, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək mümkün deyil. İnfuziyanın tətbiqdən sonra, nəqliyyat vasitələrinə və digər potensial təhlükəli mexanizmlərə təsiri məlum deyil.

POLİFLEKS RİNGER istifadə qaydası və dozası

Doza xəstənin yaşından, çəkisindən, klinik və bioloji şəraitdən və yanaşı aparılan müalicədən asılıdır. Böyüklər, yaşlılar və yeniyetmələr üçün 500 ml-3000 ml/24 saat Körpələrdə və uşaqlarda 20 ml-100 ml/kq/24 saat 0-10 kq: 100 ml/kq/gün 10-20 kq: 10 kq-dan yuxarı hər kq üçün 1000 ml + 50 ml/gün >20 kq: 20 kq-dan yuxarı hər kq üçün 1500 ml + 20 ml/gün İstifadə qaydası Steril apirogen cihazlar ilə venadaxili yolla tətbiq edilir. Bu preparatı tətbiq edərkən maye balansı və plazma elektrolit konsentrasiyaları (natrium, kalium, kalsium və xloridlər) izlənilməlidir. İnfuziyanın sürəti yeniyetmələrdə və böyüklərdə gündəlik 40 ml/kq/24 saat-dır.

İnfuziyanın sürəti və ümumi həcmi cərrahi müdaxilədə və ya ehtiyac olduqda daha yüksək ola bilər. Xüsusi populyasiyalar haqqında əlavə məlumat Böyrək /Qaraciyər çatışmazlığı Oliquriya və ya anuriya ilə müşayiət olunan ağır böyrək çatışmazlığında istifadə edilməməlidir. Qaraciyər çatışmazlığı barədə əlavə məlumat yoxdur. Pediatrik populyasiya Pediatrik xəstələrdə infuziya sürəti orta hesabla, 5 ml/kq/ saatdır (körpələr üçün 6 -8 ml/kq/saat, məktəbə qədərki uşaqlarda 4-6 ml/kq/saat, məktəblilər üçün 2-4 ml/kq/saat).

Yanıq olan uşaqlarda doza orta hesabla, yanma sonrası 24 saatda 3,4 ml/kq/ faiz və 48 saat ərzində 6,3 ml/kq/faiz yanıq nisbətində tətbiq edilir. Ağır kəllə-beyin travması almış uşaqlarda doza orta hesabla 2850 ml/m2-dir. Yaşlılar Yaşlılarda doza fərdi təyin edilməlidir. Tətbiq üçün digər xüsusi ehtiyat tədbirləri İnfuziya üçün məhl ul istifadədən əvvəl vizual yoxlanmalıdır, bütöv qablaşdırmada yalnız şəffaf, hissəciksiz məhlullardan istifadə edilməlidir.

Tətbiq dəsti məhlula əlavə olunduqdan sonra istifadəyə ən qısa müddətdə başlamaq lazımdır. Məhlul steril tətbiq dəsti ilə aseptik t exnika istifadə edərək tətbiq edilməlidir. Havanın sistemə daxil olmasının qarşısını almaq üçün istifadədən əvvəl tətbiq dəstindən maye keçirilməlidir. İnfuziyadan əvvəl və infuziya müddətində əlavə dərmanlar aseptik şəraitdə əlavə edilə bilər.

Son məhlulun izotonikliyi parenteral tətbiqdən əvvəl müəyyən edilməlidir. Əlavə edilmiş preparat xəstəyə tətbiq edilməzdən əvvəl məhlulla tamamilə qarışdırılmalıdır. Əlavə dərman olan həlledicilər dərman əlavə edildikdən dərhal sonra istifadə olunmalıdır, sonrakı ist ifadə üçün saxlanılmamalıdır. Məhlula əlavə dərman qatılması və ya səhv tətbiq yolu, pirogen çirklənmə ilə əlaqəli qızdırma reaksiyasına səbəb ola bilər.

Əlavə təsir baş verərsə, infuziya dərhal dayandırılmalıdır. Tətbiqi üçün təlimat 1. Xarici qablaşdırmanın bütövlüyünü və sızıntı olub-olmadığını yoxlayın. Qablaşdırma zədələnmişsə, istifadə etməyin.

2. Xarici qoruyucu qablaşdırmanı cıraraq açın. 3. Daxili torbanı möhkəm sıxaraq möhkəmliyi yoxlayın.

4. Torbadakı məhlulun şəffaflığını və tərkibində yad maddələrin olmadığını yoxlayın. 5. Torbanı asın.

6. Tətbiq portundan qoruyucu qapağı çıxarın. 7. Tətbiq dəstinin spaykını tətbiq ucuna möhkəm yapışdırın.

Dəsti xəstəyə tətbiq etmək üçün dəstin istifadəsi qaydalarına əməl edilməlidir. Əlavə dərman vasitəsinin əlavə edilməsi Diqqət! Bütün parenteral məhlullarda olduğu kimi məhsula əlavə ediləcək bütün maddələr preparatla uyuşmalıdır. Bir məhlul əlavə ediləcəksə, xəstəyə tətbiq etməzdən əvvəl son qarışıqda uyğunluq yoxlanılmalıdır.

Tətbiqdən əvvəl dərman əlavəsi 1. Dərman aplikatorunu dezinfeksiya edin. 2. 19-22 ölçülü iynə ilə şpris istifadə edərək əlavə ediləcək dərmanı əlavə edin.

3. Məhlulu və əlavə edilmiş dərmanı hərtərəfli qarışdırın. Kalium xlorid kimi yüksək sıxlıqlı dərmanlar üçün, torbanın portlarına yavaşca vurun, portlar qarışmağa imkan vermək üçün dik vəziyyətdədir. Diqqət!

Əlavə dərmanla qarışdırılmış torbaları saxlamayın. Tətbiq zamanı dərman əlavə etmək 1. Qısqacı bağlayın. 2.

Dərman aplikatorunu dezinfeksiya edin. 3. Əlavə ediləcək dərmanı 19-22 ölçülü iynəsi olan şpris istifadə edərək yeridin. 4.

Məhlulu IV dirəkdən çıxarın və ters çevirin. 5. Bu vəziyyətdə, məhlul və dərmanların qarışması üçün hər iki porta yavaşca vurun. 6.

Torbanı əvvəlki vəziyyətinə qaytarın və qısqacı açın və tətbiqə davam edin.

Prepared by  T-Soft E-Commerce.